Month: April 2025

  • В несколько колледжей Азербайджана произведены новые назначения

    В Азербайджане произведены назначения в несколько колледжей.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство по науке и высшему образованию.

    Ровшан Гурбанов назначен директором Масаллинского государственного регионального колледжа, Севда Гасанова – заместителем директора Строительного колледжа при Азербайджанском университете архитектуры и строительства, а Дурра Гаджиева – временно исполняющей обязанности директора Загатальского государственного колледжа управления и технологий.

  • Bir neçə kollecə yeni təyinat olub

    Bir neçə kollecə təyinat olub.

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

    Qeyd edək ki, R.Qurbanov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında, Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

    S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

    D.Hacıyeva isə müxtəlif dövlət qurumları və təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olub. Həmçinin Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.

  • В Азербайджане повысился уровень воды в ряде рек

    По данным автоматических гидрологических станций, по состоянию на 9:00 22 апреля уровень воды в некоторых реках Азербайджана повысился по сравнению с минувшими сутками.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Согласно информации, в текущих с Большого Кавказа реках Вельвеличай-Афурджа зафиксирован рост уровня воды на 21 см, Катехчай-Габиздере – на 11 см, Гудиялчай-Гымыл – на 10 см, в текущих с Малого Кавказа реках Заямчай-Агбашлар – на 2 см, в текущих с Карабахского и Восточно-Зангезурского регионов реках Тертерчай-Венг – на 14 см, Тертерчай-Кельбаджар – на 13 см, Баргушадчай-Алигулуушагы – на 11 см, в реке Охчучай-Бюрюнлю – на 8 см, Забухчай-Бозлу и Тутгунчай-Джомард – на 4 см.

  • Bəzi çaylarda sululuq artıb

    Avtomat hidroloji stansiyaların aprelin 22-si saat 9:00-a olan məlumatına əsasən, ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata əsasən, Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 21 sm, Katexçay-Qəbizdərədə 11 sm, Qudyalçay-Qımılda 10 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 14 sm, Tərtərçay-Kəlbəcərdə 13 sm, Bərgüşadçay-Əliquluuşağıda 11 sm, Oxçuçay-Bürünlüdə 8 sm, Zabuxçay-Bozlu və Tutqunçay-Comərddə 4 sm artım qeydə alınıb.

  • İlham Əliyev: “Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir”

    Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.

    Bu fikri Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində səsləndirib.
    Dövlət başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.

  • Kartofun qiymətində artım – Azərbaycanda bahalaşma Avropanı da geridə qoydu

    Azərbaycanda yeni mövsümün başlamasına baxmayaraq, kartofun bahalığı ictimai müzakirələrə səbəb olub.

    Hazırda bazarlarda kartofun qiyməti 1,7-2 manat arasında dəyişir və bunun ötən illə müqayisədə ikiqat baha olduğu bildirilir. Yeni kartof isə 4 manat civarındadır.

    İqtisadçı Razi Abasbəyli Avropada kartofun qiymətini təqdim edib:

    – Polşa – 0.24–0.49 avro (44-90 qəpik)

    – Niderland – 0.27 avro (49 qəpik)

    – Belçika – 0.175 avro (32 qəpik)

    – İspaniya – 0.44–0.73 avro (0,79–1,31 manat)

    – Ukrayna – 22–30 qrivna (0.93–1.27 manat).

    Çexiya, Polşa, Estoniyada 1 kq kartofun satış qiyməti ortalama 0.80 AZN-dir.
    //valyuta.az

  • Özbəkistan 200 min manata “qızıl viza” satmağa başlayır – Özəllikləri

    1 iyun 2025-ci ildən etibarən Özbəkistanda xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə sadələşdirilmiş qaydada 5 illik yaşamaq icazəsi veriləcək.

    Bu barədə müvafiq sərəncamı ölkə prezidenti Şavkat Mirziyoyev imzalayıb.

    Yeni qərara əsasən, yaşayış icazəsi 200 min dollar qarşılığında əldə edilə biləcək. Ərizəçinin yaxın qohumları – həyat yoldaşı, valideynləri və uşaqları üçün isə bu məbləğ 100 min dollar təşkil edəcək. Verilən sənəd 5 il müddətində etibarlı olacaq.

    Qeyd edək ki, 2019-cu ildən Özbəkistan 109 ölkənin vətəndaşlarına yaşamaq icazəsini daşınmaz əmlaka investisiya etmə şərti ilə təqdim edir. Belə ki, regionlarda 100 min dollar, Daşkənd və Daşkənd vilayətində isə 300 000 dollar dəyərində daşınmaz əmlak alanlara bu hüquq verilir.

