Month: April 2025

  • “Meydan TV” əməkdaşlarının həbs müddəti UZADILDI

    “Meydan TV işi” üzrə həbs edilmiş jurnalistlər – Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağa (Ağayev), Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı) və media işçisi Ülvi Tahirov barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay artırılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hökm Xətai Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

    Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.

    Qeyd edək ki, həbs edilənlər qaçaqmalçılıqda ittiham olunurlar.

  • İtkin düşən 13 yaşlı qızın babası: “Rəfiqəsinə deyib ki, qaçıram” – VİDEO

    Tovuzun Bozalqanlı kəndində 13 yaşlı məktəblinin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.

    7-ci sinif şagirdi olan yeniyetmə qızın məktəbdən çıxdıqdan sonra hara getdiyi məlum deyil.

    Məktəblinin babası Zirəddin Süleymanov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.

    “Müəllim qızıma zəng edib deyib ki, son vaxtlar sözə baxmır, nəsə deyəndə eşitməzliyə vurur. Əlində yazılar və şpris tutmuşam. Müəllimlə danışmaq üçün məktəbə yollandıq, sonra isə nəvəm evə qayıtmaq adı ilə oradan uzaqlaşdı. Sonradan öyrəndik ki, çantasını sinif yoldaşına verib, qaçıb”, – deyə o bildirib.

    Qeyd edək ki, yeniyetmənin valideynləri ayrılıb. Məktəbli və bacısı ata, nənə və babası ilə yaşayır.

    Ətraflı süjetdə:

  • Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar sərtləşdirilə bilər

    Ermənistanda hərbi xidmətdən və təlim toplanışlarından yayınmaya görə cəzaların sərtləşdirilməsi planlaşdırılır.

    Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin layihəsi hökumətin iclasında təsdiqlənib.

    Çağırışdan yayınmaya görə həbs müddətinin 2-5 ildən 3-6 ilə qədər artırılması, təlim toplanışlarından yayınmaya görə isə 1 ildən 3 ilə qədər (hazırda 2 ilə qədərdir) müəyyən edilməsi təklif olunur.

    Ədliyyə Nazirliyinin hazırladığı qanun layihəsi baxılmaq üçün parlamentə təqdim ediləcək.

    \report

  • “AFB Bank”da yoxlama: Bir milyon manata yaxın əlavə vəsait ödəyəcək

    “AFB Bank” Açıq Səhmdar Cəmiyyətində vergi yoxlaması keçirilib.

    Median.Az Valyuta.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən aparılan yoxlamalar zamanı “AFB Bank” ASC-də səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 571 963.53 manat əlavə vergi, 345 991.01 manat maliyyə sanksiyası (cəmi 917 954.54 manat) hesablanıb.

    Qeyd edək ki, “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Xubanlı bu ilin fevral ayında vəzifəsindən ayrılıb. Ehtimal edilir ki, o, sözügedən pozuntulara görə postundan gedib.

    “AFB Bank” Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyətinin sədrinin vəzifələrini Lalə Quliyeva icra edəcək. O, hazırda bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

    Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99.6 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarət etdiyi bildirilən “Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Hikmət İsmayılov Kəmaləddin Heydərovun bacanağıdır. Bu o deməkdir ki, “AFB Bank” ASC yenə də Kəmaləddin Heydərovun nəzarətindədir.

  • Нетаньяху поддержал Орбана: Вы только что заняли смелую позицию, и я благодарен вам, Виктор

    Премьер-министр Израиля Биньямин Нетаньяху выразил благодарность своему венгерскому коллеге Виктору Орбану за “смелое” решение прекратить сотрудничество с Международным уголовным судом (МУС) в Гааге. Выступая на совместной пресс-конференции по итогам встречи лидеров в Будапеште, Нетаньяху назвал МУС “коррумпированной организацией”, которая проявляет предвзятость по отношению к еврейскому государству.

    “Вы только что заняли смелую и принципиальную позицию по МУС, и я благодарен вам, Виктор. Это важно не только для нас, но и для всех демократий. Необходимо противостоять этой коррумпированной организации, которая приравняла демократическое государство, борющееся за свое существование перед лицом ужасающих террористических угроз, к самим террористам”, – подчеркнул израильский премьер. По его мнению, МУС несправедливо преследует Израиль, ведущий “справедливую войну справедливыми средствами”, вместо того, чтобы наказывать настоящих “мучителей”.

    Нетаньяху считает, что решение Будапешта имеет значение “для всей цивилизации”, поскольку Израиль, по его словам, противостоит “варварству”. “Вы первое, и, осмелюсь сказать, не последнее государство, которое разрывает с этой коррупцией и разложением. Думаю, это высоко оценят не только в Израиле, но и во многих других странах мира”, – добавил он.

    Напомним, 3 апреля глава канцелярии венгерского премьера Гергей Гуйяш объявил о решении правительства прекратить сотрудничество с МУС из-за “сильной политизированности” этого судебного органа. По его словам, МУС отклонился от своей первоначальной цели и превратился из судебного в политический институт, где “политика подменила собой судопроизводство”.

    Примечательно, что заявление Будапешта было приурочено к визиту Нетаньяху в венгерскую столицу. Израильский лидер пользуется поддержкой Венгрии в противостоянии с радикальным палестинским движением ХАМАС. В ноябре 2024 года МУС выдал ордер на арест Нетаньяху, обвинив его в военных преступлениях и преступлениях против человечности на палестинских территориях. Орбан назвал это решение “абсурдным и позорным”, заверив, что Венгрия не станет выполнять постановление Гаагского суда.

