Month: May 2025

  • Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq

    Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, mayın 18-də isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq.

    Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

    IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

    Paytaxt üzrə monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi, 50 minə yaxın VI sinif şagirdi biliyini sınayacaq.

    IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.

    Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxuyub-anlama, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən isə insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, ətraf mühit və biz, qüvvə və hərəkət məzmun xətlərini əhatə edəcək.

    Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

    Qeyd edək ki, cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 279 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

  • После взрыва на заводе в Башкортостане два человека находятся в реанимации

    Два человека находятся в реанимации после взрыва на предприятии в Башкортостане.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Минздраве страны.

    * * * * *

    Взрыв произошел на территории предприятия “Свеча” в городе Салавате в Башкортостан, под завалами находится человек.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в ГУ МЧС по региону.

    “В 07:49 по системе ЦОВ-112 поступила карточка о взрыве на территории бывшего ОАО “Оптико-механический завод” на предприятии ООО “Свеча” здания размерами 108 на 40, предварительно, под завалами человек. На момент прибытия первого пожарного подразделения наблюдалось разрушение на площади 30 на 30 м. К сожалению, имеются пострадавшие”, – говорится в сообщении.

    Позже в ГУ МЧС по региону сообщили, что после взрыва трех человек экстренно госпитализировали в тяжелом состоянии. Там отметили, что “в производственном здании в результате нарушения технологического процесса произошла разгерметизация печного оборудования с последующим разрушением здания и горением”. Принимаются все необходимые меры по поиску оставшегося под завалами человека. Ведется тушение разрозненных очагов горения.

    Причиной взрыва на свечном заводе в Башкортостане стало нарушение технологического процесса, сообщают оперативные службы.

  • Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var

    Başqırdıstanın (Rusiya) Salavat şəhərində yerləşən müəssisəsinin ərazisində partlayış baş verib, dağıntılar altında qalan var.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

    Bildirilb ki, partlayışdan sonra üç nəfər ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib. Dağıntılar altında qalan insanın axtarışı üçün bütün zəruri tədbirlər görülür. Qurumun məlumatına görə, yanğının söndürülməsi davam edir.

    Operativ xidmətlərdən bildirilib ki, şam zavodunda baş verən partlayışın səbəbi texnoloji prosesin pozulması olub.

  • Leonardo Bonuççi “Yuventus”a qayıtmaq istəyir

    Leonardo Bonuççi futbolçu karyerasının xeyli hissəsini keçirdiyi İtaliyanın “Yuventus” klubuna qayıtmaq istəyir.

    38 yaşlı veteran futbolçu klubun akademiyasında çalışa və ya əsas komandanın məşqçilər korpusunun üzvü ola bilər.

    Onun “Yuventus”la bu istiqamətdə danışıqlara başladığı bildirilib.

    Qeyd edək ki, L.Bonuççi 2023-cü ildə “Yuventus”dan ayrılıb və bir il sonra futbolçu karyerasını başa vurub. O, hazırda İtaliyanın gənclərdən ibarət yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.
    //report

  • Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb

    Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs tutulub.

    Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Keçirilən tədbirlərlə vətəndaşların etibarından sui-istifadə etməklə çalışdıqları yerlərdə vəzifələrini artırmaq vədi verərək onların maddi vəsaitlərini ələ keçirən 40 yaşlı Elşən Qurbanov barəsində cinayət işi başlanılıb.

    E.Qurbanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

    Araşdırmalar davam etdirilir.

  • В Азербайджане впервые готовится национальный учебник по фортепиано

    В Азербайджане впервые готовится национальный учебник по фортепиано для учащихся I, II и III классов.

    Об этом сообщили в Министерстве культуры.

    Планируется представить первый раздел учебника в сентябре 2025 года.

    В ведомстве отметили, что большинство учебников, используемых в настоящее время в музыкальных школах, основаны на материалах, написанных в середине прошлого века.

    Основная цель учебника – поддержать как профессиональное, так и национально-духовное развитие учащихся на начальном этапе музыкального образования.

  • Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır

    Azərbaycanda ilk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri – I, II və III siniflər üçün hazırlanacaq dəsrslik müstəqillik dövründə nəşr olunan ilk dərslik olacaq.

    O da qeyd olunub ki, hazırda musiqi məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti ötən əsrin ortalarında yazılmış materiallara əsaslanır.

    1955-ci ildə hazırlanmış L.Yeqorova və R.Siroviçin “Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı”, eləcə də Sevda İbrahimovanın, Gülnarə Səfərəliyevanın və digər müəlliflərin vəsaitləri bu gün də istinad mənbələri kimi istifadə olunsa da, müasir təhsil yanaşması, milli intonasiya və yeni pedaqoji prinsipləri tam şəkildə əhatə etmir.

    Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər.

    Dərsliyin əsas məqsədi şagirdlərə fortepiano təhsilinin başlanğıc mərhələsində klssik musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərini təqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafını dəstəkləməkdir.

    Pilot layihə çərçivəsində dərsliyin ilk bölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.

  • Çində sürücüsüz avtomobil sinaq vaxtı yandı

    Çinin Pony.ai şirkətinə məxsus sürücüsüz avtomobil yanıb.

    Pekində baş verən hadisənin fotoları sosial şəbəkədə paylaşılıb.

    Belə ki, Pony.ai-nin sürücüsüz sınaq avtomobili naməlum səbəbdən idarəetmədən çıxaraq yolun kənarındakı yaşıl zolağa çıxıb və bundan sonra yanmağa başlayıb. Həmin vaxt salonda sərnişin olmayıb. Şirkət əməkdaşları siqnalı aldıqdan sonra hadisə yerinə gəliblər və yanğın qısa zamanda söndürülüb.

    Hazırda yanğının hansı səbəblərdən baş verdiyi araşdırılır.
    //avtosfer.az

  • Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb

    Gəncə şəhərində 31 yaşlı kişi bıçaqlanıb.

    Hadisə şəhər ərazisində yerləşən restoranların birində qeydə alınıb.

    Mübahisə zəminində bıçaq xəsarəti alan 1994-cü il təvəllüdlü Y.İbrahimov xəstəxanaya yerləşdirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Новая волна COVID-19 распространяется в Азии

    Органы здравоохранения Гонконга и Сингапура предупредили о резком росте числа случаев заражения COVID-19 на фоне распространения новой волны заболевания по Азии.

    Об этом сообщило агентство Bloomberg.

    Активность вируса в Гонконге в данный момент довольно высокая, заявил на этой неделе глава отделения инфекционных заболеваний городского Центра охраны здоровья Альберт Ау. Количество подтвержденных случаев заражения достигло самого высокого уровня за год, также выросло число тяжелых случаев.

    Хотя всплеск заболеваемости пока не достиг пиков заражения, наблюдавшихся в последние два года, количество медицинских консультаций и госпитализаций, связанных с COVID, свидетельствуют, что вирус активно распространяется, подчеркивает агентство.

    Министерство здравоохранения Сингапура связало рост числа случаев заболевания с ослаблением иммунитета населения. Там отметили, что нет никаких признаков того, что циркулирующие варианты стали более заразными или вызывают более тяжелые случаи, чем во время пандемии.