Month: April 2025

  • Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? – Rəsmi cavab

    Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı APA-ya açıqlamasında deyib ki, azad edilmiş ərazilərə köçən məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir:

    “Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahəsində ev heyvanları saxlayırlar. Xocalının Ballıca kəndində, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.

    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə bildirilib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərin öz həyətyanı sahələrində ev heyvanları saxlamasına etiraz edilmir. Sakinlərin edəcəyi müraciətdən asılı olaraq məsələ təhlil edilə və qanun çərçivəsində həllinə köməklik göstərilə bilər.

    Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə bildirilib ki, azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq imkanları ilə bağlı məsələ hazırda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır.

    Qeyd edilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir. Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil”.

    Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə cavab verilməyib.

    Qeyd edək ki, 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,0 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
    //modern.az

  • Xəstəlik vərəqi ilə bağlı YENİLİK

    Cari ilin mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Bildirilib ki, bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.

    Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

    Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.

    Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

    “E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır.

  • Песков: Путин может обсудить иранское досье с султаном Омана

    Российский лидер Владимир Путин на встрече с султаном Омана Хайсамом бен Тариком Аль Саидом может обсудить иранское ядерное досье.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил пресс-секретарь президента России Дмитрий Песков.

    “Региональные вопросы обязательно будут обсуждаться, конечно”, – сказал Песков журналистам на вопрос, будет ли на встрече Путина с султаном Омана обсуждаться иранская ядерная программа.

    Отметим, что султан Омана сегодня прибыл в Москву с государственным визитом.

  • Peskov: Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər

    Rusiya lideri Vladimir Putin Oman sultanı Heysəm bin Tariq Al Səidlə görüşündə İranın nüvə dosyesini müzakirə edə bilər.

    Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Regional məsələlər mütləq müzakirə olunacaq”, – o, V.Putinin Oman sultanı ilə görüşündə İranın nüvə proqramının müzakirə olunub-olunmayacağı barədə jurnalistlərin sualına belə cavab verib.

    Qeyd edək ki, Oman sultanının bu gün Moskvaya dövlət səfəri başlayıb.
    //TASS

  • Plastik cərrahiyyə ilə bağlı sertifikat verən şöbə müdirləri barəsində məhkəmə qərar qəbul etdi

    Rüşvət müqabilində plastik cərrahiyyə ilə bağlı sertifikat verən Səhiyyə Nazirliyinin sabiq şöbə müdirlərinin ev dustaqlığı qətimkan müddəti uzadılıb.

    “Report” xəbər verir ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Rüstəmova Səidə Nurəddin qızı və nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı və müstəntiqin vəsatətinə baxılıb.

    Məhkəmə təqdimat və vəsatəti təmin edib.

    Qərara əsasən, Səidə Rüstəmova və Lətafət Cabbarova barəsində seçilmiş ev dustaqlığı qətimkan müddəti daha 3 ay uzadılıb.

    Qeyd edək ki, adıçəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediliblər.

    Təqsirləndirilən şəxslər korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

  • 18 yaşlı azərbaycanlı tələbənin əsəri Dubayda 15 min dollara satıldı

    Praqada rəssamlıq üzrə təhsil alan azərbaycanlı gənc Ülviyyə İman beynəlxalq uğura imza atıb.

    18 yaşı olan Ülviyyə Dubayda keçirilən beynəlxalq rəssamlıq sərgisində iştirak edib və təqdim etdiyi əsər 15 min ABŞ dollarına satılıb.

    Qeyd edək ki, Ülviyyə İman “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərlinin qızıdır.//bakupost

  • Bu həftə “Tesla” və “Alphabet” gəlir açıqlayacaq – Davam, yoxsa…?

    Yeni həftədə ABŞ fond bazarının diqqət mərkəzində “Alphabet”, “Tesla”, “Boeing” kimi nəhəng şirkətlərin birinci rüb maliyyə hesabatları və Donald Tramp administrasiyasının tarif siyasəti olacaq.

