Month: April 2025

  • Tikinti şirkətləri yeni layihələrə başlaya bilmir – Bəs qiymətlər niyə qalxır?

    “Azərbaycan daşınmaz əmlak bazarında ən böyük problem tikinti şirkətləri ilə bağlıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.

    Onun sözlərinə görə, tikinti şirkətləri 5-6 ildir ki, yeni layihələrə başlaya bilmir:

    “Bu da yeni tikiləcək binalara təsir edir. Yeni binalar tikilmir. Tikilməkdə olan binaların da sayı azdır. Bu baxımdan tikinti şirkətləri arasında rəqabət yoxdur. Buna görə də tikinti şirkətləri qiymətləri artırmaqda davam edirlər”.

    Elnur Azadov bunun səbəbini Arxitektura Komitəsi ilə əlaqələndirib:

    “Arxitektura Komitəsi yeni tikintilərə icazələri məhdud sayda buraxır deyə bu baxımdan bütün daşınmaz əmlak sektoru ölkədə bu vəziyyətdədir. Ölkədə alıcı kütləsi çoxdur. Ev almaq istəyən də görür günü-gündən ev bahalaşır, odur ki, tez qərar verməyə çalışır”.

  • Yeni toy mövsümü başladı: 450 manata da menyu var

    Ramazan ayının bitməsi ilə Azərbaycanda toy mövsümü canlanıb. Əslində, şadlıq sarayları orucluqda da boş dayanmayıblar və sifarişlər qəbul ediblər. Hazırda əksər restoranlarda aprel ayı üçün bütün günlər doludur. Bəs yeni toy mövsümündə qiymətlər necədir?

    Teleqraf mövzu ilə bağlı Bakının məşhur şadlıq sarayları arasında sorğu keçirib.

    Paytaxtın populyar və bahalı şadlıq saraylarından biri sayılan “Saphir Saray”ın böyük zalında menyu 160 manatdan, kiçik zalda isə 120 manatdan başlayır. Beləliklə, restoran toy etmək istəyən cütlüklərə 180, 200, 220, 250-320 manatlıq menyular təklif edir. “Saphir Saray”da ən bahalı menyu isə 450 manatdır.

    Birdəfəyə 700 nəfərlik qonaq qəbul etmək imkanı olan “Grand Opera Hall”un toy menyusu 110-dan 170 manata qədərdir.

    “Elux Event Hall”da menyu 220 AZN-dən başlayır. Restoranın meneceri bildirib ki, iyun ayına qədər qiymət artımı gözlənilmir. Lakin sentyabrdan toy menyusu 250 manata qədər bahalaşacaq.

    1000 nəfərlik qonaq qəbul etmək üçün hər cür şəraiti olan “Buta Palace”ın menyu qiymətləri 150 manatdan 270-300 manat arasında dəyişir.

    “Hollywood” şadlıq sarayı evlənmək istəyən müştərilərinə 2 menyu təklif edir. Birinci “Standart” adlanır, qiyməti 130 manatdan başlayır. Digər menyu isə “Premium”dur. Burada qiymət 160-200 manatdır.

    Sayt menyusu 100 manatdan aşağı olan restoran da tapmağa çalışıb.

    “Mona Liza” şadlıq sarayında 200 nəfərlik zalda bir nəfər üçün menyunun qiyməti 80 manat, 500 nəfərlik zalda isə 60 AZN-dir.

    “Çıraq Palace”da menyu 50-55, “Grand Neon” sarayının 100-200 nəfərlik zallarında toy menyusu 55-80 manat arasında dəyişir.

    “Alp Saray”da isə qiymətlər 75 manatdan başlayaraq 160-a qədər yüksəlir.

    “Versal Hall”un menyusu 75 AZN-dən başlayır. Yeri gəlmişkən, bu restoranın meneceri son qiyməti açıqlamadı.

    “Hissa Saray”da menyunun qiyməti qonaq sayına görə dəyişir. Minimum qiymət 60, maksimum isə 90 manatdır.

    Paytaxtda fəaliyyət göstərən digər şadlıq saraylarında menyu qiymətləri aşağıdakı kimi dəyişir:

    “Aura Hall”da menyunun qiymətləri 50 manatdan başlayır, 65-70 manata qədər artır.

    “Nazlı Saray”ın kiçik zalında 50-60-70, böyük zal üçün 55-65-75 manat ödəmək lazımdır.

    “Ağ Saray”da da iki zal var: 80-200 və 450-500 nəfərlik. Menyular adambaşına 75 manatdan 165 manata qədər dəyişir.

    “Niaqara” şadlıq sarayında da iki zal mövcuddur. 100-250 nəfərlik kiçik və 250-550 nəfərlik böyük zal. Menyu da 55 manatdan başlayır.

