Month: May 2025

  • COVID-19-un yeni dalğası Asiyada yayılır

    Honkonq və Sinqapur səhiyyə orqanları Asiyada yeni xəstəlik dalğasının yayılması fonunda COVID-19 yoluxma hallarının kəskin artması barədə xəbərdarlıq ediblər.

    Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

    Şəhərin Səhiyyə Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Albert Au bu həftə bildirib ki, hazırda Honkonqda virusun aktivliyi kifayət qədər yüksəkdir. Təsdiqlənmiş yoluxma hallarının sayı il ərzində ən yüksək həddə çatıb, ağır halların sayı da artıb.

    Agentlik vurğulayıb ki, xəstəliyin artması hələ son iki ildə müşahidə olunan yoluxma zirvələrinə çatmasa da, COVID ilə əlaqəli tibbi məsləhətləşmələrin və xəstəxanaya yerləşdirmələrin sayı virusun aktiv şəkildə yayıldığını göstərir.

    Sinqapur Səhiyyə Nazirliyi xəstəlik hallarının artmasını əhalinin immunitetinin zəifləməsi ilə əlaqələndirib. Onlar qeyd ediblər ki, dövriyyədə olan variantların pandemiya dövründəkindən daha yoluxucu olduğuna və ya daha ağır hallara səbəb olduğuna dair heç bir əlamət yoxdur.

  • “Abzas Media” işi üzrə məhkəmə istintaqı yekunlaşdı

    “Abzas Media” əməkdaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Bu mərhələdə istintaq tərəfindən “Abzas Media”nın ofisində axtarış zamanı qeydə alınmış videogörüntülər məhkəmə zalında nümayiş etdirilib.

    Müdafiəçilər videogörüntülərə baxış zamanı müəyyən qeydlər apararaq, iclas protokoluna əlavə olunmasını təmin ediblər. Təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim etsələr də, müşavirədən sonra vəsatətlərin təmin olunmaması barədə qərar elan edilib.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub və ittiham nitqi ilə çıxış üçün söz prokurora verilsə də, o, buna hazır olmadığını bildirib və növbəti prosesədək vaxt istəyib.

    Məhkəmə prosesi 20 may tarixinə qədər təxirə salınıb.

    Qeyd edək ki, “Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Həmin gün istintaq onun yaşadığı evdə və “Abzas Media”nın ofisində axtarış aparıb və ofisdə 40 min avro məbləğində pulun aşkarlandığı bildirilib.

    Noyabrın 20-də saytın direktor müavini Məhəmməd Kekalov 21-nə keçən gecə isə xaricdən qayıdarkən hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıblar. Həmin cinayət işi üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs edilənlər sırasındadırlar.

    Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 320.1 və 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

  • Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK

    Servikal disk yırtığı, xüsusən də oturaq işdə işləyənlər arasında geniş yayılıb.

    Uzun müddət kompüterdən istifadə, yanlış oturma mövqeləri və hərəkətsizlik boyun nahiyəsindəki disklərin zamanla deformasiyaya uğramasına və sinirlərin sıxılmasına səbəb ola bilər.

    Mövzu ilə bağlı ekspertlər xəbərdarlıq ediblər.

    İndiki vaxtda bir çox insanlar özləri də fərqinə varmadan vaxtlarının çoxunu masa başında, kompüter ekranı qarşısında və ya mobil telefon və ya planşetdə keçirirlər. Boyunun yanlış duruşları bel, boyun və çiyin ağrılarına səbəb ola bilər.

    Uşaqlıq boynu disk yırtığı, boyundakı fəqərələr arasında disk adlanan dəstəkləyici toxumanın qocalması və elastikliyini itirməsi, geriyə və yana doğru sürüşməsi, boyundakı sinir köklərinə və yaxud onurğa beyninə təzyiq göstərməsi nəticəsində yaranan bir vəziyyətdir.
    //azxeber

  • На каких улицах Баку 16 мая наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) улице Алы Мустафаева, в направлении проспекта Зии Буниятова;

    2) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    3) проспекте 8 Ноября, от пересечения с улицей Сулеймана Ахмедова в направлении центра столицы;

    4) проспекте Зии Буниятова, от пересечения с улицей Ахмеда Раджабли до пересечения с проспектом Ататюрка;

    5) проспекте Гейдара Алиева (основная дорога), в направлении центра столицы;

    6) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра;

    7) улице Узеира Гаджибейли, до пересечения с проспектом Азадлыг;

    8) улице Юсифа Сафарова, в направлении центра столицы;

    9) транспортной развязке “20 Января”;

    10) круговой развязке “Гелебе”, в направлении проспекта Метбуат.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    4. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    8. Babək prospekti, mərkəz istiqamətində;

    9. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    10. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

  • Xocasəndə yanğın söndürülüb

    Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

    Bu barədə FHN-dən məlumat verilib.

  • В Иране убита отказавшаяся от предложения руки и сердца женщина

    В иранской провинции Керманшах 40-летнюю женщину по имени Самира Нурбахш застрелил человек, который хотел жениться на ней.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал Azad İran.

    По информации, у 32-летнего убийцы были проблемы с психикой. Он неоднократно угрожал женщине смертью, если она откажется выйти за него замуж.

    После инцидента преступник скрылся.

  • İranda qadın evlilik təklifinə “yox” dediyi üçün öldürüldü

    İranın Kermanşah bölgəsində 40 yaşlı Samirə Nurbəxş adlı qadın onunla evlənmək istəyən kişi tərəfindən güllələnərək qətlə yetirilib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

    Məlumata görə, qadını öldürən 32 yaşlı cinayətkarın psixoloji problemləri olub. Qatil dəfələrlə xanımı evlilikdən imtina edərsə, öldürməklə də hədələyib.

    Təqsirkar hadisədən sonra qaçıb.

  • Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın baş nazirinin işçi nahar əsnasında görüşü olub

    Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə baş nazirə təbriklərini çatdırıb.

    Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

    Azərbaycan Prezidenti və Albaniyanın baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

  • Yeni sədr də istefa verdi

    İmişlidə 9 May tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun vəzifəsindən azad olunaraq yerinə müavini Vahid Tağıyevin gətirilməsi ilə bağlı xəbər vermişdik.

    “Qafqazinfo”nun məlumatına görə, yeni təyin olunan sədr V.Tağıyev cəmi 1 gün sonra – ötən gün istefa verib. O, bununla bağlı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevə müraciət ünvanlayıb.

    “İlk dəfə Ağsaqqallar Şurasına gələndə bildirmişdim ki, mən bir neçə ay yaxından kömək edib, sonra ayrılaraq sağlamlığımla məşğul olacağam. Odur ki, xahiş edirəm məni həvalə edilmiş İmişli rayon Ağsaqqallar Şurası sədrliyindən və şura üzvlüyündən azad edəsiniz”, – müraciətdə qeyd olunub.

    Xatırladaq ki, İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonda keçirilən 9 May tədbirləri zamanı SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi səbəbindən vəzifəsindən azad edilmişdi. Sədr vəzifəsinin müvəqqəti olaraq birinci müavini Vahid Tağıyevə həvalə olunsa da, sonradan onun da sözügedən tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatıldığı məlum olmuşdu. Onların SSRİ bayrağı və “Georgi lenti” ilə tədbirdə iştirakları cəmiyyətdə narazılıqla qaşılanmışdı.