Month: April 2025

  • Военный суд оставил в СИЗО экс-адвоката Пашаева, обвиняемого в мошенничестве

    Второй Западный окружной военный суд признал законным продление ареста бывшему адвокату Эльману Пашаеву, обвиняемому в мошенничестве и покушении на мошенничество в особо крупном размере.

    Об этом сообщает ТАСС.

    “Постановление Московского гарнизонного военного суда (МГВС) признать законным”, – огласил решение судья. МГВС в середине марта продлил Пашаеву срок ареста до 15 мая.

    В ходе заседания Пашаев просил изменить ему меру пресечения на домашний арест. По словам его адвоката, у обвиняемого 19 ведомственных наград, кроме того, он приобрел около 500 беспилотников для воинской части, в которой проходил службу до задержания.

    Ранее в пресс-службе Следственного комитета РФ сообщили о том, что военные следователи завершили следственные действия по делу Пашаева. Он обвиняется по ч. 4 ст. 159 и ч. 3 ст. 30 – ч. 4 ст. 159 УК РФ (мошенничество и покушение на мошенничество в особо крупном размере).

  • Keçmiş vəkil Elman Paşayevlə bağlı məhkəmə qərarı qanuni hesab edilib

    Moskvanın (Rusiya) İkinci Qərb Dairə Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda və dələduzluğa cəhddə ittiham olunan keçmiş vəkil Elman Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib.

    Bu barədə TASS-ın yaydığı məlumatda bildirilib.

    “Moskva Qarnizon Hərbi Məhkəməsinin qərarı qanuni hesab edilsin”, – hakim qərarı elan edib. Məhkəmə mart ayının ortalarında E.Paşayevin həbs müddətini mayın 15-dək uzadıb.

    Məhkəmə iclasında E.Paşayev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Onun vəkilinin sözlərinə görə, təqsirləndirilən şəxsin 19 mükafatı var. Bundan başqa, o, həbs olunana qədər xidmət etdiyi hərbi hissə üçün təxminən 500 pilotsuz uçuş aparatı alıb.

    Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti E.Paşayevin işi üzrə istintaqın başa çatdığını bildirib. O, RF Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi və 30-cu maddəsinin 3-cü hissəsi ilə (xüsusilə böyük məbləğdə dələduzluq və dələduzluğa cəhd) ittiham olunur.

  • ANAMA: На освобожденных территориях в марте обезврежены 436 мин

    В марте на освобожденных от оккупации территориях Азербайджана обнаружено и обезврежено 331 противопехотная, 105 противотанковых мин и 9755 неразорвавшихся боеприпасов.

    Об этом сообщили в Агентстве Азербайджанской Республики по разминированию (ANAMA).

    Согласно информации, от мин очищена территория площадью 4556 га.

    Операции по разминированию проводятся ANAMA, Министерством обороны, Министерством по чрезвычайным ситуациям, Государственной пограничной службой и четырьмя частными компаниями.

  • Mart ayında 4 500 hektardan çox ərazi minalardan təmizlənib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

    ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə mart ayı ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin 4556 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

  • Обвиняемый в торговле влиянием адвокат освобожден от уголовной ответственности

    Завершился апелляционный процесс по жалобе члена Коллегии адвокатов Бабека Рзаева, обвиняемого в торговле влиянием.

    Согласно решению Верховного суда Нахчыванской АР, Бабек Рзаев освобожден от уголовной ответственности, так как примирился с потерпевшими, полностью возместил причиненный ущерб и выплатил в государственный бюджет сумму в размере двадцати пяти процентов от ущерба, причиненного в результате преступления.

    Производство по возбужденному в отношении него делу прекращено.

    Кроме того, избранная в отношении него мера пресечения в виде ареста была отменена, и он был освобожден из-под стражи в зале суда.

    Напомним, что приговором Нахчыванского городского суда Бабек Рзаев был лишен свободы сроком на 3 года 6 месяцев. Согласно обвинению, Бабек Рзаев, используя свои возможности влияния на территории Автономной Республики сообщил гражданам о возможности повлиять на решение должностного лица по уголовному делу.

    Против него было выдвинуто обвинение по статье 312-1.1 (незаконное влияние на решение должностного лица – торговля влиянием) УК АР.

  • Nüfuz alverində ittiham olunan keçmiş vəkil cinayət məsuliyyətindən azad edilib

    Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının sabiq üzvü Babək Vahid oğlu Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

    Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində onun şikayəti üzrə qərar verilib.

    Qərara əsasən, Babək Rzayev zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilib, onun barəsində başlanılan iş üzrə icraata xitam verilib.

    Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında həbsdən azad edilib.

    Qeyd edək ki, Babək Rzayev Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

    İttihama görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.

    O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülmüşdü.

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25.09.2024-cü il tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

  • Завтра в Баку ожидается 22° тепла

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром в некоторых частях полуострова ожидается слабый туман, будет преобладать умеренный юго-восточный ветер.

    Температура воздуха ночью составит 11-14, днем – 18-22° тепла. Атмосферное давление упадет с 764 до 755 мм ртутного столба, относительная влажность воздуха ночью составит 70-80, днем – 55-60%.

    В регионах Азербайджана преимущественно без осадков. Однако утром, начиная с горных районов, ожидаются кратковременные дожди и грозы, местами ливни и град. Ночью и утром не исключается туман. Будет преобладать временами усиливающийся западный ветер.

    Температура воздуха ночью составит 10-15, днем – 20-25° тепла, в горах ночью – 5-10, днем – 12-17° тепла.

  • Sabah Bakıda 22 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

  • В Исмаиллы автомобиль врезался в придорожный объект, есть погибший

    В Исмаиллы автомобиль врезался в придорожный объект.

    Сегодня около 01:00 в Исмаиллинском районе водитель автомобиля марки ВАЗ-2107 Ясин Рагимов (1983 г.р.) не справился с управлением и врезался в объект на обочине дороги.

    В результате аварии Рагимов скончался по дороге в больницу, а двое пассажиров – 32-летний Мехман Бабаев и 33-летний Бахруз Ализаде – получили травмы.

    Как сообщили в Шекинской региональной группе пресс-службы МВД, по факту возбуждено уголовное дело, ведется расследование.

  • İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb, ölən var

    İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb.

    Bu gün gecə saat 01:00 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

    Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin- 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.