Month: April 2025

  • Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi

    Siyəzən Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nihad Mayılovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə N.Mayılov bir il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.

    İttihama görə, Nihad Mayılov qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan MMC-lərin birində satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyib. O, Siyəzən rayonunun ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 2 mart 2022-ci il tarixindən 1 avqust 2023-cü il tarixinədək olan müddət ərzində öz sifarişi ilə şirkətin Quba rayonunda yerləşən anbarından qida və qeyri-qida məhsullarını təhvil alıb. Sonra Nihad həmin məhsulları Siyəzən rayonunun ərazisindəki MMC ilə ticarət münasibətlərində olan obyektlərə sataraq əldə olunmuş 31 235.93 manat məbləğində pulu mənimsəyib.

  • Məhkəmə körpəsini öldürən ana ilə bağlı qərar verdi

    Ali Məhkəmədə bir yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Qeyd: Hadisə 2022-ci ilin sentyabrında paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

  • Завтра ожидается геомагнитная буря

    Завтра ожидается геомагнитная буря.

    Как сообщает Median.Az со ссылкой на Шамахинскую астрофизическую обсерваторию имени Н.Туси.

    По информации, 22-24 апреля прогнозируется геомагнитная буря уровня G1-G2.

  • Sabah geomaqnit qasırğası olacaq

    Sabah geomaqnit qasırğası olacaq.

    Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, 22-24 aprel tarixlərinə G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

  • “Oğlum həbs edilməyib, yanımdadır” – Şərurlu İsfəndiyar

    Xəbər verdiymiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

    Şərurlu İsfəndiyar “Qafqazinfo”ya açıqlamasında oğlunun həbs edilmədiyini bildirib:
    “Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı rəsmi qurum məlumat yayardı”.
    Xatırladaq ki, Şərurlu İsfəndiyar bir müddət əvvəl müsahibələrində səsləndirdiyi fikirlərə görə tənqid olunmuşdu.

  • Ağstafada toydan 2 yaşlı uşağı qaçıran şəxs saxlanılıb

    Aprelin 19-da Ağstafa rayonunun Aşağı Göycəli kəndində keçirilən toy mərasimində 2 yaşlı qız uşağının oğurlanması ilə bağlı məlumat yayılıb.

    57 yaşlı Telman Omarov azyaşlını mərasimdən oğurlayaraq yaşadığı ünvana aparıb. Uşağı geri almaq üçün evinə gələn valideynlərin qarşısını almaq məqsədilə T.Omarov həyətində saxladığı iti onların üzərinə buraxıb.
    Hadisə zamanı sərxoş vəziyyətdə olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Azyaşlı valideynlərinə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.

  • “Oğluma zəng edərək onu və qardaşını öldürəcəyini dedi” – Yenilənib

    ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının təhdid olunduğunu deyir. 

    Bu barədə sosial şəbəkə hesabında yazan Q.Ataşova Vüsal Həsənov adlı şəxs tərəfindən həyatına ciddi təhlükə yarandığını iddia edir. 
    “Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub. 
    Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib”, – deyə jurnalist qeyd edib. 
    Onun sözlərinə görə, uzun fasilədən sonra ötən gün V.Həsənov birbaşa Q.Ataşovaya və övladı Fərhada zəng edərək onu və qardaşını öldürəcəyini bildirib: “Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladım ABŞ vətəndaşıdır və o bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək”.
    Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da paylaşıma reaksiya verərək əlavə edib ki, onun övladları da adıçəkilən şəxs tərəfindən təhdid ediliblər. Onun sözlərinə görə, əlində Vüsal Həsənovun övladlarına təhqir, hədə-qorxu gələn videosu da var. 
    Q.Ataşova Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edərək bu məsələnin araşdırılmasını xahiş edib. 
    ***
    DİN-in MX-nin bölmə rəisi Nurlan Əliyev bildirib ki, müraciət üzrə araşdırma aparılır.

  • Şərurlu İsfəndiyarın oğlu həbs edildi

    “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu həbs edilib.

    Məlumata görə, tikinti maqnatının oğlu Şahin Axundov həbs olunub.
    //Unikal

  • Sumqayıtda ticarət mərkəzində yanğın baş verib

    Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verib.

    Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
    Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
    Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
    Əlavə məlumat veriləcək.

  • В Бишкеке пройдет выставка традиционного ремесленного искусства Азербайджана

    В Музее изобразительных искусств в Бишкеке 21 апреля откроется выставка “Национальное наследие, живущее в жемчужинах азербайджанского искусства”.

    Как сообщает Report со ссылкой пресс-службу музея, выставка организована в рамках Дней культуры Азербайджана в Кыргызстане.

    В экспозиции выставки будут представлены работы традиционного ремесленного искусства, а именно произведения из собрания Азербайджанского национального музея искусств, и азербайджанского художника-орнаменталиста и портретиста XIX века Мирзы Гадима Иревани.

    Также на выставке можно будет ознакомиться с традиционным искусством ковроткачества и лоскутного шитья из коллекции Азербайджанского национального музея ковра. Увидеть образцы традиционной одежды и стать свидетелями показа мод от модельера Зумруд Мирзалиевой.