Month: May 2025

  • BU GÜN / 13:16 34 Binəqədidə sahibkarın evinə silahlı basqında təqsirləndirilən şəxs hakim qarşısında

    Paytaxtda sahibkarın evinə silahlı basqın edərək quldurluqda təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

    Cinayət işi məhkəmə istintaqı üçün baxışa verilib və baxış iclası mayın 8-nə təyin edilib.

    Qeyd edək ki, ötən il sentyabrın 9-da sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun Binəqədi rayonunda yerləşən mənzilinə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb ediblər.

    Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102” Xidməti-Zəng Mərkəzinə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib.

    Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.

    Hadisə ilə əlaqədar Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan bir ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair əşyalar maddi sübut qismində götürülüb.

    Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

    Orxan Abdullayevə Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd), 144.2.3-cü (Adam oğurluğu – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə); 29, 144.2.4-cü (Adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 29, 144.2.5-ci (Adam oğurluğu – silahdan, yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 29, 144.2.6-cı (Adam oğurluğu – tamah məqsədilə və ya sifarişlə törədildikdə), 181.4-cü ( Quldurluq – xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 228.2.1-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə – qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.
    (oxu.az)

  • В Баку продолжается судебное разбирательство по уголовному делу Рубена Варданяна

    В Бакинском военном суде продолжается судебное разбирательство по уголовному делу Рубена Варданяна, обвиняемого по таким статьям Уголовного кодекса Азербайджанской Республики, как применение пыток, наемничество, нарушение законов и обычаев ведения войны, терроризм, финансирование терроризма и другие тяжкие преступления.

    Судебное заседание проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, Рубену Варданяну предъявлены обвинения в совершении деяний, предусмотренных статьей 100 (планирование, подготовка, развязывание или ведение агрессивной войны), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 112 (лишение свободы в нарушение норм международного права), 113 (применение пыток), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 214 (терроризм), 214-1 (финансирование терроризма) УК АР.

    Кроме того, он обвиняется в совершении деяний, предусмотренных статьями 218 (организация преступного сообщества (преступной организации), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (деяния, создающие угрозу авиационной безопасности), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп), 318 (незаконное пересечение государственной границы Азербайджанской Республики) УК АР.

  • Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam edir

    Müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

    Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

    Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Президент Азербайджана Ильхам Алиев принял премьер-министра Беларуси Александра Турчина – ФОТО

    6 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял премьер-министра Республики Беларусь Александра Турчина.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • Prezident İlham Əliyev Belarusun baş nazirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələrimiz arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini deyib.

    Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

    Aleksandr Turçin, ilk növbədə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

    İlk dəfə Bakıya səfər etdiyini deyən Belarusun baş naziri paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

    Görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda, Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycanda lift, məişət texnikası, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, südçülük, ətçilik və quşçuluq üzrə birgə istehsal sahələrinin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Hökumətlərarası komissiyaya qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.

    Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirakı məmnunluqla qeyd edilib. Belarusun baş naziri ölkəmizə səfəri çərçivəsində azad edilmiş ərazilərə gedəcəyini və vəziyyətlə yerində tanış olacağını bildirib.

    Görüşdə ölkələrimiz arasında şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub.

    Dövlətimizin başçısı 2026-cı ildə Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, Belarusu da bu tədbirdə yaxından iştiraka dəvət edib.

    Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • 11 мая 7 000 девятиклассников будут сдавать экзамены

    Государственный экзаменационный центр Азербайджана проведет очередные экзамены для выпускников 9 классов

    11 мая Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана проведет очередные экзамены для учащихся, завершающих 9-летнее общее среднее образование. Тестирования пройдут в 13 городах и районах страны, в них примут участие 7 282 человека, сообщает Median.Az со ссылкой на информацию ГЭЦ.

    11 мая будут организованы следующие экзамены:

    1. Вступительный экзамен в средние специальные учебные заведения для выпускников прошлых лет.

