Month: May 2025

  • В Тель-Авиве объявлена угроза ракетного обстрела

    В связи с угрозой ракетного удара в центральных областях Израиля, включая Тель-Авив, были включены сирены воздушной тревоги.

    Армия обороны Израиля сообщила о зафиксированном пуске ракеты, предположительно с территории Йемена, и заявила, что ведет расследование инцидента.

    Примечательно, что это первая подобная атака со стороны йеменского движения “Ансар Алла” (хуситов) после недавнего уничтожения израильскими ВВС аэропорта в Сане. Из-за ударов Израиля по городу ранения получили 38 человек, еще трое не выжили.

  • Təl-Əvivdə raket hücumu təhlükəsi elan edilib

    İsrailin mərkəzi bölgələrində, o cümlədən Təl-Əvivdə raket hücumu təhlükəsi ilə əlaqədar hava hücumu siqnalları səsləndirilib.

    İsrail Müdafiə Ordusu raket buraxılışının qeydə alındığını, onun Yəmən ərazisindən atıldığının ehtimal edildiyini bildirib və hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

    Qeyd etmək lazımdır ki, bu, İsrail Hərbi Hava Qüvvələrinin Səna hava limanını məhv etməsindən sonra Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən həyata keçirilən ilk belə hücumdur. İsrailin Səna şəhərinə endirdiyi zərbələr nəticəsində 38 nəfər yaralanıb, üç nəfər isə həyatını itirib.

  • Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

    Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

    Qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil qarşıdan gələn “Toyota Prius” markalı minik maşını ilə toqquşub.

    Nəticədə “Mercedes-Benz” də olan Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Eldar Əli oğlu Şabanov, 1986-cı il təvəllüdlü Elməddin Eldəniz oğlu Şahbazov, 1963-cü il təvəllüdlü Elxan Əli oğlu Şabanov və onların həmkəndliləri, “Toyota” markalı avtomobildə olan 1955-ci il təvəllüdlü Məzahir Şəkəralı oğlu Əliaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 9-da saat 17 radələrində Tərtər rayonu Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    1963-cü il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi, yanaq və gicgah, çənə nahiyəsinin açıq yarası, 1986-cı il təvəllüdlü şəxsə baş beyinin silkələnməsi, 1961-ci il təvəllüdlü şəxsə yuxarı ətraf qurşağı və bazunun əzilməsi, baldırın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi, əl barmağın dırnaq lövhəciyinin zədələnməsi ilə açıq yarası, 1955-ci il təvəllüdlü şəxsə isə sağ çiyinin çıxığı diaqnozu təyin edilib.

    Hazırda hər birinin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

  • 15 yaşlı Əli toyu yasa çevirdi – Meyiti şadlıq sarayına yaxın çayda tapıldı

    Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda 5 otaqlı ev yandı

    Bakının Xəzər rayonunda yanğın olub.
     
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyü yanıb.
     
    Evin qalan hissəsi yanğından mühafizə olunub.
     
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Qısqandığı qadının üzünü dişlədi – Cəza verildi

    İşlədiyi üçün qısqandığı qadının əlini və üzünü dişləyən kişiyə məhkəmə hökmü oxunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Şirvan şəhərində baş verib.

    1993-cü il təvəllüdlü Əbülfəz Məmmədov (soyad şərtidir) əvvəldən tanıdığı, Şirvan şəhərində yerləşən “001” kafesində çalışan Y.D.-nı döydüyü üçün saxlanılıb.

    Məlumata görə, Əbülfəz qadının iş yerinə gələrək onunla mübahisəyə başlayıb və işdən çıxmasını tələb edib. Daha sonra onlar qadının yaşadığı evə yollanıblar. Mübahisə evdə də davam edib. Bu zaman Əbülfəz qadının sağ qolunu və sol yanağını dişləyib. Qadın ani reflekslə onu itələyib. Bundan qəzəblənən kişi qadının boynundan tutaraq boğmağa çalışıb, ardınca isə burnuna yumruqla zərbə endirib.

    Zərərçəkmiş qadın baş verənlərlə bağlı polisə müraciət edib. Məhkəmə qərarına əsasən, Əbülfəz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilinib. O, istintaq dövründə həbsdə saxlandığı 2 gün çıxılmaqla, ümumilikdə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarət altında saxlanılacaq.

  • Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılıb xəsarət aldı

    Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalıb.

    Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

    Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

  • В Армении инициировали импичмент Пашиняна

    Объединенная национальная конституционная партия (ОНКП) Армении начала процедуру выражения вотума недоверия премьер-министру страны Николу Пашиняну.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщил председатель партии Овик Агазарян на своей странице в Facebook.

    “Уполномочен заявить, что мы инициируем процедуру выражения вотума недоверия (импичмента) премьер-министру Армении Николу Пашиняну”, – написал он.

    По словам Агазаряна, имя кандидата на пост нового главы правительства будет объявлено 20 мая.

  • Müxalifət Paşinyana qarşı impiçment proseduruna start verdi

    Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi proseduruna (impiçment) başlayıb.

    Bu barədə partiyanın sədri Hovik Ağazaryan özünün “Facebook” hesabında məlumat verib.

    Onun sözlərinə görə, yeni hökumət başçısı postuna namizədin adı mayın 20-də açıqlanacaq.

  • Marneulidə torpaq uçqunu olub, ölən və yaralanan var

    Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.

    “Report”un Gürcüstan bürosu “24News.ge” portalına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Marneuli şəhərinin Çavçavadze küçəsində baş verib.

    Belə ki, “China Group” şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qəfil torpaq sürüşməsi nəticəsində torpaq altında qalıb. Nəticədə işçilərdən biri hadisə yerində həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, hər iki zərərçəkən Marneulinin Candar qəsəbəsinin sakinləridir.

    Faktla bağlı araşdırma aparılır.