Month: May 2025

  • Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət

    Bir səhər yuxudan oyanıb şəhəri örtən qarın qırmızı rəngdə olduğunu görsəniz, nə düşünərdiniz? 1930-cu illərdə ABŞ-ın Boston şəhərində baş verən bu gerçəküstü hadisə, əslində ölkənin mərkəzində baş vermiş nəhəng bir ekoloji fəlakətin uzaq əks-sədası idi.

    1930-cu illərin əvvəllərində Boston sakinləri göydən yağan qarın adi ağ rəngdə deyil, qəribə şəkildə qırmızı olduğunu gördükdə təəccüblənmişdilər. Bu qeyri-adi təbiət hadisəsi, ABŞ-ın mərkəzi bölgəsində – Qreat Plains adlanan ərazidə baş vermiş böyük toz fırtınasının birbaşa nəticəsi idi.

    Toz fırtınasının səbəbi nə idi?

    O dövrdə ABŞ-ın bu bölgəsində yanlış torpaq idarəçiliyi və şiddətli quraqlıq nəticəsində torpaqlar qoruyucu bitki örtüyündən məhrum qalmışdı. Nəticədə məhsuldar üst torpaq asanlıqla küləklə dağılır, atmosferə qarışan toz hissəcikləri minlərlə kilometr uzaqlığa qədər daşına bilirdi. Bostonda yağan qırmızı qar da bu tozların qar fırtınaları ilə qarışması nəticəsində meydana gəlmişdi.

    Qreat Plains bölgəsinin gil və dəmir oksidi ilə zəngin qırmızı torpaqları, küləklə Atlantik sahillərinə qədər daşınaraq, qarın rəngini dəyişdirmişdi. Bu, həm təbiətin gücünü, həm də insan müdaxiləsinin doğura biləcəyi nəticələri xatırladan aydın bir siqnal idi.

    Qırmızı qarla bitməyən faciə

    Qırmızı qar yalnız başlanğıc idi. Toz fırtınaları nəticəsində Nyu-York şəhəri kimi metropollar günorta saatlarında belə alatoranlıq içində qalırdı. Kənd təsərrüfatı ilə məşğul olan əhali üçün bu vəziyyət daha da ağır idi – torpaqlar istifadəyə yararsız hala gəlmiş, quraqlıqla birlikdə fəlakət dərinləşmişdi. Bütün ölkə üzrə insanlar nəfəs darlığı, boğaz yanması və digər tozla bağlı sağlamlıq problemləri ilə üz-üzə qalmışdı.

    “Toz fırtınalarının ən şiddətli günü” kimi tarixə düşən və “Qara bazar” adlandırılan hadisə zamanı Kanzas Sitidəki “Associated Press”in redaktoru Edvard Stenli belə yazmışdı:

    “Spearman və Hansford qraflıqları sözün əsl mənasında bir toz buludunun içində idi. Bir həftə boyunca külək və toz fırtınası bir an belə dayanmadı. Hava o qədər tozla dolu idi ki, şəhərin üzərində sanki qalın bir duman təbəqəsi vardı. Nəfəs almaq çətinləşmişdi, bir çox insan boğaz ağrısı və digər toz səbəbli xəstəliklərlə mübarizə aparırdı”

    Tarixi dərs və dəyişikliklər

    Bostonda yaşanan bu qırmızı qar hadisəsi, əslində həmin dövrün yaratdığı böyük ekoloji və sosial böhranın yalnız kiçik, lakin təsirli bir göstəricisi idi. Minlərlə insan torpağını tərk edərək başqa bölgələrə köçməyə məcbur oldu. Bu fəlakət, artıq mövcud olan Böyük Depressiyanın ağırlığını daha da artırdı.

    Lakin bu faciə ABŞ-da torpaq idarəçiliyi, kənd təsərrüfatı və ekoloji siyasətlərdə ciddi dəyişikliklərə səbəb oldu. O dövrün prezidenti Franklin D. Ruzvelt “Torpağını məhv edən millət, özünü məhv edir” sözləri ilə genişmiqyaslı torpaq qoruma və islah proqramlarını həyata keçirdi və ölkənin ekoloji gələcəyi üçün əsaslı addımlar atdı.
    //qaynar.az

  • PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək

    Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək.