    Tarif qeyri-müəyyənliyi bazarlara təsir edir

    Qaynarinfo-nun verdiyi xəbərə görə, 9 aprel tarixində qarşılıqlı tariflərə 90 günlük fasilə elan olunmasına baxmayaraq, Tramp administrasiyasının siyasətindəki qeyri-müəyyənlik fond bazarlarında satışlara səbəb olub. Ötən həftə “S&P 500” indeksi təxminən 1,5%, “Nasdaq Composite” və “Dow Jones Industrial Average” isə hər biri 2,6% dəyər itirib.

    Yeni həftədə “S&P 500” indeksinə daxil olan 120-dən çox şirkətin maliyyə nəticələri açıqlanacaq. Bu siyahıda “Alphabet”, “Tesla”, “Chipotle”, “Boeing” və “Verizon” kimi iri şirkətlər ön plandadır.

    İqtisadi göstəricələr baxımından isə həftə daha sakit keçəcək. İstehsalat və xidmət sahələrində fəaliyyətlə bağlı göstəricilər, eləcə də istehlakçı əhval-ruhiyyəsi əsas mövzulardan olacaq.

    “Nvidia” xəbərdarlığı və FED açıqlaması bazarlarda enişi sürətləndirdi

    Çərşənbə günü bazarlarda kəskin satışlar müşahidə edilib. Buna səbəb ABŞ hökumətinin “Nvidia”nın Çinə çip ixracına yeni məhdudiyyətlər tətbiq etməsi və şirkətin 5,5 milyard dollar itki ilə üzləşəcəyini açıqlaması olub. FED sədri Cerom Pauell (Jerome Powell) isə çıxışında faiz dərəcələrinin dəyişdirilməsi üçün “daha aydın mənzərə” gözlədiklərini bildirib.

    “Defiance ETFs”in baş direktoru Silviya Cablonski (Silvia Jablonski) “Yahoo Finance”ə bildirib ki, bazarlardakı qeyri-müəyyənlik hələ də davam edir.

    “Citigroup”un ABŞ səhm ticarəti strategiyası rəhbəri Stüart Kayzer (Stuart Kaiser) isə qarşıdakı həftələrin yay ayları üçün bazarın istiqamətini müəyyən edəcəyini bildirib. Onun sözlərinə görə, tarif məsələsində müsbət xəbər olarsa, bazar bu vəziyyəti bir növ ssenari kimi qəbul edəcək. Əks halda, durğunluq ehtimalı daha da artacaq.

    Zəif maliyyə nəticələri

    Hazırda “S&P 500” indeksinə daxil olan şirkətlərin yalnız 12%-i birinci rüb nəticələrini açıqlayıb. “FactSet” məlumatlarına əsasən, bu şirkətlərin 71%-i səhm başına gəliri üzrə proqnozları keçib. Bu göstərici son 5 ilin orta göstəricisi olan 77%-dən aşağıdır.

    Şirkətlər proqnozları orta hesabla 6,1% üstələyib, halbuki son 5 ildə bu göstərici 8,8% təşkil edib. Gələn həftə açıqlanacaq yeni hesabatlarla bu meyllərin davam edib-etmədiyi aydınlaşacaq.

    “Citigroup”un ABŞ səhmləri üzrə strateqi Skott Kronert (Scott Chronert) bildirib ki, şirkətlərin tariflərlə bağlı açıqlamaları bazar iştirakçılarına qiymətləndirmələrə dair mühüm ipucları verəcək.

    “Alphabet” və “Tesla” 2023–2024-cü illərdə bazarın yüksəlişində əsas rol oynayan “möhtəşəm yeddilik” texnologiya səhmlərinin maliyyə mövsümünü başladacaq. Lakin 2025-ci ilin əvvəlindən bu şirkətlərin səhmləri dəyər itirib: “Alphabet” 20%, “Tesla” isə 40%-dən çox geriləyib.

    İnvestorlarda ehtiyatlılıq artır

    Baxmayaraq ki, “S&P 500” 8 aprel tarixindən bu yana ən aşağı səviyyəsindən 6% yüksəlib, bir çox analitiklər bazarın yaxın gələcəkdə daha da yüksələcəyinə əmin deyil.

    “Truist”in baş investisiya direktoru Kit Lerner (Keith Lerner) cümə axşamı yayımladığı qeyddə ABŞ səhmlərinə dair mövqeyini neytraldan “daha az cəlbedici” səviyyəyə endirib. Onun fikrincə, zəifləyən iqtisadi artım perspektivi investorların daha müdafiəkar davranmasını zəruri edir.

