Month: April 2025

  • Türkiyədə bu gün ikinci zəlzələ baş verdi

    ürkiyədə bu gün ikinci dəfə zəlzələ baş verib. Bu dəfə təkanlar Mərmərə dənizində Böyükçəkməcə sahillərində qeydə alınıb.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

    Bildirilib ki, zəlzələ 3.6 bal gücündə olub. Episentr 7.8 km dərinlikdə qeydə alınıb.

    Qeyd edək ki, bundan əvvəl Türkiyənin Kütahya şəhərində 4.5 maqnitudalı zəlzələ olub.

    Xatırladaq ki, aprelin 23-də İstanbulun Silivri sahillərində yerli vaxtla saat 12:49-da 6.2 bal gücündə zəlzələ baş verib və həm İstanbulda, həm də ətraf vilayətlərdə vətəndaşlar arasında təşvişə səbəb olub. Yeraltı təkanın Şimali Anadolu Qırılma Xəttinin Orta Mərmərə seqmentində, yerin təxminən 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin təxminən 13 saniyə davam etdiyi və 300 kilometrlik bir ərazidə hiss edildiyi vurğulanıb. AFAD-ın son məlumatına görə, İstanbuldakı güclü zəlzələdən sonra 291 afterşok qeydə alınıb.

  • Ağadadaş Ağayevin balta atdığı mühafizəçi HƏBS EDİLDİ

    Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.

    N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək.

    Xatırladaq ki, “MedEra Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

  • Prezident İlham Əliyev Kaya Kallası qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Girovlarla bağlı danışıqlar uğursuz olarsa, İsrail Qəzzada döyüşləri gücləndirəcək

    Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu Qəzza zolağındakı əməliyyatların əhatə dairəsini genişləndirəcək.

    Apa xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.

    “Biz əməliyyatlarla təzyiqimizi davam etdirəcəyik və lazım gəldikdə HƏMAS-a nəzarətimizi gücləndirəcəyik. Girovların qaytarılmasında irəliləyiş görməsək, həlledici nəticə əldə olunana qədər atacağımız addımları intensivləşdirəcək və genişləndirəcəyik”, – Zamir bildirib.
    Qeyd edək ki, İsrail tərəfinin son məlumatına görə, HƏMAS hazırda Qəzzada 24 girovu və 35 girova aid cəsədi saxlayır.

  • СМИ: Семь палестинцев погибли при обстреле жилого дома в Газе

    Жилой дом попал под обстрел ВС Израиля в городе Газа в одноименном палестинском анклаве.

    Как передает report, об этом сообщил катарский телеканал Al Jazeera.

    По его сведениям, израильский снаряд влетел в одну из квартир, в результате чего погибли 7 человек, еще несколько получили ранения.
    Напомним, что ситуация на Ближнем Востоке резко обострилась после проникновения 7 октября 2023 года вооруженных сторонников палестинского движения ХАМАС из сектора Газа на израильскую территорию, что сопровождалось гибелью жителей приграничных населенных пунктов и захватом заложников. В ответ Израиль начал военную операцию в анклаве с целью уничтожения военных и политических структур ХАМАС и освобождения всех похищенных.

    18 марта израильская армия возобновила боевые действия в секторе, нанеся по нему массированные удары и прервав тем самым установленный в январе этого года режим прекращения огня. Канцелярия премьер-министра Израиля Биньямина Нетаньяху объяснила это отказом ХАМАС от предложений, выдвинутых на переговорах посредниками и спецпосланником президента США Стивеном Уиткоффом, заявив, что цель операции в Газе – освобождение всех заложников. Радикалы возложили ответственность за возобновление боевых действий на Израиль и США.

  • KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb

    Qəzza şəhərində yaşayış binası İsrail qüvvələri tərəfindən atəşə tutulub.
    Report xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
    Məlumata görə, İsrailin atdığı mərmi mənzillərdən birinə düşüb, nəticədə 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
    Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürməsi və girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girovların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.
    Martın 18-də İsrail ordusu anklavda hərbi əməliyyatları bərpa edərək ora kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında əldə edilmiş atəşkəsi pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edərək, Qəzzada əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasına görə bütün məsuliyyətin İsrail və ABŞ-nin üzərinə düşdüyünü açıqlayıb.

  • İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi

    Aptekə dərman almağa gedən qadın hadisə yerində vəfat edib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində yerləşən apteklərin birində baş verib.

    Məlum olub ki, ürəktutmasından vəfat edən qadın 64 yaşlı Zenfira Məmmədova şəkər və təyziqdən əziyyət çəkirmiş, mütəmadi olaraq müalicə alırmış.

    Hadisə baş verdikdən dərhal sonra ünvana polis və prokurorluq orqanları gəlib.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə ilə bağlı ölüm qeydə alındığından təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət qeydə alınmayıb.

    Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Трамп назвал события 1915 года в Османской империи “катастрофой”

    Американский лидер Дональд Трамп в ежегодном послании не использовал термин “геноцид” для описания событий 1915 года в Османской империи, назвав их “самой страшной катастрофой”.

    Как передает report, послание президента “по случаю Дня памяти армян” размещено на сайте Белого дома.
    Трамп и во время предыдущего президентского срока не называл эти события “геноцидом”.
    Отметим, что необоснованность и лживость утверждений армянской стороны о событиях 1915 года в Османском государстве подтверждают также свидетельства иностранных миссий, посещавших Анатолию в период Первой мировой войны.

    Президент США Вудро Вильсон в попытке расширить влияние в регионе и проанализировать обоснованность утверждений армян, направил в августе 1919 года в Османское государство военную миссию по расследованию ситуации в Анатолии. Итогом работы этой комиссии стал так называемый Доклад Харборда.
    Он в числе многих других изобличил лживость утверждений армянского лобби. Копия этого документа хранится в Национальной архиве США.

  • Tramp 1915-ci il hadisələri barədə “soyqırımı” sözündən istifadə etməyib

    ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda “soyqırımı” sözündən istifadə etməyib.

    Report xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində bildirilib.
    O, 1915-ci ildə baş verən hadisələri “ən dəhşətli fəlakət” adlandırıb.

    Xatırladaq ki, Tramp əvvəlki prezidentliyi dövründə də “soyqırımı” ifadəsini işlətməyib.

  • Siyəzəndə kişi küçədə infarktdan öldü

    Siyəzəndə kişi küçədə ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.Baxşıyev küçəsində baş verib.

    Şəhər sakini 48 yaşlı Ruslan Məcid oğlu Məcidov küçədə qəfil ölüb. Onun infarkt səbəbilə öldüyü ehtimal edilir.

    Araşdırma aparılır.