    Bakının ən ucuz şadlıq saraylarından biri “Mübarək”dir. Buranın iki zalı var: 150 və 200-300 nəfərlik. Menyusu isə 28-29 manatdır.

    Qeyd edək ki, yuxarıda təqdim olunan qiymətlər adambaşına nəzərdə tutulub.

  • Михаил Подоляк подтвердил планы изменить законодательство Украины для переноса выборов

    Руководство Украины планирует внести изменения в законодательство страны, чтобы отсрочить проведение парламентских и президентских выборов после прекращения конфликта и отмены военного положения.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил советник главы офиса Владимира Зеленского Михаил Подоляк.

    Накануне глава ЦИК Украины Олег Диденко сообщил, что власти намерены внести изменения в законодательство, чтобы отсрочить проведение выборов. Согласно действующему закону парламентские и президентские выборы должны быть объявлены в течение месяца после отмены военного положения. Однако руководство страны намерено отодвинуть проведение выборов под предлогом того, что теперь на их подготовку потребуется больше времени.

    “В этом плане, безусловно, готовится вся законодательная, нормативная база к послевоенному времени, потому что, как только будет отменено военное положение, в течение 60 дней нужно будет провести выборы, и – вот здесь господин [Олег] Диденко абсолютно прав – необходимо внести целый ряд изменений в законы. Изменения в законы нужно вносить и, конечно, это будет делаться через парламент. Тем более, что это достаточно длительная процедура, еще раз уточнение всех параметров юридических и тому подобное”, – сказал Подоляк.

    Советник главы офиса считает, что после отмены военного положения на подготовку к выборам может уйти до полугода. “Закончилось действие военного положения, после этого [должно пройти] 3-6 месяцев до того, чтобы были полноценные выборы, избирательный процесс чтобы был запущен”, – отметил он.

  • Ukraynada seçkilərin təxirə salınması üçün qanunvericilikdə dəyişikliklər planlaşdırılır

    Ukrayna rəhbərliyi münaqişənin dayandırılması və hərbi vəziyyətin ləğvindən sonra parlament və prezident seçkilərinin təxirə salınması üçün ölkə qanunvericiliyinə dəyişikliklər etməyi planlaşdırır.

    Median.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

    Bir gün əvvəl Ukrayna MSK-nın sədri Oleq Didenko hakimiyyətin seçkiləri təxirə salmaq üçün qanunvericiliyə dəyişikliklər etmək niyyətində olduğunu bildirmişdi. Mövcud qanuna görə, parlament və prezident seçkiləri hərbi vəziyyətin ləğvindən sonra bir ay ərzində elan edilməlidir. Lakin ölkə rəhbərliyi seçkilərin keçirilməsini hazırlıq prosesinə daha çox vaxt lazım olacağı bəhanəsi ilə təxirə salmaq niyyətindədir.

    “Bu baxımdan, şübhəsiz ki, müharibədən sonrakı dövr üçün bütün qanunvericilik, normativ baza hazırlanır, çünki hərbi vəziyyət ləğv edilən kimi 60 gün ərzində seçkilər keçirilməlidir və burada cənab Didenko tamamilə haqlıdır – qanunlara bir sıra dəyişikliklər edilməlidir və əlbəttə ki, bu, parlament vasitəsilə ediləcək. Bu, kifayət qədər uzun bir prosedurdur, bütün hüquqi parametrlərin və s. dəqiqləşdirilməsi lazımdır”, – deyə Podolyak bildirib.

    Ofis rəhbərinin müşaviri hesab edir ki, hərbi vəziyyətin ləğvindən sonra seçkilərə hazırlıq altı aya qədər vaxt apara bilər.

  • Вещание “KANAL S” приостановят на сутки из-за неэтичных высказываний телеведущей Нигяр Фархад

    Аудиовизуальный совет Азербайджана принял решение о приостановке вещания телеканала “KANAL S” на 24 часа из-за неэтичных высказываний телеведущей Нигяр Фархад.

    Решение было принято на сегодняшнем онлайн-заседании Совета.

    Напомним, Фархад в эфире программы “Sözün bitdiyi an” 28 марта заявила, что, “если бы у нее был сын, она никогда не хотела бы ему невесту, выросшую в семье без отца”.

    “Потому что женщина, не понимающая необходимость подчинения мужчине, никогда не сможет сделать моего сына счастливым”, – заявила она.

    В ходе мониторинга и юридической оценки было установлено, что в эфире допущено нарушение требований статьи 14.1.4 Закона “О медиа”, запрещающей пропаганду дискриминации по расовому, религиозному, половому и другим признакам.

