Month: May 2025

  • Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri mayın 29-da başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Baş nazir Məhəmməd Şahbaz Şərifi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

  • ВС РФ взяли под контроль сразу 3 населенных пункта

    Российские войска за минувшие сутки взяли под контроль населенные пункты Строевка в Харьковской области, а также Гнатовку и Шевченко Первое в Донецкой области.

    Об этом сообщили в Минобороны России.

  • Rusiya ordusu eyni vaxtda üç yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarət altına alıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Xarkov vilayətinin Stroyevka, eləcə də Donetsk vilayətinin Qnatovka və Şevçenko Pervoye yaşayış məntəqələri nəzarətə götürülüb.

  • В Агдаме жестоко избили чемпиона мира

    В Агдаме чемпиона мира избили несколько человек.

    Инцидент произошел в селе Гызыл Кенгерли района.

    Чемпион мира по карате, чемпион города Гянджа по борьбе и призер чемпионата Европы Талех Мамедов припарковал машину во дворе одной из компаний в сельской местности. Между начальником склада и чемпионом мира возник спор, в результате которого некий Рухиль внезапно ударил Талеха и повалил его на землю. Затем на место происшествия прибыл директор компании по имени Салех, который нанес удары Мамедову лопатой и дубинкой, не дав последнему подняться. Другие сотрудники компании также пришли на помощь директору и начальнику склада и избили чемпиона мира дубинками и лопатами.

    По данному факту было возбуждено уголовное дело, дело направлено в суд.

    Решением суда Рухиль был приговорен к исправительным работам сроком на один год с удержанием в доход государства 20% заработка.
    //oxu.az

  • Ağdamda dünya çempionu amansızlıqla döyüldü

    Ağdamda dünya çempionu bir neçə nəfər tərəfindən döyülüb.

    Hadisə rayonun Qızılı Kəngərli kəndində baş verib. Karate üzrə dünya çempionu, güləş üzrə Gəncə şəhər çempionu və Avropa üçüncüsü Taleh Məmmədov kənd ərazisindəki şirkətlərdən birinin həyətində maşın saxlayarkən şirkətin anbar müdiri Ruhil adlı şəxs ona avtomobili həyətdən çıxarmağı tələb edib. Anbar rəisi ilə dünya çempionu arasında mübahisə yaranıb və nəticədə, Ruhil Taleh Məmmədovu qəfil vuraraq yerə yıxıb. Daha sonra şirkətin Saleh adlı direktoru hadisə yerinə gələrək yerdən götürdüyü bel və dəyənəklə Talehə zərbələr endirərək onun qalxmasına mane olub. Şirkətin digər işçiləri də direktor və anbar rəisinə köməyə gələrək dünya çempionunu dəyənək, bel və təpik zərbələri ilə döyüblər.

    Faktla bağlı cinayət işi başlayıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə Ruhil qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.
    //oxu.az

  • Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

    Mayın 29-da saat 10:10-da Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Xudaverdi Həsən oğlu Sadıqov ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

    Median.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.

  • İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulandı, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi.

    Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olundu.

    Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirildi.

    Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

  • Binəqədidə açıq sahədə yanğın başlayıb

    Binəqədi rayonunda açıq sahədə yanğın başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində açıq sahədə yanğın hadisəsi baş verib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası cəlb olunub.

    Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür. Hazırda ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

  • Yol polisi körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət edib

    “Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də azyaşlıları avtomobilin ön oturacağında daşıyan, hərəkət zamanı onları nəzarətsiz qoyan, yaxud qucağında körpə uşaqla avtomobil idarə edən sürücülərə rast gəlinir”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, belə sürücülər ekstremal vəziyyətlərdə aciz qalacaqlarını bildikləri halda, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını sanki unudurlar:

    “Qanun isə tələb edir ki, minik avtomobillərində uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları ön oturacaqda, habelə 3 yaşınadək uşaqları onların yanında bir nəfər böyük müşayiətçi olmadıqda arxa oturacaqda daşımaq qadağandır və belə hallar inzibati məsuliyyət yaradır”.

    Baş Dövlət Yol Polisi İdarəsi sadalanan qaydaların gələcəyimiz olan uşaqların təhlükəsizliyinə hesablandığını bir daha xatırladır və həmin tələbləri pozmaqla bədbəxt hadisələrə rəvac verən sürücüləri yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır.

  • Kartlardan oğurluq kəskin azaldı

    Mayın 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 340, 100, 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

    “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.