Month: April 2025

  • İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilir, bəzi institutların statusu dəyişir

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verib.

    Sərəncama əsasən, Nazirlər Kabineti 2025-ci ilin sonunadək mərhələli şəkildə aşağıdakı tədbirlərin görülməsini təmin etməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

    1. Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslərin yaradılmasını:

    – Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutunun;

    – Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutunun;

    – Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutunun;

    – Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutunun;

    – İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutunun;

    – Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutunun;

    – Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutunun;

    – Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutunun;

    – müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 yeni elmi müəssisənin.

    2. Nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilməsini.

    3. Nazirliyin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsini.

    4. Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsini.

    5. Nazirliyin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsini.

  • Проходит судебное заседание по делу обвиняемых в военных преступлениях лиц армянского происхождения

    В Баку проходит очередное судебное заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в совершении военных преступлений.

    Как сообщает Report, процесс проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что на предыдущем судебном процессе обвиняемый Давид Ишханян ответил на вопросы прокуроров, представляющих государственное обвинение, а также на вопросы потерпевших и адвокатов.

    Отметим, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давида Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

    Xatırladaq ki, ötən proses təqsirləndirilən şəxslərdən Davit İşxanyan dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.

    Qeyd edək ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Ильхам Алиев принял комиссара Евросоюза по вопросам энергетики и жилищного хозяйства Дана Йёргенсена

    4 апреля Президент Азербайджанской Республики Ильхам Алиев принял комиссара Европейского Союза по вопросам энергетики и жилищного хозяйства Дана Йёргенсена, участвующего в 11-м министерском заседании в рамках Консультативного совета по Южному газовому коридору и 3-м министерском заседании в рамках Консультативного совета по зеленой энергетике.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В каких случаях курсантам разрешат покидать территорию военного учебного заведения?

    Курсанты (за исключением прапорщиков, мичманов и военнослужащих сверхсрочной действительной военной службы) специализированных учебных заведений, готовящих военнослужащих, смогут покидать расположение учебного заведения только после принятия военной присяги и с разрешения командира роты.

    Об этом говорится в предлагаемых изменениях в военное законодательство Азербайджана.

    Согласно проекту, курсантам будет разрешено увольнение в выходные дни и праздничные дни, не считающиеся рабочими, до 08:00 следующего учебного дня.

    Дисциплинированным курсантам 4-го и 5-го курсов, успешно прошедшим текущую аттестацию, помимо вышеуказанных дней, будет разрешено увольнение и в другие дни после окончания учебных занятий и часов самостоятельной подготовки до 08:00 следующего учебного дня.

    Предлагаемые изменения касаются законов “Об утверждении Дисциплинарного устава Вооруженных сил Азербайджанской Республики”, “Об утверждении Устава гарнизонной и караульной служб Вооруженных сил Азербайджанской Республики”, “Об утверждении Устава внутренней службы Вооруженных сил Азербайджанской Республики”, “Об утверждении Положения о прохождении военной службы” и “О воинской обязанности и военной службе”.

    Данный вопрос обсуждался сегодня на заседании парламентского комитета по обороне, безопасности и борьбе с коррупцией.
    //oxu.az

  • Kursantlar təhsil müəssisəsinin yerləşdiyi yerdən hansı halda BURAXILACAQLAR?

    Kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılacaqlar.

    Bu barədə Azərbaycan hərbi qanunvericiliyinə dəyişiklik təklif edilir.

    Layihəyə əsasən, kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 08:00-dək buraxılmalarına icazə veriləcək.

    4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının yuxarıda göstərilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 08:00-dək buraxılmalarına icazə veriləcək.

    Təklif olunan dəyişikliklər “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi barədə”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara aid edilir.

    Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.
    //oxu.az

  • Задержан мужчина, занимавшийся мошенничеством в Instagram

    В Исмайыллинском районе в результате мероприятий, проведенных сотрудниками полиции, был задержан 30-летний Джейхун Мамедов, который обманул гражданина, завладев его деньгами под предлогом получения прибыли в социальной сети.

    Он создал страницу под названием medine.invest в Instagram и давал обратившимся лицам заманчивые обещания получить больше прибыли при небольших вложениях.

    В отношении Дж.Мамедова возбуждено уголовное дело, ведется расследование.

  • “Instagram”da dələduzluq edən şəxs SAXLANILDI

    İsmayıllıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirən 30 yaşlı Ceyhun Məmmədov saxlanılıb.

    O, “Instagram”da “medine.invest” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici vədlər verib.

    C.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.