Month: April 2025

  • Marsda həyat izləri aşkarlandı: Alim qədim sivilizasiyanın mümkünlüyünə inanır

    Marsın səthində qədim sivilizasiyanın mövcudluğuna dair qeyri-adi əlamətlər müşahidə edilib.

    “Daily Mail” nəşrinin yazdığına görə, bu nəticəyə ABŞ-da yerləşən “Sidoniya İnstitutu”nun qurucusu və baş tədqiqatçısı Corc C. Haas gəlib.

    Alim yeni nəşr etdiyi “Marsın böyük memarları” adlı kitabında planetin səthində insan əli ilə yaradıldığına inandığı onlarla quruluşu təhlil edib.

    Haasın diqqətini cəlb edən əsas obyektlərdən biri “Liviya dağları” adlanan bölgədə yerləşən və “Qala açarı” adlandırılan strukturdur. Bu relyef forması kəsik konus və ona bitişik dairəvi günbəzdən ibarətdir. Birlikdə isə onlar nəhəng nida işarəsinə bənzəyir.

    2016-cı ildə bu strukturu tədqiq edən Haas və həmkarları “Journal of Space Exploration” jurnalında dərc etdikləri məqalədə onun simmetriyasının süni mənşəli ola biləcəyini irəli sürüblər. Haas bildirib: “Bu strukturu ağıllı canlılar yaratmamış olsaydı, belə mürəkkəb formanın təbii yolla yaranması izah edilə bilməzdi”.

    2002-ci ildə müstəqil tədqiqatçı Vilmer Faust Marsın “Arqir düzənliyi” adlı bölgəsində yerləşən nəhəng meteorit kraterinin fotosunda maraqlı forma müşahidə edib. O, bu şəkli Haas və komandasına təqdim edib. Haas isə ilk baxışdan burada “tutuquşuya bənzər bir forma” gördüyünü deyib.

    Tədqiqatçının fikrincə, bu strukturda 22 anatomik cəhətdən uyğun nöqtə mövcuddur. Haas onu “heykəl”, “sənət əsəri” adlandıraraq insan beyninin tanış formaları qeyri-müəyyən siluetlərdə tanımaq xüsusiyyətinə diqqət çəkib.

    1972-ci ildə NASA-nın “Mariner-9” aparatının çəkdiyi şəkillərdə “Elysium” bölgəsində qeyri-adi üçbucaqlı piramidal strukturlar müşahidə olunub. Bu formalar ətrafdakı vulkanik konuslardan və kraterlərdən seçilir.

    Məşhur astronom Karl Saqan vaxtilə bu formaların külək və qum təsiri ilə yaranmış ola biləcəyini demişdi. Lakin o, onların təbiətini müəyyən etmək üçün yerində tədqiqat aparılmasını vacib sayır.

    Haas isə bu piramidaların süni ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, təbii piramidalar adətən konus formasında olur və bərabərölçülü kənarları olmur.

    Marsın cənub yarımkürəsində yerləşən “Atlantida xaosu” adlı bölgə bloklu və dik yamaclı təpələr, dərələrlə xarakterizə olunur. Avropa Kosmik Agentliyi (ESA) buradakı relyefin vaxtilə mövcud olmuş möhkəm səthin uzunmüddətli eroziyası nəticəsində yarandığını bildirir.

    2019-cu ildə SETI (Xarici Ağıllı Həyat Axtarışları) cəmiyyətindən alim Qreq Orm bu bölgədə “hüceyrəvari strukturlar” aşkar edib. Daha sonra tədqiqatçı Caved Raza bu strukturların bir-biri ilə əlaqəli olduğunu və onların qədim şəhər kompleksini xatırlatdığını bildirib. Haas isə bu müşahidənin də qədim sivilizasiya izlərinə dair dəlil ola biləcəyini düşünür.

    Haas ESA tərəfindən çəkilmiş “Nepentes Mensae” bölgəsindəki şəkilləri analiz edərkən ulduz formasında maraqlı bir relyef müşahidə edib. Onun fikrincə, bu formanın beş “şüası” var və nəhəng dəniz ulduzunu xatırladır. Relyefin şimal nöqtəsində böyük, mərkəzində isə üç kiçik təpə yerləşir.

    Alim bu strukturda xüsusi enerji hiss etdiyini və onu “Ulduz partlayışı” adlandırdığını bildirib. O, bu formanın Avropada XVI–XVII əsrlərdə istifadə olunan üçbucaq bastionlu “ulduz qalaları”na bənzədiyini deyib.
    //qaynar.az

  • В Доминикане из-за обрушения крыши в ночном клубе погибли 18 человек

    Число погибших в результате обрушения крыши в клубе Jet Set в Доминиканской республике возросло до 18 человек.

    Об этом сообщает издание Diario Libre со ссылкой на Центр по чрезвычайным ситуациям.

    “В трагедии в ночном клубе Jet Set погибли 18 человек и сотни получили ранения, 121 человек доставлен в различные больницы”, – сообщили в ведомстве.

    * * * * *

    Крыша обрушилась в ночном клубе Jet Set в Доминикане, по меньшей мере погибли 15 человек.

