Month: April 2025

  • Dövlət qurumunda rəislə mütəxəssis arasında DAVA

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin əməkdaşı həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.

    Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

    İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, dövlət qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib.

    Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər.

    Bundan sonra Orxan barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub.

    Hadisə ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov faktı təsdiq edib: “Baş vermiş hadisə ilə bağlı hazırda daxili araşdırma aparılır və araşdırmanın nəticəsində yekun qərar veriləcək”.

  • В Гяндже приостановлена работа 20 аттракционов

    В Гяндже приостановили эксплуатацию опасных аттракционов одного из парков из-за угрозы жизни и безопасности граждан.

    Как сообщает Median.Az со ссылкой на МЧС, нарушения были выявлены в ходе плановой проверки в парке поселка Ени Гянджа.

    Эксперты Государственного агентства по безопасному ведению промышленных работ и горно-промысловому надзору выявили нарушения в 20 аттракционах, их эксплуатация приостановлена до устранения недочетов.

  • Gəncədə 20 attraksionun istismarı dayandırılıb

    Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən attraksionlarda plan üzrə yoxlama aparılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

    Belə ki, parkda fəaliyyət göstərən 20 attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi müəyyən edilib.

    Nöqsanların aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

  • Учебный год в азербайджанских школах завершится в мае? – ОФИЦИАЛЬНЫЙ ОТВЕТ

    Учебный год в школах Азербайджана завершится 14 июня.

    Как передает Median.Az, об этом axar.az заявили в пресс-службе Министерства науки и образования в ответ на утверждения о завершении обучения в школах в мае.

    Было отмечено, что “Продолжительность учебного года в общеобразовательных учреждениях” утверждена постановлением Кабинета министров Азербайджанской Республики №66 от 24 февраля 2020 года.

    “Согласно пункту 2.3 данного документа, занятия на ступенях общего образования – начального, общего среднего и полного среднего образования – начинаются 15 сентября каждого года и заканчиваются 14 июня следующего года. В связи с этим вопрос об окончании текущего учебного года в дату, отличную от указанной в упомянутом документе, не подлежит обсуждению”, – сообщили в ведомстве

    Отметим, что в социальных сетях распространились сообщения о том, что из-за жаркой погоды в этом году обучение в средних школах завершится 31 мая.

  • Məktəblərdə tədris ili mayda bitəcək? – RƏSMİ

    “Məktəblərdə tədris ili iyunun 14-də başa çatacaq”.

    Median.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məktəblərdə tədrisin mayda yekunlaşacağı ilə bağlı iddialara cavabda bildirilib.

    Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” təsdiq edilib:

    “Həmin sənədin 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Bu baxımdan, cari tədris ilinin sözügedən sənəddə qeyd olunandan fərqli tarixdə bitməsi məsələsi müzakirə mövzusu deyil”.

    Qeyd edək ki, sosial şəbəkələrdə ilin isti keçməsi səbəbindən orta məktəblərdə tədrisin 31 mayda başa çatacağı iddiası yayılmışdı.

  • Məktəbli qızı evinə gətirdi, subay olduğunu deyib cinsi əlaqədə oldu – TƏFƏRRÜAT

    Şəmkirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Hüseyn İbrahimova (soyad şərti) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

    Araşdırmalar zamanı məlum olub ki, Hüseyn 2020-ci ildə evlənib və 2 azyaşlı övlad var. 2024-cü ilin əvvəlində boşanan oğlan “Snapchat” sosial şəbəkəsində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Züleyxa (şərti adlı) ilə tanış olub və aralarında münasibət yaranıb. 10-cu sinif şagirdi olan yeniyetmə qız 2 avqust 2024-cü il tarixində evdə anası ilə mübahisə edərək mənzili tərk edib. O, Bakıda “Şamaxinka” adlanan yerə gələrək Şəmkirə gedən taksi tapıb və gecə saat 1 radələrində taksi ilə yola düşüb.

    Yeniyetmə qız gedərkən “məni yalandan axtarmayın, sevdiyim gəlib məni apardı, axtarsanız da, tapa bilməzsiniz” sözləri qeyd edilmiş məktub yazaraq evə qoyub.

    Hüseynin istəyi ilə Şəmkirə gedən qız 3 avqustda onunla görüşərək yaşadığı evə gedib. Burada Hüseyn öz körpə övladlarını bacısının uşaqları kimi qələmə verərək subay olduğunu deyib. Lakin bir müddət sonra Züleyxa uşaqların Hüseynə məxsus olmasını öyrənib və onlara baxmağa razı olub. Hüseynin ailə üzvləri də 15 yaşında olduğunu bildikləri qızı evin gəlini kimi qəbul ediblər.

    Lakin yeniyetmənin ailəsinin polisə müraciət etməsindən sonra 10 avqustda onun yeri müəyyən edilib və tapılaraq valideynlərinin yanına qaytarılıb.

