Month: May 2025

  • Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Bu gün müasir Azərbaycanın memarı, xalqımızın əbədi lideri Heydər Əliyevin doğum günüdür.

    Ümummilli lider Heydər Əliyevin doğum günündə, onun Azərbaycanın dövlətçiliyi, müstəqilliyi və inkişafı üçün göstərdiyi əvəzsiz xidmətləri bir daha minnətdarlıqla xatırlayırıq. Onun irsi xalqımızın qəlbində əbədi yaşayır.

    Müstəqil Azərbaycanın qurucusu, xalqımızın əbədi lideri Heydər Əliyevin doğum günündə onun parlaq irsini və xalqına həsr olunmuş ömrünü ehtiramla anırıq”.

  • Насколько различаются цены на рынках в поселках и в центре Баку? – ВИДЕО

    Рынки в бакинских поселках привлекают покупателей не только из близлежащих населенных пунктов, но и из других частей города.

    Для сравнения цен сотрудники Xəzər Xəbər отправились на рынок в поселке Говсан.

    По словам покупателей, несмотря на то, что цены здесь немного выше, чем в Маштаге, но все же заметно ниже, чем в центре столицы.

    При этом цены на одни и те же товары в центральных районах столицы могут сильно различаться. Например, продукт, который в одном месте продается за 5 манатов, в другом может стоить все 10. Такая разница объясняется арендной платой, закупочными ценами и качеством товара.

    Подробнее – в сюжете:

  • Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi necədir? – VİDEO

    Bakı qəsəbələrinin ucuz bazarlarına digər qəsəbələrdən gələn alıcılar da var.

    “Xəzər Xəbər” müqayisə üçün Hövsan qəsəbəsində yerləşən bazara üz tutub.

    Alıcılar deyirlər ki, cüzi fərqlə Maştağa bazarından baha olan bu bazar yenə də paytaxtın mərkəzində yerləşən bazarlardan sərfəlidir.

    Şəhərin mərkəzində isə bəzi məhsullarda qiymət fərqi çox, bəzilərində isə azdır. Əsas fərq isə ondan ibarətdir ki, paytaxtda metro stansiyaları yaxınlığında və mərkəzi ərazilərində qiymət eyni deyil.

    Məsələn, bir ərazidə 5 manata olan məhsul başqa yerdə 10 manata satılır. Qiymət fərqi isə məhsulun alışından, məkanın icarə haqqından, satılan məhsulun keyfiyyətindən asılıdır.

    Ətraflı süjetdə:

  • Мехрибан Алиева поделилась кадрами из села Дашалты Шушинского района – ФОТО

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась в соцсетях кадрами визита в село Дашалты Шушинского района.

    Median.Az представляет данную публикацию:

  • Mehriban Əliyeva Şuşa rayonuna səfərindən paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Şuşa rayonunun Daşaltı kəndinə səfərindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Лейла Алиева поделилась публикацией в связи со 102-й годовщиной со дня рождения Гейдара Алиева – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поделилась публикацией в своем аккаунте в социальной сети в связи со 102-й годовщиной со дня рождения общенационального лидера Гейдара Алиева.

    Median.Az представляет данную публикацию:

  • Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Ильхам Алиев поделился публикацией в связи со 102-й годовщиной со дня рождения Гейдара Алиева – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев поделился публикацией в своем аккаунте в социальной сети в связи со 102-й годовщиной со дня рождения общенационального лидера Гейдара Алиева.

    Median.Az представляет данную публикацию:

  • Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr – FOTOFAKT

    Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib.

    Onlar ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıblar.

    Belə ki, onlar Pərviz adlı vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik yaradıblar. Malların buraxılması üçün vətəndaşdan 8 min manat rüşvət alıblar.

    Rüşvət alınan şəxs Pərviz adlı vətəndaş olub. İstintaqla müəyyən edilib ki, Pərviz Elşan Adbullayevin tanışıdır. Onun Elşana pul borcu da olub.

    Pərviz gömrükdən mal gətirən zaman onun yükləri Məzahir tərəfindən saxlanılıb. Əvvəlcə malların buraxılması üçün 22 min manat pul tələb edilib. Sonda 8 min manata razılıq əldə olunub. Həbs edilən şəxslər iddia ediblər ki, Pərviz Elşanın borcunu qaytarmadığı üçün belə bir oyun qurublar. Onlar Pərvizdən rüşvət yox, Elşanın borcunu geri almaq istəyiblər.

    Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazışmalar da sübut kimi ələ keçirilib.

    Pərviz dindirilən zaman deyib ki, Elşana borcu olub. Amma bu rüşvət məsələsinin borcla heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, tələb edilən 8 min manatın 6 min manatını verdikdən sonra maşınlarını gömrükdən buraxıblar.

    Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsas hissəsi də Məzahirə çatıb.

    İstintaq materiallarına əsasən tərəflər arasındakı yazışmaların bir hissəsini təqdim edirik:

    Elşan: Pərvizin nömrəsi məndə yoxdur. Onun nömrəsini at, danışım.

    Ədalət: Vaxt gedir, danış. Çalış ki, söz al. Asta-asta və sözünü de.

    Ədalət: Tezləşdir. “Obeddən” sonra gec olacaq. Sonra gələcək üçün də heç nə edə bilməyəcəyik.

    Ədalət: Onların qara siyahısında düşdünsə, getdin.

    Elşan: Yığıram “adboy” verir. Bəlkə yazım buna? Nə məsləhət görürsən? Deyim ki, bu qədər ver, çəkil dur qıraqda. Mən də işini həll edim. Deyim ki, xaçmazlı kimi gömrükçülər mənə zəng vurub. Bəlkə belə deyim ona?

    Ədalət: Əla, gözəl. De, malı tökəcəklər, eyniləşdirmə aparacaqlar, sayacaqlar, burnundan gələcək. Tam qorxut. De ki, 22 min ver, dur qıraqda. Gömrüyə nə keçiriləcəksə, özümüz keçirəcəyik.

    Həbs edilən Elşanla Pərviz adlı vətəndaşın yazışması:

    Elşan: Pərviz, o adam mənə zəng eləməyib. Fikrin varsa ver. Yoxdursa, deyim ki, bu adamın fikri yoxdur. O da işini bilsin. Yaxşı deyil. Mən istəmirəm, o zəng edib soruşsun ki, nə oldu, niyə vermədi?

    Pərviz: Elşan müəllim, 100 faiz veriləcək. Mənim maşınım da oardadır. Qaçan yerim yox, maşını da çıxartmamışam. Düzdür, buraxılış verilib. Sağ olsun. İndi işdir oldu. Narahat olmayın çatdıracaqlar.

    Məhkəmə təqsirləndirilən şəxsləri törədilən cinayət əməlində təqsirli bilərək ağır şəkildə cəzalandırıb.

    Hökmə əsasən Məzahir İsmayılov 9 il 6 ay, Elşan Abdullayev və Ədalət Quliyev 9 il azadlıqdan məhrum ediliblər.