Month: April 2025

  • Prezident: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək”

    “Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında söyləyib.

    “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.

  • Мужчина жестоко изрезал племянника в пьяной ссоре

    В Шекинском суде по тяжким преступлениям завершилось судебное следствие по уголовному делу в отношении Игбала Байрамова (тут и далее имена и фамилии условные – ред.), обвиняемого в умышленном причинении тяжкого вреда здоровью.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Халига Мамедова был зачитан приговор, согласно которому И.Байрамову назначено условное наказание, и он был немедленно освобожден из-под стражи.

    Инцидент произошел 29 июля 2024 года около 21:00 в селе Гарадаглы Уджарского района.

    Во дворе дома Игбал Байрамов (1960 г.р.), сделал замечание своему племяннику, Малику Байрамову, за то, что тот избил односельчанина. В этот момент между ними возник конфликт на почве личных отношений. Затем Игбал, находясь в состоянии алкогольного опьянения, взял со стола кухонный нож и нанес 4 удара по различным частям тела своего племянника.

    После инцидента Игбал Байрамов был задержан, и в его отношении была избрана мера пресечения в виде ареста.

  • Qardaşı oğluna dörd bıçaq vuran əmiyə şərti cəza verildi

    Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən İqbal Bayramovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İ.Bayramova şərti cəza verilib və dərhal həbsdən azad edilib.

    İttihama görə, hadisə 29 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Ucar rayonunun Qaradağlı kəndində qeydə alınıb.

    Belə ki, 1960-cı il təvəllüdlü İqbal Bayramov evin həyətində qardaşı oğlu, zərərçəkmiş Məlik Bayramova (adı və soyadı şərtidir) həmkəndlisini döydüyünə görə irad tutub. Bu zaman onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonra sərxoş vəziyyətdə olan İqbal stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə qardaşı oğlunun bədəninin müxtəlif nahiyələrinə 4 zərbə endirərək ona xəsarətlər yetirib.

    Hadisədən sonra İqbal Bayramov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

  • Ильхам Алиев: Энергетическая безопасность является неотъемлемой частью национальной безопасности

    Сегодня, как никогда ранее, энергетическая безопасность является неотъемлемой частью национальной безопасности, безопасности стран. Сегодня можно также говорить о промышленной безопасности.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на 11-м министерском заседании в рамках Консультативного совета по Южному газовому коридору и 3-м министерском заседании в рамках Консультативного совета по зеленой энергии.

    Глава государства отметил: “Для развития промышленности нам нужны энергоресурсы, продукция нефтяной химии, удобрения. Азербайджан является производителем и экспортёром сырой нефти, природного газа, нефтепродуктов, удобрений”.

  • İlham Əliyev: “Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyinin ayrılmaz hissəsidir”

    “Bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında söyləyib.

    Dövlətimizin başçısı qeyd edib: “Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.

  • В Имишлинском районе 4-летний мальчик утонул в водоканале

    В Имишлинском районе произошел несчастный случай, в результате которого погиб маленький ребенок.

    Как сообщает Qafqazinfo, трагедия случилась вчера около 12:00 дня в селе Гаралар.

    4-летний Гусейн Гасанли, проживавший в этом селе, упал в проходящий рядом водный канал и захлебнулся водой.

    Спасти жизнь мальчика не удалось.

    По данному факту проводится расследование.

  • İmişlidə dörd yaşlı uşaq su kanalına düşərək boğulub

    İmişlidə azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 4 yaşlı Hüseyn Sahib oğlu Həsənli dünən saat 12 radələrində yaşadığı Qaralar kəndi ərazisindən keçən su kanalına düşərək boğulub.

    Onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Найдена пропавшая в Товузе школьница

    Найдена пропавшая в Товузе школьница.

    Об этом сообщил старший инспектор гянджинской региональной группы пресс-службы Министерства внутренних дел (МВД) Эшгин Гасымов.

    По его словам, сотрудники Товузского райотдела полиции установили местонахождение А.Сулеймановой в Гяндже и доставили ее в район.

    В настоящее время ожидается передача девочки семье.

  • Tovuzda itkin düşən məktəbli qız tapıldı

    Tovuzda itkin düşən məktəbli tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

    Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz rayonuna gətirilib.

    Hazırda onun ailəsinə təhvil verilməsi gözlənilir.

  • 53 yaşlı Malaxov gənc görünməsinin sirrini açıqlayıb

    Rusiyanın məşhur teleaparıcısı Andrey Malaxov gənc görünməsinin sirrini açıqlayıb.

    53 yaşlı A.Malaxov bu barədə özünün “Instagram” səhifəsində yazıb.

    O qeyd edib ki, gənc görünməsinin əsas sirri hər səhər və axşam, sistematik olaraq dərisinə qulluq etməsi ilə əlaqədardır.

    Qeyd edək ki, 25 ildən çox televiziya layihələrinin aparıcısı olan Andrey Malaxov “Qoy danışsınlar”, “Salam, Andrey!”, “Ulduzlarla rəqs” kimi məşhur proqramların əsas simasıdır.