    Об этом сообщает издание Listin Diario со ссылкой на Центр по чрезвычайным ситуациям (COE).

    Сообщается, что ранен 101 человек. Все пострадавшие доставлены в больницы.

    Более 370 спасателей и 77 машин скорой помощи привлечены к спасательным работам.

    Инцидент произошел во время концерта певца Рубби Переса.

  • Dominikanda gecə klubunun damı uçub, 18 nəfər ölüb

    Dominikan Respublikasında “Jet Set” klubunda damın uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

    Bu barədə “Diario Libre” nəşri Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.

    “Jet Set” gecə klubunda baş verən faciədə 18 nəfər həlak olub və yüzlərlə insan yaralanıb, 121 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib”, – qurumdan bildirilib.

  • Турецкая армия обнаружила пещеру, в которой скрывались террористы

    Турецкая армия обнаружила в районе операции “Пендже-Килит” (“Коготь-Замок”) пещеру, в которой скрывались террористы.

    Об этом сообщило Министерство национальной обороны Турции на своей странице в соцсети X.

    В пещере было обнаружено значительное количество оружия, боеприпасов и бытовых предметов.

    Были изъяты 7 автоматов “АК-47” и 34 магазина, 1 пулемет “ПКМС” калибра 7,62 мм, 1 винтовка “М16”, 1 гранатомет “РПГ-7”, а также 600 пуль калибра 7,62 мм и другое снаряжение.

  • Türkiyə ordusu terrorçulara aid mağara və silah-sursat aşkarlayıb

    Türkiyə ordusu “Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçulara aid mağara aşkarlayıb.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial media hesabında paylaşım edilib.

    Mağarada xeyli sayda silah-sursat və məişət əşyaları ələ keçirilib.

    Belə ki, 7 ədəd “AK-47” avtomatı və 34 daraq, 1 ədəd 7,62 mm “PKMS” pulemyotu, 1 ədəd “M16” avtomatı, 1 ədəd “RPG-7” silahı, həmçinin 600 ədəd 7,62 mm-lik güllələr və didər ləvazimatlar götürülüb.

  • Ronaldinyo hazırda karyerasını davam etdirən ən güclü braziliyalı futbolçunun adını açıqlayıb

    Braziliya millisinin, “Barselona” (İspaniya), PSJ (Fransa) və “Milan” (İtaliya) klublarının sabiq üzvü Ronaldinyo hazırda karyerasını davam etdirən ən güclü həmyerlisinin adını açıqlayıb.

    45 yaşlı sabiq oyunçu “Real”ın (İspaniya) vingeri Vinisius Junioru ən güclü “sambaçı” hesab edib.

    “Rafinyanı mən də çox bəyənirəm. Lakin düşünürəm ki, Vinisius dünyanın ən güclü braziliyalı futbolçusudur”, – deyə Ronaldinyo bildirib.

    Qeyd edək ki, Vinisius “Kral klubu”na 2018-ci ilin yayında “Flamenqo”dan keçib. O, bu müddət ərzində bütün yarışlarda 307 matçda iştirak edib və 104 qol vurub.

  • Усиление хазри вызовет дискомфорт у метеочувствительных людей

    Ожидаемая завтра в Азербайджане ветреная погода вызовет чувство дискомфорта у метеочувствительных людей.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Отмечается, что 9 апреля на фоне повышения атмосферного давления на Абшеронском полуострове временами ожидается усиление ветра хазри, что может вызвать дискомфорт у метеочувствительных людей.

  • Hava meteohəssas insanlarda narahatlıq yaradacaq

    Sabah gözlənilən küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, aprelin 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • В Азербайджане приватизированы еще 32 автомобиля

    В ходе очередного аукциона, проведенного Государственной службой имущественных вопросов при Министерстве экономики, продано 32 транспортных средства.

    Как сообщает Median.Az со ссылкой на Госслужбу, аукцион прошел в конкурентной обстановке.

    Микроавтобус марки Mercedes Benz со стартовой ценой 7 000 манатов был продан за 12 500 манатов, а грузовик Kamaz со стартовой ценой 2 800 манатов – за 9 000 манатов.

    Со списком проданных на аукционе транспортных средств можно ознакомиться по ссылке.

    Очередные аукционы состоятся 22 и 24 апреля. На торги будут выставлены транспортные средства, оборудование и техника.

    Желающие принять участие могут выбрать выставленные на аукцион объекты на сайтах www.emlak.gov.az и www.auksion.gov.az.

  • Azərbaycanda daha 32 nəqliyyat vasitəsi özəlləşdirilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 32 nəqliyyat vasitəsi satılıb.

    Hərrac rəqabətli keçib.

    Belə ki, start qiyməti 7 000 manat olan “Mercedes Benz” markalı mikroavtobus 12 500 manata, 2 800 manat olan “Kamaz” markalı yük avtomobili isə 9 000 manata satılıb.

    Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3L3QYU linki vasitəsilə tanış olmaq mümkündür.

    Növbəti hərraclar 22 və 24 aprel tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılacaq.

    İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.