    ABŞ iqtisadiyyatı üzrə ümumi artım proqnozları 2025-ci il ərzində aşağı yönlü olub. Tariflər səbəbilə durğunluq riskinin artması, bu proqnozların kifayət qədər aşağı olub-olmadığını gündəmə gətirir.

    “Ritholtz Wealth Management”in bazar strateqi Kelli Koks (Kelly Cox) qeyd edib: “Səhmlər hələ ki durğunluq ehtimalını tam mənimsəməyib”.

  • Yasamalda 150 illik ev uçur – VİDEO

    “Bakının mərkəzində, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu (keçmiş Sereteli) küçəsində zaman sanki donub. Göydələnlərin arasında sıxılıb qalmış, 150 illik evlər hələ də sökülməyib. Nə vaxtsa təzə mənzillərə köçəcəkləri ümidi ilə bu evlərdə nəsillər dəyişib, ömürlər keçib. Evin sakinlərindən biri – artıq 70 yaşına çatmış bir qadın – gəlin gələndə JEK əməkdaşları pasportları yığaraq evlərin tezliklə söküləcəyini bildiriblər. Amma o gündən bu günə dəyişən təkcə zaman olub, şərait isə daha da ağırlaşıb. Artıq həmin qadının gəlini oğul-uşaq evləndirir, nəvə böyüdür. Evlər isə hələ də yerindədir – çöküb, tavanı uçub, amma yenə də yaşayış var”.

    Bu cümlələr Yasamal sakinlərinin Bakuplus.az-a ünvanladığı şikayət məktubundandır.

    Onlar qeyd edirlər ki, bura nəinki yaşamaq üçün yararlıdır, hətta insan sağlamlığı və təhlükəsizliyi üçün risk daşıyan bir məkandır: “Son yağışlardan sonra tavan tamamilə çöküb, divarlar çatlayıb. Elektrik sistemi köhnəlib, kanalizasiya sızmalar verir, nə istilik, nə havalandırma sistemi var. Ən acınacaqlısı isə odur ki, bu evin ətrafında çoxmərtəbəli binalar tikilərkən burada yaşayan insanların təhlükəsizliyi nəzərə alınmayıb. Uşaq, qoca, xəstə demədən bu dar və şəraitsiz evlərdə insanlar toz-torpaq içində nəfəs alıblar. Tikinti zamanı qaldırıcı kranlar bu evlərin üzərindən ağır beton bloklar daşıyıb. Həyətin içində həyat davam etdiyi halda, bir nəfərin belə təhlükəsizliyi təmin olunmayıb”.

    Sakinlər yazırlar ki, vəziyyətin bu həddə gəlib çıxması həm tikinti şirkətlərinin, həm də aidiyyəti qurumların məsuliyyətsizliyindən xəbər verir: “Şəhərsalma prosesində insan taleyinin belə gözdən yayınması isə böyük sosial ədalətsizlikdir. Cabbar Qaryağdıoğlu, 50 ünvanında yerləşən bu ev – bir ailənin deyil, onlarla unudulmuş, vədlərlə yaşayıb qocalan insanların hekayəsidir. Qurumlar bu məsələyə nəhayət diqqət yetirməlidirlər. Biz buradan Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil İnşaatı Dövlət Agentliyi və Fövqəladə Hallar Nazirliyinə səslənirik: Bu insanlara yaşamaq üçün şərait yaradın! Onların illərlə davam edən gözləntisinə son qoyun!”.

  • Astarada dənizkənarı çirkabdan təmizləndi – VİDEO

    Astarada ərazilərin təmiz saxlanılması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

    Rayonun sahilboyu ərazilərində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara, o cümlədən istirahət mərkəzləri və iaşə obyektlərinin səlahiyyətli nümayəndlərinə məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıqlar edilib.

    Polis və aidiyyəti dövlət qurumları tərəfindən dənizkənarı ərazilərdə aşkarlanan antisanitar vəziyyət aradan qaldırılıb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Təlim və toplanışlara cəlb edilənlər iş yerini itirə bilərmi?

    Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz.

    “Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.

    Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir”, – qurumdan əlavə edilib.