    2. Дополнительный экзамен по иностранному языку для выпускников текущего года, желающих сдавать язык, отличный от того, который они сдавали на выпускном экзамене.

    3. Дополнительный экзамен по языку обучения для выпускников текущего года, желающих сдавать язык, отличный от того, на котором они обучались в школе.

    4. Выпускной экзамен для девятиклассников-выпускников текущего года, которые по разным причинам не смогли принять участие в апрельских выпускных экзаменах и обратились в ГЭЦ.

    5. Выпускной экзамен для лиц, желающих пройти итоговую аттестацию за 9-й класс экстерном.

    6. Выпускной экзамен для выпускников 9-х классов прошлых лет, которые по разным причинам не смогли принять участие в выпускных экзаменах и обратились в ГЭЦ.

    Участники экзаменов могут распечатать “Пропуск на экзамен” с сайта ГЭЦ. Экзамены начинаются в 10:00. Режим допуска завершается за 15 минут до начала – в 09:45. Опоздавшие участники в экзаменационное здание не допускаются.

    Для удобства участников установлены разные временные интервалы прибытия в экзаменационные центры, которые указаны в пропусках. Рекомендуется приходить в указанное время.

    Абитуриенты (школьники) должны принести на экзамен следующие документы:

    – пропуск на экзамен;

    – оригинал документа, удостоверяющего личность (удостоверение личности для граждан Азербайджана, разрешение на временное проживание для иностранцев и лиц без гражданства, удостоверение беженца для беженцев);

    – справку с фотографией, заверенную учебным заведением (для лиц, не имеющих фото в удостоверении личности)

    В экзаменах примут участие 27 школьников с ограниченными возможностями здоровья (незрячие, с ДЦП, нарушениями слуха и др.). Для комфортной сдачи ими экзаменов выделены специальные аудитории, а незрячим участникам с 81-100% потерей зрения назначены персональные ассистенты.

    Всего для проведения экзаменов привлечены 34 главных экзаменационных руководителя, 92 руководителя экзаменов, 700 наблюдателей, 96 сотрудников пропускного режима и 34 представителя зданий.

    Экзамены пройдут в городах Баку, Шеки, Лянкяран, Гянджа, Сумгайыт, Мингячевир, Ширван, в Абшеронском, Шамкирском, Бардинском, Гёйчайском, Губинском районах и в Нахчыванской АР.

  • Yeddi mindən çox şagird imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

    Bu barədə DİM-dən məlumat verilib.

    Bildirilib ki, imtahanlar 13 şəhər və rayonda təşkil olunur. İmtahanlarda 7 282 nəfərin iştirakı nəzərdə tutulur.

    DİM tərəfindən 2025-ci il mayın 11-də:

    1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

    2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

    3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

    4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

    5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

    6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

    İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

    İmtahanlar saat 10:00-da başlanır.

    İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahanda 27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin ediliblər.

    Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimi əməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.

    İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

  • Назначен министр экономики Нахчыванской Автономной Республики

    Кязым Гусейналиев назначен новым министром экономики Нахчыванской Автономной Республики (НАР).

    Как сообщает Report, соответствующее распоряжение подписал первый заместитель председателя Верховного Меджлиса НАР Бахтияр Мамедов.

  • Naxçıvana yeni iqtisadiyyat naziri TƏYİN EDİLDİ

    Naxçıvan Muxtar Respublikasına (MR) yeni iqtisadiyyat naziri təyin olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazım Hüseynəliyevin muxtar respublikanın iqtisadiyyat naziri təyin olunması haqqında qərar qəbul edilib.

  • Rüşvətdə təqsirləndirilən sabiq hakimin şikayəti rədd edildi

    Gəncə Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

    Prosesdə şikayət araşdırılsa da, təmin olunmayıb.

    Qeyd edək ki, keçmiş hakim Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

    İş üzrə toplanmış ilkin sübutlar əsasında E.Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

    O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
    //oxu.az