    Qeyd edək ki, bu təcrübə təkcə Özbəkistanla məhdudlaşmır. Dünyanın bir çox ölkəsində “qızıl viza” adlandırılan bu sistem investorlar üçün yaşamaq və bəzən vətəndaşlıq əldə etmək imkanı yaradır. Məsələn, Qırğızıstanda 2022-ci ildən bəri 10 milyon som (təxminən 120 min dollar) investisiya edən xaricilərə sürətləndirilmiş qaydada yaşamaq icazəsi verilir. Bu icazə üçün ölkədə öncədən yaşamaq tələbi qoyulmur.

    2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp, ölkənin yaşamaq və işləmək hüququ verən, gələcəkdə vətəndaşlıqla nəticələnə bilən “qızıl kart” proqramını təqdim edib. Yeni proqram çərçivəsində “qızıl kart” 5 milyon dollara təklif olunur. ABŞ-nin ticarət naziri Hovard Lutnikin açıqlamasına görə, tətbiq olunan ilk gündə 1000 ədəd “qızıl kart” satılıb.

    Hesablamalara görə, “qızıl viza” proqramları dünya ölkələrinə hər il 13 milyard dollara qədər gəlir gətirir.
    //yeniavaz

  • “Ford” ticarət müharibəsinə görə Çinə avtomobil ixracını dondurdu

    Amerikanın “Ford” şirkəti ticarət müharibələri səbəbindən Çinə avtomobil ixracını dayandırıb. Qərara əsasən, “F-150 Raptor”, “Mustang”, “Bronco” və “Lincoln Navigator” modelləri Çinə tədarük edilməyəcək.

    Bu barədə Carscoops.com məlumat yayıb.

    Qərar yüksək idxal rüsumlarına görə qəbul edilib – beləliklə, “Ford” bəzi avtomobillərdə indi 150%-ə çatan tarifləri ödəməkdən yayınmaq istəyir.

    Bundan əvvəl ABŞ prezidenti Donald Tramp aprelin 3-dən minik avtomobilləri, yüngül yük maşınları və avtomobil hissələrinin idxalına 25 faizlik rüsumların tətbiqi haqqında sərəncam imzalayıb.

    ABŞ hökumətinin Federal Reyestrində dərc edilən sənədə görə, motorlu nəqliyyat vasitələrinin və bəzi motorlu nəqliyyat vasitələrinin hissələrinin idxalı ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda davam edir. Hazır avtomobillər üçün 25% rüsum aprelin 3-dən qüvvəyə minib.

    Tramp bildirib ki, Avropa İttifaqı, Yaponiya və digər ölkələrlə razılaşma əldə etmək üçün bütün səylərə baxmayaraq, təhlükə yalnız artıb. Səbəb kimi o, COVID-19 pandemiyasına məruz qalan tədarük zəncirlərinin zəifliyini, həmçinin ədalətsiz subsidiyalar və aqressiv sənaye siyasəti ilə dəstəklənən xarici avtomobil istehsalçılarının yüksəlişini göstərib.

    Tramp qeyd edib ki, hazırda ABŞ-da satılan avtomobillərin yalnız yarısı yerli istehsaldır və bu, sənaye bazasına və milli təhlükəsizliyə zərbə vurur. Sənəddə həmçinin yeni məhdudiyyətlərdən yayınmağın mümkün yollarının qarşısını almalı olan vergi tutulan malların siyahısını genişləndirən mexanizmin işlənib hazırlanması zərurətinin göstəricisi var.
    //valyuta.az

  • Restoranda ciddi nöqsanlar aşkarlandı – Sahibi cərimələndi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində aparılan yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub.

    Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənə bilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.

  • Nəqliyyat vasitələrinin idxalı artıb, payı azalıb

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycana gətirilən nəqliyyat vasitələri və onların hissələrinin idxalında azalma müşahidə edilib.

    Median.Az statistik mənbələrə əsasən xəbər verir ki, bu ilin ilk 3 ayında ölkəmizə 493 milyon 627,27 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri gətirilib.

    Ötən ilin eyni dövründə isə bu göstərici 468 milyon 517,65 min ABŞ dolları təşkil edib. Statistik göstəricilərə əsasən demək olar ki, sözügedən idxalda 5,3% və ya 25 milyon 109,62 min ABŞ dolları dəyərində artım olub.

    Statistik dəyərdə artım müşahidə edilsə də, nəqliyyat vasitələri və onların hissələrinin idxalı üzrə faiz payı azalıb. Belə ki, bu ilin ilk 3 ayında faiz payı 8,72% olub. Ötən ilin eyni dövründə isə bu göstərici 12,62% olub. Nəticə olaraq, nəqliyyat vasitələri və onların hissələrinin idxal payı 3,9% azalıb.