Month: April 2025

  • Pakistanda yol qəzası nəticəsində 11 nəfər ölüb

    Pakistanın şərqindəki Pəncab əyalətində baş verən yol qəzası nəticəsində ən azı 11 nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.

    Bu barədə Median.Az yerli KİV-ə istinadən xəbər verir.

    Əyalət polisinin məlumatına görə, Caranvala şəhərində yüksək sürətlə hərəkət edən avtobus rikşa ilə toqquşub.

    Yaralananlardan ən azı üç nəfərin vəziyyəti ağırdır.

  • Микаил Джаббаров посетит Пакистан для обсуждения инвестиционных соглашений

    Министр экономики Азербайджана Микаил Джаббаров завтра, 8 апреля, отправится с визитом Пакистан для завершения обсуждений меморандумов о взаимопонимании и соглашений по инвестиционным проектам.

    Об этом сообщает Median.Az со ссылкой на министерство иностранных дел Пакистана.

    В ходе визита Джаббаров встретится с премьер-министром Шахбазом Шарифом и обсудит инвестиционные вопросы с делегацией Пакистана под руководством заместителя премьер-министра и министра иностранных дел, сенатора Мухаммада Исхака Дара.

  • Mikayıl Cabbarov sabah Pakistana səfər edəcək

    Sabah iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək.

    Bu barədə Median.Az Pakistanın xarici işlər nazirliyinə istinadən xəbər verir.

    Səfər zamanı M.Cabbarov Baş nazir Şahbaz Şəriflə görüşəcək. O, Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.

  • Президент Сирии посетит Турцию

    Президент Сирии переходного периода Ахмед аш-Шараа посетит Турцию.

    Как сообщает Median.Az со ссылкой на турецкие СМИ, Министерство иностранных дел Сирии объявило, что аш-Шараа посетит Объединенные Арабские Эмираты (ОАЭ) и Турцию на следующей неделе.

    ОАЭ станут второй страной Персидского залива, куда отправится Аш-Шараа после вступления в должность. В феврале он посетил Саудовскую Аравию.

  • Suriya Prezidenti Türkiyəyə səfər edəcək

    Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək.

    Bu barədə Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

    Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şəraanın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.

    BƏƏ əş-Şəraanın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.

  • Создано лечение, наносящее двойной удар по лейкемии

    Американские ученые из Иллинойсского университета совершили прорыв в лечении лейкемии, создав передовую систему доставки лекарств. Метод оказывает двойное действие против наиболее опасных раковых стволовых клеток, вызывающих рецидивы.

    Результаты исследования опубликованы в журнале Advanced Functional Materials (AFM).

    В основе разработки лежат ДНК-аптамеры — короткие одноцепочечные фрагменты ДНК, способные точно находить раковые клетки. Эти молекулы не только доставляют химиотерапевтические препараты, но и сами по себе токсичны для стволовых клеток лейкемии.

    В экспериментах аптамеры без лекарства уничтожили 40% раковых клеток, а в сочетании с препаратом даунорубицином эффективность достигла 90% при дозе в 500 раз меньше стандартной.

    Испытания на мышах с лейкемией показали впечатляющие результаты. Терапевтический эффект достигался при использовании всего 10% от обычной дозы препарата, при этом не наблюдалось побочных эффектов. Животные демонстрировали значительное увеличение выживаемости и уменьшение опухолевой массы.

    По словам первого автора исследования Абхишека Двиведи, технология открывает новые горизонты в персонализированной онкологии. Ученые уже работают над адаптацией метода для других видов рака, планируя использовать уникальные биомаркеры различных опухолевых клеток.

  • Leykemiya xəstəliyinə ikiqat zərbə vuran müalicə üsulu hazırlanıb

    İllinoys Universitetinin amerikalı alimləri leykemiya xəstəliyinin (qan xərçəngi) müalicəsində qabaqcıl dərman sistemi yaradaraq irəliləyiş əldə etdilər. Metod residivlərə səbəb olan ən təhlükəli xərçəng xəstəliyinin kök hüceyrələrinə qarşı ikiqat təsir göstərir.

    Tədqiqatın nəticələri “Advanced Functional Materials” (AFM) jurnalında dərc olunub.

    Dərman DNT aptamerlərinə əsaslanır – xərçəng hüceyrələrini dəqiq tapa bilən qısa zəncirli DNT fraqmentləri. Bu molekullar təkcə kimyəvi terapiyanın dərmanlarını çatdırmır, həm də lösemi kök hüceyrələrinin özləri üçün zəhərlidir.

    Təcrübələrdə dərmansız aptamerlər xərçəng hüceyrələrinin 40 %-ni məhv edib və “Daunorubisin” dərmanı ilə birlikdə standartdan 500 dəfə az dozada effektivlik 90 %-ə çatıb.

    Leykemiyalı siçanlar üzərində aparılan testlər təsirli nəticələr göstərib. Terapevtik effekt dərmanın adi dozasının yalnız 10 %-dən istifadə etməklə əldə olunub və heç bir əlavə təsir müşahidə olunmayıb. Heyvanlarda sağ qalmada əhəmiyyətli artımlar və şiş kütləsində azalma qeydə alınıb.

    Tədqiqatın ilk müəllifi Abhişek Dvivedinin sözlərinə görə, texnologiya fərdiləşdirilmiş onkologiyada yeni üfüqlər açır. Alimlər artıq bu üsulu digər xərçəng xəstəliyi növləri üçün uyğunlaşdırmaq üzərində işləyir, müxtəlif şiş hüceyrələrinin unikal biomarkerlərindən istifadə etməyi planlaşdırırlar.
    //report

  • Sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələri ayrılıb

    “Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, eləcə də milli və iqtisadi təhlükəsizlik nəzərə alınaraq sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə bir sıra torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması qərara alınıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov dövlət ehtiyacları üçün torpaqların alınmasını və bu prosesə cavabdeh orqanın müəyyənləşdirilməsini nəzərdə tutan qərar imzalayıb.

    Bu məqsədlə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 0,49 hektar və Şıxlı Bələdiyyəsinin mülkiyyətində olan 5,53 hektar torpaq sahəsi, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 8,27 hektar və Samur Bələdiyyəsinin mülkiyyətində olan 2,752 hektar torpaq sahəsi olmaqla, ümumilikdə 8,76 hektar dövlət mülkiyyətində və 8,282 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.

    Qərara əsasən, bu torpaqları alan məsul orqan Dövlət Gömrük Komitəsi müəyyən edilib.

    Komitə qeyd olunan torpaq sahələrinin alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirməli və nəticələr barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

  • Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb. Aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, Ukraynanın “Shidzahid”, “Zagotservice”, “Myasador”, “VKP Verbovskoye” istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq budu məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub.

    Həmçinin Belarusun SP “Santa Bremor” istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliyanın “Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustanın “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiyanın “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

  • Ədalət Verdiyevə bəraət verildi

    Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, ona bəraət verilib.

    Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

    Baş Prokurorluğun yaydığı məlumatına görə, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

    Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

    İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş media-turda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.