    Bu barədə “Report”a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

    O, qurum rəhbərinin durumunun hazırda yaxşı qiymətləndirildiyini söyləyib:

    “Elxan Səmədovun müalicəsi davam edir. Həftə ərzində bir neçə dəfə fizioterapiya keçir. Durumu yaxşıdır. Sadəcə, həkimlər prosesləri tələsdirməməyi, bir az da səbrli olmağı məsləhət görüblər. Bəli, may ayında əməliyyat olunmalı idi. Ancaq bir müddət də gözləməsi və bərpa prosesinə davam etməsi məqsədəuyğun sayılıb. Həkimlər əməliyyatın vaxtını müəyyənləşdirib məlumat verəcəklər”.

    Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

  • MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi

    Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə məhkəmənin əmlaklarının müsadirə edilməsi barədə qərarından kassasiya şikayəti verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.

    Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib.

    Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

    Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Eyni zamanda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

    Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.

    Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

    R.Məlikzadə 9 369 411.09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 000 manatını dövlət büdcəsinə ödəyib.

  • Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? – VİDEO

    25 illik köhnə qəbirlərin açılaraq başqalarının dəfni üçün təklif edildiyi iddia olunur.

    Xezerxeber.az xəbər verir ki, iddialar Bakının Yasamal rayonunda yerləşən Dağüstü qəbiristanlıq ərazisi ilə bağlıdır. Bildirilir ki, burada boş yer qalmadığından uzun illərdir ziyarətçisi olmayan qəbirlər başqalarına təklif olunur.

    Sözügedən qəbiristanlıqda yaxınları dəfn olunan şəxslər isə bununla razılaşmırlar.

    Digər şəhər sakinləri də bunun qəbuledilməz olduğunu bildirirlər.

    İddialarla bağlı əvvəlcə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin qurumdan suallarımıza Yasamal Bələdiyyəsindən cavab verilə biləcəyi bildirildi.

    Bələdiyyədən isə qeyd olundu ki, Yasamal rayon ərazisində yerləşən 1 saylı Dağüstü Qəbristanlığın idarəçiliyi 2019-cu ildən Yasamal Bələdiyyəsinə təhvil verilib. Həmin ildən vəfat etmiş şəxslərin ailə üzvləri mərhumların dəfni ilə baglı Yasamal Bələdiyyəsinə müraciət etsələr də, onlara 1 saylı Dağüstü qəbristanlıq ərazisinin 1940-ci ildə salındığı və 1974-cü ildən həmin ərazinin bağlı olması barədə məlumat verilib. Bələdiyyədən o da qeyd olundu ki, vəfat etmiş şəxslərin dəfn olunması üçün yer olmadığından, ailələrin razılığı əsasında qohumların ətrafında və ya şəriət qaydalarına uyğun olaraq 25 ildən çox müddət keçmiş könhə qəbir yerləri açılaraq dəfn olunurlar.

    Bəs şəriət qaydaları bu barədə nə deyir?

    İlahiyyyatçı onu da vurğuladı ki, vacib səbəb olmadıqda qəbirlərin açılması dini cəhətdən uyğun görülmür.

  • Dahilər daha çox hansı ailələrdə böyüyür? – Alimlərdən təəccübləndirən araşdırma

    İlk baxışdan elə görünə bilər ki, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən uyğun mühit sevgi və qayğı ilə dolu ailədir.

    Qaynarinfo xəbər verir ki, kakin “The Conversation” elmi nəşrinin dərc etdiyi yeni araşdırma bu qənaətin həmişə doğru olmadığını ortaya qoyub.

    Məlum olub ki, bir çox yaradıcı insanlar ağır uşaqlıq dövrü keçirib və məhz bu travmatik təcrübələr sayəsində dahilik səviyyəsinə yüksəliblər. Onlar uşaqlıqda qarşılaşdıqları psixoloji gərginlikdən qaçmaq üçün xəyali dünyalar yaradıblar və bu, sonradan onların yaradıcı bacarıqlarının formalaşmasına səbəb olub.

    Bu qəbildən olan şəxslərə rəssam Vinsent van Qoq, yazıçılar Frans Kafka, Edqar Allan Po, Virciniya Vulf və müğənni Şineyd O’Konnor misal göstərilə bilər. Onların hər biri çətin uşaqlıq keçirsə də, sonradan böyük yaradıcılıq uğurlarına imza atıblar. Bununla belə, bu dahilik çox zaman nevrozlar və digər psixi sağlamlıq problemləri ilə müşayiət olunub.

    Tədqiqatlar göstərir ki, insan yaradıcılığı iki əsas yolla inkişaf edə bilər: ya ilham verən və qayğıkeş valideyn nümunələrinin təqlidi ilə, ya da bu nümunələrin yoxluğunda yaranan narahatlıq və boşluğu kompensasiya etmək məqsədilə.

    Psixoanalitik Donald Vinnikot 1971-ci ildə yazdığı “Oyun və reallıq” adlı fundamental əsərində qeyd edib ki, uşaqlar valideyn diqqətindən məhrum olduqda narahatlıqlarını müəyyən davranış modelləri ilə aradan qaldırmağa çalışırlar. Əgər bu məhrumiyyət uzunmüddətli və davamlı olarsa, həmin davranışlar təkrarlanaraq yaradıcılıq vərdişlərinə çevrilə bilər. Təəssüf ki, bu proseslə yanaşı, həmin uşaqlarda sosial münasibətlərdə çətinliklər və davranış pozuntuları da müşahidə olunur.

    Bəzi alimlər hesab edirlər ki, müəyyən həddə qədər ailə problemləri uşaqları istedadlarını inkişaf etdirməyə sövq edə bilər. Lakin bu həddi keçdikdən sonra mənfi təsirlər daha ağır nəticələr doğura bilər.

  • 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir

    Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə məhkəmənin əmlaklarının müsadirə edilməsi barədə qərarından kassasiya şikayəti verib.

    APA xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.

    Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün aparılmadığını əsas gətirərək kassasiya şikayəti verib.

    Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

    Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

    Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.

    Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

    R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib.

  • Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)

    Azərbaycan və xarici ölkə komandalarında çıxış edən yerli futbolçular arasında ən yüksək transfer qiymətinə malik olanların adı məlum olub. Siyahıda yer alan oyunçulardan cəmi 3-ü 1 milyon avro səddini aşmağı bacarıb.

    Yenisabah.az “Transfermarkt”ın statistik məlumatlarına əsasən, 10 ən bahalı azərbaycanlı futbolçulardan ibarət siyahını təqdim edir:

    1. Nəriman Axundazə – “Qarabağ” (1.8 milyon avro)

    2. Renat Dadaşov – “Radomiyak Radom” (1.2 milyon avro)

    3. Toral Bayramov – “Qarabağ” (1.2 milyon avro)

    4. Ramil Şeydayev – “Neftçi” (900 min avro)

    5. Aleksey İsayev – “Qarabağ” (900 min avro)

    6. Qismət Əliyev – “Zirə” (900 min avro)

    7. Elvin Cəfərquliyev – “Qarabağ” (900 min avro)

    8. Rza Cəfərov – “Neftçi” (900 min avro)

    9. Rahim Sadiqov – “Turan Tovuz” (850 min avro)

    10. Səbuhi Abdullazadə – “Sumqayıt” (850 min avro)

  • Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? – VİDEO

    Bir kiloqramının qiyməti 850-1500 manat arasında dəyişir… Alıcıları da kifayət qədərdir…

    Xezerxeber.az xəbər verir ki, söhbət Çindən ölkəmizə idxal olunan kürüdən gedir.

    Satıcılar da hazırda bazarlarda daha çox Çindən gətirilən kürülərin üstünlük təşkil etdiyini bildiriblər. Onların sözlərinə görə, bunun əsas səbəbi Çin kürüsünün nisbətən ucuz olmasıdır.

    Onların sözlərinə görə, təsərrüfat kürüləri olsa da, yerli kürülərin qiyməti xaricdən idxal olunanlarla müqayisədə 2 dəfə bahadır. Buna görə də alıcılar yerli kürülərə az maraq göstərirlər.

  • Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

    Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

    Bir neçə gün əvvəl şəhərin H.Əliyev prospektində yük maşınının vurduğu M.Muxtarov koma vəziyyətində özəl xəstəxanalardan birinə yerləşdirilib.

    Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb

    Türkiyə Superliqasında çıxış edən “Qaziantepspor” klubu baş məşqçi Selçuk İnanla yolları ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    40 yaşlı mütəxəssis 2023/2024 mövsümündən Qaziantep klubunu çalışdırırdı.

    Qeyd edək ki, “Qaziantepspor” S.İnanın rəhbərliyi altında Türkiyə Superliqasının cari mövsümündə meydana çıxdığı 33 matçda 12 qələbə qazanıb, 6 heç-heçə edib. Bu görüşlərin 15-də məğlubiyyətlə üzləşən komanda hazırda 42 xalla 12-ci pillədədir.