Month: May 2025

  • СМИ: Роналду может уйти из “Аль-Насра”

    Португальский нападающий Криштиану Роналду может покинуть футбольный клуб “Аль-Наср” из Саудовской Аравии по истечении контракта.

    Об этом пишет газета Marca.

    Сообщается, что руководству клуба не понравилась гневная реакция Роналду на поражение в матче с “Аль-Иттихадом” (2:3). Сторонам предстоит обдумать будущее, так как команда не выполнила задачи в завершающемся сезоне, говорится в публикации.

    При этом отмечается, что “Аль-Наср” и Роналду договорились о продлении контракта на два года.

    По данным издания, дополнительным стимулом для Роналду уйти из “Аль-Насра” является желание выступить на предстоящем клубном чемпионате мира. Утверждается, что увидеть португальского футболиста среди участников также хочет Международная федерация футбола. “Аль-Наср” на турнир не попадет, так как не прошел отбор.

  • Ronaldu “Əl-Nəsr”i tərk edəcək?

    Portuqaliyalı hücumçu Kriştianu Ronaldu müqaviləsi başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunu tərk edə bilər.

    Bu barədə “Marca” qəzeti yazıb.

    Bildirilib ki, Ronaldunun “Əl-İttihad” ilə matçda (2:3) məğlubiyyətə qəzəbli reaksiyası klub rəhbərliyinin xoşuna gəlməyib.

    Nəşr qeyd edib ki, komanda başa çatan mövsümdə məqsədinə çatmadığı üçün tərəflər gələcək barədə yenidən düşünməli olacaqlar.

    Eyni zamanda vurğulanıb ki, “Ən-Nəsr” və Ronaldu müqaviləni iki il uzatmaq barədə razılığa gəliblər.

    Nəşrin yazdığına görə, qarşıdan gələn klublararası dünya çempionatında oynamaq istəyi K.Ronaldunun “Ən-Nəsr”dən ayrılması üçün əlavə stimuldur. İddia edilir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) da portuqaliyalı futbolçunu iştirakçılar arasında görmək istəyir. “Ən-Nəsr” seçimdən keçə bilmədiyi üçün turnirə vəsiqə qazana bilməyəcək.

  • Azərbaycanda hərbçilərə dövlət hesabına mənzillər təqdim olunub

    Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib.

    Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir.

    Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.

    Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.

  • Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu – VİDEO

    Bakıda maşının mühərrik hissəsində ilan görünüb.

    Şahidlərin azxeber.com-a verdiyi məlumata görə, Xətai rayonu, Gəncə prospekti, Sadıqcan küçəsində vətəndaşın avtomobilinin mühərrik hissəsinə ilan girib.

    Avtomobil sahibinin dediyinə görə, bu hal iki gün təkrarlanıb.
    Vətəndaşların dediyinə görə həmin ərazidə dünən bir, bu gün isə iki ilan məhv edilib.

    Həmin görüntüləri təqdim edirik:

  • İlham Əliyev: “Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik”

    “Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

    Dövlətimizin başçısı qeyd edib: “Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq”.

  • Ильхам Алиев: Те, кто сегодня не считается с нами в нашем регионе, назавтра жалеют об этом

    Победа в Отечественной войне – наша общая Победа. Завоевав ее, азербайджанский народ продемонстрировал всему миру свое историческое величие.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев в выступлении на открытии Агдамского центра мугама.

    “Неслучайно даже враждебно относящиеся к нам круги, силы, страны, знают, что мы достойный народ, народ, заслуживающий уважения, и с нами надо считаться. Те, кто сегодня не считается с нами, по крайней мере, в нашем регионе, назавтра жалеют об этом”, – отметил глава государства.

  • Prezidentdən mühüm mesaj: “Yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”

    “Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı bildirib.

    Dövlətimizin başçısı qeyd edib: “Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, – hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

  • Hindistan və Pakistan arasında atəşkəs əldə olundu

    Hindistan və Pakistan atəşkəs barədə razılığa gəlib.

    Bu haqda Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

    Atəşkəs razılaşmasının əldə olunması barədə məlumatı Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar təsdiqləyib.

    Atəşkəs Bakı vaxtı ilə 15:30-da qüvvəyə minib.

    //Qafqazinfo

  • СМИ: Анну Нетребко объявили в розыск, ей может грозить до года тюрьмы (ОБНОВЛЕНО)

    Заслуженный юрист России Иван Соловьев сообщил, что объявленной в розыск оперной певице Анне Нетребко может грозить до года тюрьмы.

    Об этом сообщают “Аргументы и факты”.

    “За неисполнение решения суда человек привлекается к административной ответственности по статье 17.15, что для граждан грозит штрафом в размере от 1 до 2.5 тыс. рублей. Если она после этого не исполнит решения суда, то возможна ответственность уже в соответствии с уголовным кодексом”, – объяснил специалист.

    По словам Соловьева, при злостном неисполнении вступившего в законную силу судебного акта гражданам грозит штраф до 50 тыс. рублей и лишение свободы на срок до одного года. За незаконную перепланировку, которую вменяют Нетребко, может грозить штраф, а также административный арест на срок до 15 суток, добавил он.

    Судебные приставы объявили в розыск Нетребко, чтобы обеспечить доступ сотрудников коммунальных служб в ее квартиру в Петербурге для проведения проверки на предмет несанкционированной перепланировки.

    * * * * *

    Российскую и австрийскую оперную певицу Анну Нетребко объявили в розыск.

    Как передает Median.Az со ссылкой на Telegram-канала Shot, знаменитость разыскивают судебные приставы, требующие пустить в ее питерскую квартиру коммунальщиков.

    Работники коммунальных служб хотят попасть в квартиру певицы на улице Союза Печатников. Они должны проверить, есть ли в жилище элементы незаконной перепланировки. Уточняется, что данного решения администрация Адмиралтейского района Петербурга добивалась почти два года.

    В случае, если Нетребко не выполнит требование суда, каждый месяц будет начисляться неустойка в размере 20 000 рублей.

  • Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

    Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.

    Bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

    Məlumata görə, məşhuru axtaran məhkəmə icraçıları onun Sankt-Peterburqdakı mənzilinə kommunal işçilərinin buraxılmasını tələb edirlər.

    Kommunal xidmət işçiləri müğənninin Soyuz Peçatnikov küçəsindəki mənzilinə girməyi planlaşdırırlar. Onlar evdə qeyri-qanuni tikinti prosesinin icra edilib-edilmədiyini yoxlamaq niyyətindədirlər.

    Qeyd edilir ki, Sankt-Peterburqun Admiralteysk rayonu administrasiyası iki ilə yaxın idi bu qərarın qəbuluna nail olmağa çalışırdı.

    Netrebko məhkəmənin tələbini yerinə yetirməyəcəyi halda hər ay 20 min rubl (400 manatdan çox) məbləğində cərimə tətbiq olunacaq.
    //oxu.az