Month: April 2025

  • Способен ли искусственный интеллект заменить человека?

    Ученые из Университета Джонса Хопкинса выяснили, что современные нейросети уступают людям в понимании социальных взаимодействий на видео – даже в коротких трехсекундных сценах.

    Об этом сообщает Johns Hopkins University (JHU).

    В эксперименте участникам показывали короткие видеоролики, в которых люди взаимодействовали, выполняли действия рядом друг с другом или действовали независимо. Добровольцы оценивали происходящее по различным социальным признакам. Затем те же задачи предложили более чем 350 языковым, видео- и графическим ИИ-моделям.

    Оказалось, что люди почти всегда приходили к единым интерпретациям, в то время как ИИ – нет. Видео-модели не могли точно описать действия людей, а даже лучшие из моделей для изображений, анализировавшие серию кадров, с трудом определяли, взаимодействуют ли люди между собой. Языковые модели показали лучшие результаты в предсказании человеческого поведения, в то время как видео-модели точнее предсказывали реакцию мозга на сцену – но ни одна из моделей не смогла приблизиться к уровню человеческого понимания.

    “ИИ, управляющий автономным автомобилем, должен понимать намерения и действия пешеходов и других водителей”, – объяснила Лейла Исик, доцент кафедры когнитивных наук и ведущий автор исследования. – “Например, способен ли пешеход перейти улицу или просто разговаривает с кем-то на тротуаре? Сейчас ИИ с этим не справляется”.

    Ученые считают, что корень проблемы – в устройстве самих нейросетей: они вдохновлены структурой области мозга, отвечающей за распознавание статичных изображений, в то время как за восприятие динамических социальных сцен отвечает другая часть мозга.

    “ИИ научился видеть лица и предметы на изображениях – это был большой шаг. Но реальная жизнь – это не набор картинок. Она разворачивается во времени и требует понимания контекста и динамики”, – подчеркнула соавтор исследования Кэти Гарсия.

  • Süni intellekt insanları əvəz edə biləcək?

    Alimlər müəyyən ediblər ki, müasir neyron şəbəkələri videoda – hətta qısa üç saniyəlik səhnələrdə belə sosial qarşılıqlı əlaqəni başa düşməkdə insanlardan geri qalır.

    Bu barədə Cons Hopkins Universitetindən məlumat verilib.

    Təcrübədə iştirakçılara insanların qarşılıqlı əlaqədə olması, bir-birinin yanında hərəkətlər etməsi və ya müstəqil hərəkət etməsini əks etdirən qısa videolar nümayiş etdirilib. Könüllülər baş verənləri müxtəlif sosial xüsusiyyətlərə görə qiymətləndiriblər. Eyni tapşırıqlar daha sonra 350-dən çox dil, video və qrafik süni intellekt modellərinə təqdim edilib.

    Məlum olub ki, insanlar demək olar həmişə baş verənləri eyni cür interpretasiya ediblər, süni intellekt isə yox. Video modellər insanların hərəkətlərini dəqiq təsvir edə bilməyib. Hətta bir sıra kadrları təhlil edən ən yaxşı görüntü modelləri belə insanların bir-biri ilə əlaqədə olub-olmadığını müəyyən etməkdə çətinlik çəkiblər. Dil modelləri insan davranışını proqnozlaşdırmaqda daha yaxşı nəticə göstəriblər, video modellər isə beynin hadisəyə reaksiyasını. Lakin heç bir model insan səviyyəsində dərk etmə qabiliyyətinə yaxınlaşa bilməyib.

    “Avtonom avtomobil idarə edən süni intellekt piyadaların və digər sürücülərin niyyətlərini və hərəkətlərini başa düşməlidir. Məsələn, piyada küçəni keçmək istəyir, yoxsa sadəcə səkidə kimsə ilə danışır? Hazırda süni intellekt bunun öhdəsindən gələ bilmir”, – deyə koqnitiv elmlər üzrə dosent və tədqiqatın aparıcı müəllifi Leyla İsik bildirib.

    Alimlər hesab edirlər ki, problemin kökü neyron şəbəkələrinin strukturundadır: onlar beynin statik təsvirləri tanımaq üçün məsul olan sahəsinin strukturundan ilham alırlar, halbuki dinamik sosial səhnələrin qavranılmasına beynin digər hissəsi cavabdehdir.

    “Süni intellekt şəkillərdə üzləri və obyektləri görməyi öyrənib ki, bu da böyük bir addımdır. Lakin real həyat şəkillər toplusu deyil. O, zaman müstəvisində baş verir, kontekst və dinamikanın başa düşülməsini tələb edir”, – deyə tədqiqatın həmmüəllifi Keti Qarsiya qeyd edib.

  • Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? – VİDEO

    “Binaların zəlzələyə davamlı olması üçün ilk növbədə tikinti normalarına əməl edilməlidir”.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, bu sözləri 40 ildən çoxdur tikinti üzrə mühəndis işləyən Şahin Məmmədov deyib.

    Onun sözlərinə görə, simmetrik ölçülər və qısa sütunlar kimi dizayn strukturu tikilini zəlzələyə daha da davamlı edə bilər.

    “Binanın inşasından sonra onun konstruksiya sisteminə mənfi təsir göstərəcək hər hansı dəyişikliklərin edilib-edilməməsi araşdırılmalıdır. Müvafiq rəsmi qurumlardan icazə alınmadan binaya heç bir müdaxilə edilməməlidir”. – o bildirib.

    Təhlükəsizlik üzrə mütəxəssislər isə köhnə binalara diqqət çəkirlər.

    Ətraflı süjetdə:

  • “28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi – FOTO

    Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib.


    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində – “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.

    1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb.

    Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və T.Əliyevlə H.Cavadovu ərazi üzrə 22-ci Polis Şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər.

    Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib.

    Qeyd edək ki, saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Aba El-Sadıkın qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər. 1983-ci il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.

    Qeyd edək ki, bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında da aksiya keçirmişdi.

    Fotoda: Abdullah Haşim Aba El-Sadık



  • В Азербайджане скончалась известная ученая

    Скончалась преподавательница Бакинского славянского университета профессор Рахиля Гулиева.

    Р.Гулиева являлась доктором филологических наук, профессором кафедры теории литературы, председателем диссертационного совета при вузе.

    Причина ее смерти не указывается.

  • Tanınmış alim VƏFAT ETDİ

    Bakı Slavyan Universitetində işləyən alim Rəhilə Quliyeva vəfat edib.

    Rəhilə Hüseyn qızı Quliyeva universitetin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub, pedaqoq kimi çalışıb.

  • В Азербайджане граждане смогут получать зарплаты через любой выбранный банк

    Минувшим днем председатель Центрального банка Азербайджана провел традиционную встречу с девятью экономистами-экспертами. Обсуждение прошло в более напряженной атмосфере, чем обычно.

    Об этом заявил экономист Акрам Гасанов.

    По его словам, в ходе встречи были конструктивно рассмотрены более 30 вопросов.

    “Обсуждались вопросы денежной политики, курса маната, валютных аукционов, кражи средств с банковских карт и многое другое. Особенно приятно, что Центробанк предпринимает шаги по предотвращению монополизации. В частности, будет положен конец практике выплаты заработных плат госслужащим и пенсий исключительно через крупные банки. В скором времени граждане смогут самостоятельно выбирать финансовое учреждение, посредством которого будут получать зарплату или пенсию”, – отметил специалист.

    А.Гасанов также добавил, что Центральный банк планирует постепенное внедрение институтов исламского банкинга.

  • Vətəndaşlar maaşlarını özləri seçdikləri istənilən bankdan ala biləcəklər – YENİLİK

    “Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu”.

    Bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

    O qeyd edib ki, 30-dan çox sual ətrafında konstrurktiv müzakirələr aparılıb:

    “Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşları və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

    Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir”, – deyə Ə.Həsənov bildirib.

  • Rəşad Dağlıya görə “Space TV”yə edilən xəbərdarlığa Tarix Əliyevdən REAKSİYA – FOTO

    Bir neçə gün əvvəl Tarix Əliyevin aparıcılığı ilə “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd edilməsi birmənalı qarşılanmayaraq Audiovizual Şura tərəfindən telekanala xəbərdarlıq edilib.

    Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcək.

    Sözügedən hadisəyə reaksiya olaraq Tarix Əliyev özünün sosial media hesabında paylaşım edib.

    “Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş bağlansa, heç vecimə də olmaz! Təki pozğunlara görə yox, şairə görə bağlansın”, – deyə paylaşımda qeyd olunub.

  • Keçmiş bacanağını dəmir parçası ilə döyən şəxsə hökm oxundu

    Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İntiqam Hacılının (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, altı ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

    İttihama görə, hadisə 18 avqust 2024-cü il tarixdə, saat 14:15-də paytaxtın Nərimanov rayonunda yerləşən təkər təmiri sexində qeydə alınıb.

    Belə ki, İntiqam Hacılı keçmiş bacanağı, zərərçəkmiş Pənah Göyüşovun (ad, soyadı şərtidir) işlədiyi sexə gedib. O, eks-bacanağına arvadı ilə birgə ailə məsələlərinə qarışdıqlarını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra İntiqam dəmir parçası ilə Pənahı vuraraq, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib.

    Hadisədən sonra İntiqam Hacılı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.