    15 yaşlı qızla cinsi əlaqədə olmuş Hüseynə isə cinayət işi açılıb və bir neçə gün əvvəl Şəmkir Rayon Məhkəməsinin çıxardığı hökmlə ona 1 il 9 ay həbs cəzası verilib.

  • В школе прокомментировали пропажу 13-летней девочки в Товузском районе: Она была вспыльчивой ученицей (ОБНОВЛЕНО)

    В Товузком районе пропала 13-летняя школьница. 2 апреля в 18:00 жительница села Бозалганлы А.С. (2012 г.р.) вышла из школы и ушла в неизвестном направлении.

    Некоторые подробности о пропавшей девочке были получены Bizim.Media из сельской средней общеобразовательной школы имени Юсифа Садыгова.

    В учебном заведении сообщили, что подросток травмирована и является несколько проблемной ученицей. Школьный психолог неоднократно работал с ней.

    “Пропавшая девочка – ученица 7А класса. Вчера она ушла после десятого урока. Посещаемость у нее всегда была хорошей, но училась слабо. Она не была послушной. В ее поведении были нарушения. Она дерзила учителям, была немного вспыльчивой ученицей. Школьный психолог занимался с ней. Одним словом, это был травмированный ребенок”, – говорится в информации.

    По словам представителя школы, после развода ее родителей в поведении подростка стало заметно больше проблем.

    “После развода родителей она жила с дедушкой по отцовской линии, бабушкой и дядей. Хотя она и травмирована, но это девочка, которая любит себя. Надеемся, она найдется целой и невредимой”, – добавил представитель школы.

    Отметим, что главный инспектор гянджинской региональной группы пресс-службы Министерства внутренних дел (МВД) Эшгин Гасымов сообщил, что в настоящее время сотрудники Товузского районного отдела полиции продолжают поиски для установления местонахождения девочки.

    * * * * *

    В Товузком районе без вести пропала девочка-подросток.

    Как сообщает Oxu.Az, 2 апреля в 18:00 жительница села Бозалганлы А.С. (2012 г.р.) вышла из школы и ушла в неизвестном направлении.

    В ответ на запрос редакции сайта в гянджинской региональной группе пресс-службы Министерства внутренних дел заявили, что в настоящее время сотрудники Товузского районного отдела полиции (РУП) принимают меры по установлению местонахождения пропавшей школьницы.

  • Tovuzda itkin düşən 13 yaşlı qızın oxuduğu məktəbdən AÇIQLAMA: “Bir az çılğın şagird idi” (YENİLƏNİB)

    Xəbər verdiyimiz kimi, Tovuzda orta məktəb şagirdi, 13 yaşlı qız itkin düşüb. Rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.

    Median.Az xəbər verir ki, Bizim.Media itkin düşən qızla bağlı bəzi təfərrüatları Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbindən öyrənib.

    Məktəbdən bildirilib ki, yeniyetmə travmalı və bir qədər problemli şagirddir. Dəfələrlə məktəb psixoloqu şagirdlə iş aparıb:

    “İtkin düşən qız 7A sinfinin şagirdidir. Dünən onuncu dərs saatından sonra gedib. Davamiyyəti hər zaman yaxşı olub, amma oxumağı zəif idi. Bir qədər sözə qulaq asan deyil. Davranışlarında pozğunluq var idi. Müəllimlərə cavab qaytarırdı, bir az çılğın şagird idi. Məktəb psixoloqu onunla məşğul olurdu. Yəni bir sözlə, travmalı uşaq idi”.

    Məktəb rəsmisinin sözlərinə görə, yeniyetmənin valideynləri boşanandan sonra qızın davranışlarında daha çox problem hiss olunub:

    “Ana-ata boşanandan sonra qız ata babası, nənəsi və əmisi ilə qalırdı. Travmalı olsa da, özünü sevən qızdır. İnşallah sağ-salamat tapılar”, – deyə məktəb rəsmisi əlavə edib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

    * * * * *

    Tovuzda 13 yaşlı qız itkin düşüb.

    Oxu.az-ın məlumatına görə, aprelin 2-si saat 18:00-da rayonun Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.S. oxuduğu kənd tam orta məktəbindən çıxıb və itkin düşüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

  • Скончался полковник запаса Госпогранслужбы – ФОТО

    Скоропостижно скончался полковник запаса Государственной пограничной службы (ГПС) Азербайджана Айдын Наджафов.

    А.Наджафов долгие годы служил в рядах ГПС.

    Причина смерти не разглашается.

  • DSX-nin ehtiyatda olan polkovniki vəfat etdi – FOTO

    Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan polkovniki vəfat edib.

    Uzun illər DSX-də xidmət etmiş Aydın Nəcəfov qəfil dünyasını dəyişib.

    Onun hansı səbəbdən vəfat etdiyi barədə məlumat verilməyib.

    Fotoda sağda Aydın Nəcəfov