  • Netanyahu Orbanı dəstəklədi: “Siz cəsarətli mövqe nümayiş etdirdiniz”

    İsrailin baş naziri Benyamin Netanyahu macar həmkarı Viktor Orbana Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığa son qoymaq üçün cəsarətli qərarına görə təşəkkür edib.

    Liderlərin Budapeşt görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Netanyahu BCM-i İsrailə qarşı qərəzlilik edən korrupsioner təşkilat adlandırıb.

    “Təşəkkür edirəm, Viktor! Siz indicə BCM ilə bağlı cəsarətli və prinsipial mövqe nümayiş etdirdiniz. Bu, təkcə bizim üçün deyil, bütün demokratik ölkələr üçün vacibdir. Dəhşətli terror təhdidləri qarşısında varlığı uğrunda mübarizə aparan demokratik dövləti terrorçularla eyniləşdirən bu korrupsioner təşkilata qarşı çıxmalıyıq”, – deyə İsrailin baş naziri vurğulayıb.

    Onun fikrincə, BCM əsl cinayətkarları cəzalandırmaq əvəzinə ədalətli vasitələrlə ədalətli müharibə aparan İsraili ədalətsiz şəkildə mühakimə edir.

    Netanyahu hesab edir ki, Budapeştin qərarı bütün sivilizasiya üçün vacibdir, çünki İsrail barbarlıqla üzləşir.

    “Siz bu korrupsiya və tənəzzüldən qurtulan ilk dövlətsiniz və deyim ki, sonuncu deyilsiniz. Düşünürəm ki, bu, təkcə İsraildə deyil, dünyanın bir çox başqa ölkələrində də yüksək qiymətləndiriləcək”, – deyə o əlavə edib.

    Xatırladaq ki, Macarıstanın baş nazirinin aparat rəhbəri Qergey Quyaş hökumətin bu məhkəmə orqanının həddindən artıq siyasiləşməsi səbəbindən BCM ilə əməkdaşlığı dayandırmaq qərarını açıqlayıb. Onun sözlərinə görə, BCM ilkin məqsədindən kənara çıxıb və məhkəmədən siyasi instituta çevrilib ki, burada siyasət məhkəmə sistemini əvəz edib.

  • Bəzi kərə yağları satışdan yığışdırıldı

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Əli Telman oğlu Cəfərovun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda, normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb.

    Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Faktla bağlı agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

    Qeyd edək ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır.

    Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

    Məhsulun adı Məhsulun istehsal və son istifadə tarixləri Aşkarlanan uyğunsuzluq
    1. “Westfood” əmtəə nişanlı 82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı 07.02.2025-07.02.2026 Kampesterin,
    Stiqmasterin,
    Beta-sitosterin,
    Sorbin (E200) turşusu,
    Benzoy (E210) turşusu
    2. “Beloruskiy Kray” əmtəə nişanlı 82.5% yağlılıqda təbii kərə yağı 05.03.2025-05.03.2026 Kampesterin,
    Beta-sitosterin

  • Lökbatan qəsəbəsində istehlaka yararsız at əti aşkarlanıb

    Lökbatan qəsəbəsində reyd zamanı istehlaka yararsız ət aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, AQTA və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fiziki şəxs İsmayılov Gülabba Ələkbər oğluna məxsus 77-AL-754 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.

    Baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayiətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub. Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ətin dövriyyədən çıxarılması təmin edilib. Araşdırmalar davam etdirilir.

  • Türkiyədə CHP-nin “boykot” çağırışları ilə bağlı 11 nəfər saxlanıldı

    Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı apardığı korrupsiya istintaqından sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) “boykot” çağırışı ilə əlaqədar 11 nəfər saxlanılıb.

    Bu barədə “TRT Haber” məlumat verib.

    Məlumata görə, CHP-nin çağırışından sonra ənənəvi və sosial mediada edilən boykot çağırışlarında bölücü ritorikalar və onları yayan şəxslərə qarşı araşdırma başlanılıb. “Nifrət və ayrı-seçkilik” və “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayətləri ilə bağlı aparılan bu istintaq çərçivəsində 16 nəfər barəsində saxlanılma qərarı verilib.

    Polis qrupları tərəfindən çox sayda ünvanda eyni vaxtda əməliyyat həyata keçirilib. Əməliyyat zamanı şübhəlilərdən 11-i saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

    Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Ekrem İmamoğlunun həbsindən sonra CHP sədri Özgür Özel tərəfindən “boykot” çağırışı edilmişdi.

  • Goranboyda baş verən hadisənin TƏFƏRRÜATI: Valideyn övladına xəsarət yetirməyə cəhd edib (YENİLƏNİB)

    В школе в Гёранбое произошла поножовщина.

    В Гёранбойский районный отдел полиции поступила информация о том, что мать одного из учеников, жительница села Хазырахмедли, пришла в школу с ножом.

    Согласно данным, сначала она избила своего ребенка, а затем ранила учительницу, пытавшуюся урегулировать конфликт.

    Как сообщили редакции сайта в ответ на запрос в гянджинской региональной группе пресс-службы Министерства внутренних дел, сотрудники полиции прибыли в общеобразовательное учреждение и приняли соответствующие меры.

    Подозреваемая в совершении инцидента Афсана Рзаева (1999 г.р.) задержана, расследование по данному факту продолжается.

    По имеющейся у Oxu.Az информации, у А.Рзаевой имеются серьезные психологические проблемы. Принято решение о ее госпитализации в Гянджинскую городскую психиатрическую больницу для прохождения экспертизы и лечения.