Month: April 2025

  • Sabahdan temperatur 10 dərəcə enəcək – XƏBƏRDARLIQ

    Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

    Havanın temperaturu aprelin 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

    Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

  • Давид Бабаян признал на суде, что выступал против интеграции карабахских армян

    Подсудимый Давид Бабаян признал на суде, что выступал против интеграции жителей Карабаха армянского происхождения в азербайджанское общество.

    Об этом Бабаян заявил на сегодняшнем заседании суда по делу представителей бывшего сепаратисткого режима.

    “Интеграция была невозможна”, – сказал он, отвечая на вопросы гособвинения.

    Бабаян добавил, что Араик Арутюнян, Рубен Варданян и другие “руководители” сепаратистского режима также были против интеграции.

    “Никто из них не видел перспектив такой интеграции”, – подчеркнул Бабаян.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • David Babayan: “Biz ermənilərin Azərbaycana inteqrasiyasının əleyhinə idik”

    Bakı Hərbi Məhkəməsində bu gün davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub.

    O, “inteqrasiya mümkünsüz idi” deyib.

    D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Arutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.

    “Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, – deyə o bildirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Sabiq direktor müavini məhkəmə zalından qaçdı

    Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş verib.

    Lalə Zakirovanın 64 yaşı var. O, hazırda əvvəl direktor müavini işlədiyi mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

    İttihama görə, xanım müttəhim mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rzazadə ilə əlbir olaraq 64 min 400 manat dövlət vəsaitlərini mənimsəyib.

    Namiq Rzazadə istintaq başlanan vaxt ağır xəstəliyə tutulduğundan onun işi ayrıca icraata götürülüb.

    L.Zakirovanın cinayət işini Aynur Rzayevanın sədrlik etdiyi hakimlər araşdırıblar.

    Amma yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atdıqlarını deyib:

    “Anar Kərimov mədəniyyət naziri olanda mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi, mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbəti də bundan sonra ortaya çıxdı”.

    Məhkəmə şahidləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin dediklərini özünümüdafiə hesab edib.

    Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Amma hakimlər qayıdanda müttəhimi zalda tapmayıblar. İcraçılar məlumat veriblər ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb. Bundan sonra bir daha geri qayıtmayıb.

    Hökmə əsasən, L.Zakirovaya 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

  • Samuxda yeniyetmə qız qollarını kəsdi, dərman içdi

    Samuxda yeniyetmə qız dərman içib və özünə xəsarət yetirib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

    Kənd sakini 16 yaşlı A.Quliyeva xəstəxanaya yerləşdirilib.

    Müayinə zamanı məlum olub ki, yeniyetmə qız intihar məqsədilə dərman içib və kəsici alətlə qolunu kəsib.

    Onun hansı səbəbdən özünə qəsdə cəhd etməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Məşhur aktyor vəfat etdi

    Amerikanın “Təhlükəli Dennis” serialında “Dennis Mitchell” obrazını canlandıran Cey Nort dünyasını dəyişib.

    Aktyor 73 yaşında vəfat edib.

    Uzun müddətdir xərçənglə mübarizə aparan aktyor Cey Nortun dünən səhər saatlarında evində dünyasını dəyişdiyi bildirilib.

    Nort, 1959-1963-cü illərdə yayımlanan “Təhlükəli Dennis” serialında müharibədən sonrakı dövrün “Amerikalı oğlan” obrazını əks etdirən “Dennis Mitchell” obrazı ilə tanınırdı.
    //azxeber.com

  • Sabah Bakıda 31 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacaq.

  • Dünyanın ən qabaqcıl mikroçipi təqdim edildi

    Dünyanın ən qabaqcıl mikroçipi təqdim edilib.

    Dünyanın ən qabaqcıl mikroçipi Tayvanda yerləşən yarımkeçirici istehsalçısı TSMC tərəfindən təqdim edilib.

    2 nanometr (2nm) texnologiyalı yeni nəsil çipin kütləvi istehsalına ilin ikinci yarısında başlanacağı gözlənilir.

    Yeni çipin performans və enerji səmərəliliyində əhəmiyyətli bir sıçrayış təmin edəcəyi və bununla da texnologiya dünyasında köklü dəyişiklik yaradacağı gözlənilir.
    //azxeber

  • Azərbaycanda qadın qətlə yetirildi: Kəndin mollası şübhəli kimi saxlanıldı

    Xaçmazda 45 yaşlı Yaqut Məmmədova qətlə yetirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, onu öldürməkdə rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

    Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

    İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

  • Глава Melissa Group не обжаловал решение об аресте

    Владелец строительной компании Melissa Group Галиб Мамедов, который был арестован в связи с незаконным сносом дома гражданина, не подавал апелляцию на решение об аресте.

    Как сообщает Report, арестованный вместе с Галибом Мамедовым водитель экскаватора Гала Эйнуллаев также не подавал жалобу.

    В отношении обоих лиц Хатаинским районным судом избрана мера пресечения в виде ареста сроком на 1 месяц.

    Они имели право подать жалобу в течение трех дней со дня вступления решения в силу.

    Отметим, что обоим лицам предъявлены обвинения по статье 186.2.1 (умышленное уничтожение чужого имущества, с причинением крупного ущерба потерпевшему) Уголовного кодекса АР.

    Напомним, при рассмотрении представления о мере пресечения в виде ареста в отношении Галиба Мамедова в суде первой инстанции было подано ходатайство о его переводе под домашний арест, которое не было удовлетворено.

    Напомним, 27 марта строительная компания Melissa Group осуществила снос жилого дома в Ясамальском районе Баку, что вызвало большой общественный резонанс.

    После скандального сноса жилого дома руководитель Melissa Group Галиб Мамедов и сотрудник компании, водитель экскаватора Гала Эйнуллаев были арестованы.