    Совет пришел к выводу, что высказывания ведущей не только противоречат нормам этики, но и грубо нарушают законодательные требования о равенстве полов и недопустимости дискриминации. В связи с этим вещание телеканала “KANAL S” будет приостановлено с 06:00 4 апреля до 06:00 5 апреля. Руководству телеканала также предписано обеспечить соответствие деятельности ведущих требованиям Закона “О медиа”.

  • “KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

    Audiovizual Şura “KANAL S”in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

    Bu barədə qurum məlumat yayıb.

    Şuranın bu gün keçirilən onlayn iclasında adıçəkilən televiziya kanalında yayımlanan “özün bitdiyi an” proqramının martın 28-də saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.

    İlk olaraq məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib.

    Müzakirələrdən sonra proqramda “Media haqqında” qanunun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib.

    Pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayandırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının aprelin 4-ü səhər saat 06.00-dan aprelin 5-i saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.

    Həmçinin “Kanal S” MMC-nin rəhbərliyindən aparıcıların “Media haqqında” qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.

  • Özünü nazirliyin vəzifəli şəxsi kimi təqdim edən şəxs 100 minlik dələduzluq edib

    Özünü Elm və Təhsil Nazirliyinin yüksəkvəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Elməddin Bayramova hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə mühakimə olunan Elməddin Bayramova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Onun şübhəli şəxs kimi tutulduğu 2 gün və ev dustaqlığında saxlanıldığı 3 ay müddət verilən cəzadan çıxılaraq, üzərində qəti olar 3 il 2 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    Elməddin Bayramovun cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. İş materiallarından aydın olur ki, Elməddin Bayramov özünü Elm və Təhsil Nazirliyinin yüksəkvəzifəli şəxsi kimi təqdim etməklə zərərçəkmişləri işə düzəltmə, təqaüdün bərpa edilməsi, təmir-tikinti işləri və s. adı ilə aldadıb. Onlardan aldığı pulların ümumi məbləği 100 000 manata yaxındır.

  • Gəncədə külli miqdarda aksiz markasız siqaret və spirtli içki aşkarlanıb

    Gəncə Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan siqaretlərin və saxta aksiz markası ilə markalanmış spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    Bildirilib ki, şəhərin ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobilin yük yerindən aksiz markası ilə markalanmayan müxtəlif markalı 66 200 ədəd siqaret və saxta aksiz markası ilə markalanmış 48 ədəd spirtli içki aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Илон Маск признан богатейшим человеком мира

    Курирующий работу Департамента эффективности правительства США (DOGE) Илон Маск возглавил список богатейших миллиардеров мира.

    Об этом говорится в опубликованном 39-м рейтинге журнала Forbes.

    Его состояние оценивается в 342 млрд долларов, уточняет издание. Второе место занял глава корпорации Meta Марк Цукерберг, чье состояние насчитывает 216 млрд долларов. На третьем месте расположился основатель Amazon Джефф Безос с состоянием в 215 млрд долларов. На следующей строчке находится один из создателей корпорации Oracle Ларри Эллисон, его состояние оценивается в 192 млрд долларов.

    В 2024 году список возглавлял миллиардер Бернар Арно, которому принадлежит группа компаний LVMH (Louis Vuitton Moet Hennessy). Однако в 2025 году Арно и его семья заняли пятое место с состоянием в 178 млрд долларов.

    Более 3 тыс. человек, общее состояние которых составило рекордные 16.1 трлн долларов, вошли в список журнала. Как отмечает Forbes, впервые три человека владеют состоянием более 200 млрд долларов.

  • İlon Mask dünyanın ən varlı adamı oldu

    ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask dünyanın ən varlı milyarderləri siyahısına başçılıq edir.

    Bu barədə “Forbes” jurnalının 39-cu reytinqində bildirilir.

    Nəşrin məlumatına görə, onun sərvəti 342 milyard dollar dəyərində qiymətləndirilir.

    İkinci yeri sərvəti 216 milyard dollar təşkil edən “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq tutub. Üçüncü yerdə isə 215 milyard dollarlıq sərvətlə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. Növbəti sırada “Oracle” korporasiyasının yaradıcılarından biri olan Larri Ellison gəlir ki, onun sərvəti 192 milyard dollar dəyərində qiymətləndirilir.

    Qeyd edək ki, 2024-cü ildə siyahıya LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun sahibi, milyarder Bernard Arno başçılıq edirdi. Lakin 2025-ci ildə Arno və ailəsi 178 milyard dollarlıq sərvətlə beşinci yerdə qərarlaşıb.

    Jurnalın siyahısına ümumi sərvəti 16,1 trilyon dollar təşkil edən 3 000-dən çox insan daxil edilib. “Forbes”un qeyd etdiyi kimi, ilk dəfə üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.