Month: May 2025

  • İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və RİM-in açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin (RİM) açılışında iştirak edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Состоялось открытие животноводческого комплекса Qoç Ət в селе Ханабад Ходжалинского района

    9 мая Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в церемонии открытия животноводческого комплекса ООО “Крестьянско-фермерское хозяйство Qoç Ət” на территории села Ханабад Ходжалинского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xanabad kəndində heyvandarlıq kompleksinin açılışı olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Bakı-Astara magistralında QORXUNC AVTOQƏZA: Ölən və yaralananlar var (VİDEO)

    Bakı-Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

    İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolayırıcı maneəyə çırpılıb.

    Zərbənin təsirindən avtomobil tamamilə yararsız hala düşüb. Ölən və yaralananların olduğu bildirilir.

    Hadisə ilə bağlı aidiyyəti quruma sorğu verilib.
    //oxu.az

  • İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər

    Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в открытии мечети в селе Дашалты Шушинского района

    9 мая Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии мечети в селе Дашалты Шушинского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər

    Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Abşeronda sex yanır

    Abşeronda sex yanır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

  • Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Bakı Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Kamilə Əliyeva Ali Məhkəməyə müraciət edərək məktəb binasının yarısının pay sahibi olduğu və üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib.

    Onun kassasiya şikayəti icraata verilib. Şikayət hakim Teyyub Muxtarovun icraatına verilib. Kassasiya şikayətinə iyulun 23-də baxılacaq.

    Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

    Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Bakı Oksford Məktəbi” də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.

    Məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.

    Kamilə Əliyeva Səbail Rayon Məhkəməsinə müraciət edərək üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib. Səbail Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsində də sabiq aparat rəhbərinin qızının şikayəti təmin edilməyib.

  • Azərbaycanda orta məktəbdə bıçaqlanma – 11-ci sinif şagirdi HƏBS EDİLDİ

    Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.

    Məktəbin 11-ci sinif şagirdi Amin Ağayev sinif yoldaşı Sərxan Hacıyevlə dalaşıb. Hadisə nəticəsində S.Hacıyev yumruqla A.Ağayevi gözündən vurub. Hadisədən bir gün sonra A.Ağayevin həmin orta məktəbdə işləyən anası S.Hacıyevə irad bildirib. S.Hacıyev isə A.Ağayevin anasına ağır cavab qaytarıb. Bunu görən A.Ağayev üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə A.Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilib. A.Ağayev cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək.
    //oxu.az