Month: May 2025

  • Pakistan XİN Hindistan ərazisinə zərbələrə dair açıqlama verdi

    “Pakistan ordusu tərəfindən Hindistan ərazisinə endirilən zərbələr müdafiə xarakteri daşıyır”.

    Bu sözləri Pakistanın xarici işlər naziri İshaq Dar “Geo TV”nin efirində deyib.

    “Pakistan Silahlı Qüvvələri son regional gərginlik fonunda yüksək hazırlıq vəziyyətindədir və tam hazırdır. Son hərbi cavab sırf müdafiə xarakteri daşıyırdı”, – deyə Dar bildirib.

    O qeyd edib ki, beynəlxalq ictimaiyyət Hindistanı “səhvlərinin ciddiliyini dərk etməyə” məcbur etməlidir.

    Həmçinin respublika ordusunun idarələrarası ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, Pakistan Silahlı Qüvvələri Hindistanın Sirsa şəhərində yerləşən aerodromu məhv edib.

    Xatırladaq ki, Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

    Məlumata görə, Pakistan Silahlı Qüvvələri Hindistan ərazisində çoxsaylı strateji hədəfləri vurur, Bisdə “BrahMos” raket anbarı məhv edilir.

  • Цена на азербайджанскую нефть превысила 65 долларов

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 1.08 доллара или 1.67% – до 65.66 доллара.

    По итогам торгов цена июльских фьючерсов на нефть марки Brent составила 63.59 доллара.

  • Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 1.08 ABŞ dolları və ya 1.67% artaraq 65.66 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64.58 ABŞ dolları təşkil edib.

  • Лейла Алиева и Арзу Алиева приняли участие в очередной акции по посадке деревьев в Баку – ВИДЕО

    10 мая в Сураханском районе Баку на пустыре вдоль Зыхского шоссе прошла акция по посадке деревьев с участием вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой и руководителя Baku Media Center Арзу Алиевой.

    Как сообщает АЗЕРТАДЖ, акция была приурочена к 102-й годовщине со дня рождения общенационального лидера Гейдара Алиева.

    В ходе мероприятия, проведенного при активном участии волонтеров IDEA и поддержке Бакинской службы благоустройства, на территории было высажено 1 000 оливковых деревьев, а также проведены работы по благоустройству. Для эффективного полива деревьев и предотвращения потерь воды предусмотрено применение системы капельного орошения.

    Отметим, что данная акция стала завершающей в серии регулярных кампаний по посадке деревьев вдоль дороги между поселком Зых и Международным аэропортом Гейдар Алиев, проводимых в рамках работ по озеленению этой территории.

    На мероприятии также была представлена информация о веб-сайте и аккаунтах в социальных сетях социального проекта Bizim Mətbəx (“Наша кухня”), реализуемого по инициативе вице-президента Фонда Гейдара Алиева Лейлы Алиевой. Основная цель проекта – предоставлять горячее питание малообеспеченным семьям и нуждающимся, создавая для них атмосферу любви и заботы, а также укреплять дух солидарности в нашем обществе. С первого дня своей деятельности волонтеры “Нашей кухни” смогли принести тепло и надежду в повседневную жизнь сотен тысяч людей в Баку и близлежащих регионах, предоставляя им горячие обеды.

  • Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib – VİDEO

    Mayın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Suraxanı rayonu, Zığ şosesindəki boş ərazidə ağacəkmə aksiyası keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

    IDEA könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1 000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırma ilə yanaşı, abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.

    Qeyd edək ki, tədbir Zığ-Aeroport yolu boyunca mütəmadi olaraq həyata keçirilmiş ağacəkmə kampaniyaları çərçivəsində həmin ərazidə aparılan yaşıllaşdırma işlərini yekunlaşdıran sonuncu aksiya kimi təşkil edilib.

    Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin veb-saytı və sosial şəbəkə hesabları haqqında məlumat təqdim edilib. Layihənin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim Mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

  • Президент Ильхам Алиев принял участие в открытии первого этапа села Кенгерли Агдамского района

    10 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии первого этапа села Кенгерли Агдамского района.

    Как сообщает АЗЕРТАДЖ, глава государства ознакомился с условиями, созданными в многофункциональном административном здании, построенном для местных исполнительных структур, клубно-общинном центре, Кенгерлинской сельской полной средней школе, яслях-детском саду и новых частных жилых домах.

  • İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

  • Ильхам Алиев поделился видеороликом о жизненном пути Гейдара Алиева – ВИДЕО

    Президент Азербайджанской Республики Ильхам Алиев в связи со 102-й годовщиной со дня рождения общенационального лидера Гейдара Алиева поделился на своей странице в социальных сетях видеороликом.

    В видео отражены важные моменты жизненного пути выдающейся личности.

  • İlham Əliyev Heydər Əliyevin ömür yolunu əks etdirən kadrları paylaşdı – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesabında ümummilli liderin ömür yolunda vacib məqamları əks etdirən videoçarx paylaşıb.

    Median.Az paylaşımı təqdim edir:

  • Arzu Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib – ФОТО

    Руководитель Baku Media Center Арзу Алиева сделала публикацию в своем аккаунте в социальных сетях в связи со 102-й годовщиной со дня рождения общенационального лидера Гейдара Алиева.

    Median.Az представляет данную публикацию: