Month: May 2025

  • В Баку скончался рабочий, упав со второго этажа

    В Баку скончался мужчина, упав со второго этажа.

    Как сообщает Report, вчера около 21:00 в “Аг шехере” на улице Яшыл ада, дом 21, рабочий, житель Кюрдамирского района Эльман Умудов (1960 г.р.) упал со второго этажа и скончался на месте.

    По факту проводится расследование.

  • Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

    Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ötən gün saat 21 radələrində Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə, Kürdəmir rayon sakini, 1960-cı il təvəllüdlü Elman Umudov 2-ci mərtəbədən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Лейла Алиева и Арзу Алиева посетили Национальный центр онкологии – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева и руководитель Baku Media Center Арзу Алиева посетили Национальный центр онкологии.

    Соответствующей публикацией Лейла Алиева поделилась на своей официальной Instagram-странице.

  • Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzinə baş çəkiblər – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologiya Mərkəzinə baş çəkiblər.

    L.Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Часть улицы Сулеймана Везирова в Баку реконструируется – ВИДЕО

    Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА) проводит работы по реконструкции на участке улицы Сулеймана Везирова (от пересечения с улицей Хагани Рустамова до проспекта Бабека) в рамках дорожных инфраструктурных проектов “Аг шехер”.

    Как сообщает Median.Az со ссылкой на ГААДА, протяженность реконструируемого участка улицы составляет 1 100 м, ширина проезжей части – 14 м.

    В ходе работ уже проведено фрезерование дорожного полотна. Для удобства и безопасности пешеходов ремонтируются существующие тротуары и строятся новые там, где это необходимо. Вдоль улицы возводятся новые пешеходные дорожки шириной 5 м, покрываемые декоративной плиткой (таметом). Кроме того, для комфортной и безопасной парковки автотранспорта создаются специальные парковочные места шириной 2.5 м.

    В соответствии с требованиями “Строительных норм и правил” будет уложено новое асфальтобетонное покрытие, установлены светофоры и сигнальные столбы для организации удобного и безопасного движения автотранспорта, размещены необходимые дорожные знаки, нанесена дорожная разметка, указатели и пешеходные переходы. В ближайшее время обновленный участок улицы в современном облике будет сдан в эксплуатацию для жителей города.

  • Bakının Süleyman Vəzirov küçəsinin bir hissəsi yenidən qurulur – VİDEO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) yenidənqurma işləri aparır.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, uzunluğu 1100 metr təşkil edən sözügedən küçənin hərəkət hissəsinin eni 14 metrdir.

    Yenidənqurma işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi icra olunur, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılır. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılır.

    “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması, zəruri yerlərdə yol nişanlarının qoyulması, yolcizgi, yolgöstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözügedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

  • Keçmiş sevgilini unutmaq nə qədər vaxt aparır? – ARAŞDIRMA

    Keçmiş sevgilini unutmaq səkkiz il vaxt aparır.

    Bu barədə “Social Psychological and Personality Science” nəşrində dərc edilmiş araşdırmada qeyd olunur.

    İnsanın keçmiş sevgilisinə olan bağlılıqdan tamamilə vaz keçməsi üçün nə qədər vaxt tələb olunduğunu öyrənmək məqsədilə aparılan araşdırmaya 300-dən çox insan cəlb edilib.

    Tədqiqatın nəticələrinə görə, iştirakçıların keçmiş sevgililərinə bağlılığı orta hesabla 4.18 ildən sonra iki dəfə azalır. Başqa sözlə, keçmiş sevgilini tamamilə unutmaq təxminən səkkiz il çəkə bilər.

    Əksər hallarda bu səkkizillik müddət əsasən iki amillə bağlı olur: bağlılıq tərzi və keçmiş sevgili ilə davamlı ünsiyyət.

  • Впервые в азербайджанском футболе: в мужскую команду назначена тренер-женщина

    Вышедший в Первую лигу футбольный клуб “Шимал” с нового сезона будет тренировать Заур Рамазанов.

    Как сообщает sport1.az, в тренерский штаб представителя Хачмаза войдет и Зульфия Байрамова. Она станет тренером вратарей команды.

    Напомним, что Зульфия Байрамова окончила курсы тренеров вратарей АФФА. Она также продолжает свою футбольную карьеру в Baku Xuniyors.

  • Azərbaycan futbolunda ilk: Kişilərin komandasına qadın məşqçi təyin olundu

    Futbol üzrə I Liqaya vəsiqə qazanan “Şimal” klubunu yeni mövsümdən etibarən Zaur Ramazanov çalışdıracaq.

    Median.Az Sport1.az-a istinadən xəbər verir ki, eyni zamanda, mütəxəssisin köməkçilərindən biri bəlli olub.

    Xaçmaz təmsilçisinin məşqçilər korpusunda Zülfiyyə Bayramova da yer alacaq. O, komandanın qapıçılar üzrə məşqçisi olacaq.

    Xatırladaq ki, Zülfiyyə Bayramova AFFA-ın qapıçı məşqçisi kurslarını bitirib. O həm də “Baku Xuniors” komandasında futbolçu karyerasını davam etdirir.

  • Evdən qaçmış yeniyetmələr təhsilə cəlb olunacaqlar

    “Maştağada itkin düşüb, sonra bizim sığınacağa yerləşdirilən iki qızın təhsilə cəlb olunması ilə bağlı tədbir görülür”.

    Median.Az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

    O bildirib ki, hər iki yeniyetmə reabilitasiyaya uyğunlaşır: “Hər şey qaydasındadır, hazırda qızlarla bağlı tibbi müayinə, psixoloji konsultasiya aparılır, reabilitasiya davam etdirilir. Onların ailələri ilə görüşü də təşkil olunur. Həmçinin qızların təhsil ala bilməsi istiqamətində ciddi iş aparırıq”.

    K.Ağazadənin sözlərinə görə, qızların gələcək planları yalnız təhsillə bağlıdır: “Qızlar sığınacaqda qalmaq, burada təhsillərini davam etdirmək, bir müddətdən sonra evə qayıtmağı düşünürlər. İndi onların fikirləri təhsil almağa hədəflənib. Qızların ikisi də doqquzuncu sinfə qədər oxuyublar. Müəyyən məsələlərə görə təhsilləri yarımçıq qalıb. Onlar ya peşə məktəbində, ya da kollecdə təhsil ala bilərlər. Biz də bu istiqamətdə işimizi davam etdiririk”.

    Xatırladaq ki, aprelin 16-da saat 20 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

    Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

    Polisə müqavimət ittihamı ilə Ramiz Umudovun barəsində olan iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

    Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, o, 10 gün müddətinə həbs edilib.