Month: May 2025

  • Bakıda avtomobil işıq dirəyinə çırpılıb, sürücü ölüb

    Bakıda avtomobil işıq dirəyinə çırpılıb.

    Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2072 ünvanının qarşısında qeydə alınıb.

    Babaşzadə Elvin Razi oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə yolayrıcında işıq dirəyinə çırpılıb.

    Nəticədə sürücü hadisə yerində ölmüş, avtomaşında olan sərnişin Mövsümlu Nurlan Səfa oğlu isə müxtəlif ağır bədən xəsarətləri ilə “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsinə yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Минобороны Британии потратит $1,35 млрд на ИИ и подразделения хакеров

    Британское правительство потратит более £1 млрд ($1,35 млрд) на внедрение искусственного интеллекта и создание групп по совершению кибератак для противодействия деятельности враждебных государств.

    Об этом сообщила газета The Daily Telegraph со ссылкой на министра обороны Соединенного Королевства Джона Хили.

    По его словам, “клавиатуры превратились в средство ведения войны”, поэтому задействование подобных технологий и подразделений задаст “новые стандарты” в обороне.

    По данным газеты, новая политика в этой сфере будет прописана в проводимом правительством комплексном обзоре вопросов безопасности, обороны и внешней политики Соединенного Королевства. Он должен быть опубликован 2 июня.

    Издание пишет, что за последние два года Минобороны королевства подверглось около 90 тыс. кибератак, что в два раза больше по сравнению с данными, опубликованными в 2023 году. The Daily Telegraph отмечает, что атаки производились с территории России и Китая.

  • Britaniya Müdafiə Nazirliyi süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək

    Britaniya hökuməti süni intellektin tətbiqi və düşmən dövlətlərin fəaliyyətinə qarşı mübarizə aparmaq üçün kiberhücumlar həyata keçirən qrupların yaradılmasına 1 milyard funt sterlinq (1,35 milyard ABŞ dolları) məbləğində vəsait xərcləyəcək.

    Bu barədə “The Daily Telegraph” qəzeti Birləşmiş Krallığın müdafiə naziri Con Hiliyə istinadən məlumat yayıb.

    Onun sözlərinə görə, “klaviaturalar müharibə vasitəsinə çevrilib”, buna görə də belə texnologiyaların və bölmələrin istifadəsi müdafiədə “yeni standartlar” təyin edəcək.

    Qəzetin məlumatına görə, bu sahədə yeni siyasət hökumət tərəfindən aparılan Birləşmiş Krallığın təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri üzrə hərtərəfli icmalında əks olunacaq. Bu sənəd iyunun 2-də dərc edilməlidir.

    Nəşr yazıb ki, son iki il ərzində krallığın Müdafiə Nazirliyi təxminən 90 min kiberhücuma məruz qalıb ki, bu da 2023-cü ildə dərc edilmiş məlumatlarla müqayisədə iki dəfə çoxdur. “The Daily Telegraph” qeyd edib ki, hücumlar Rusiya və Çin ərazisindən gerçəkləşdirilib.

  • Sadır Japarov İlham Əliyevi təbrik edib

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Qırğız Respublikası xalqının adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

    Sevindirici haldır ki, müstəqil Azərbaycan böyük uğurlar qazanıb, daxili və xarici məsələləri səmərəli şəkildə həll edərək bu gün yüksək mövqe tutur, beynəlxalq arenada böyük nüfuza malikdir.

    Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq sıx dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Qəti əminəm ki, dövlətlərimiz arasında əməkdaşlıq iki qardaş xalqın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”.

  • ГПС уничтожила 395 кг конфискованных наркотиков

    29 мая при участии членов комиссии, состоящей из рабочей группы Государственной комиссии по борьбе с наркоманией и незаконным оборотом наркотиков и сотрудников государственных органов, был осуществлен процесс уничтожения изъятых различных видов наркотических средств, психотропных веществ и их прекурсоров.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Государственной пограничной службой (ГПС) Азербайджана.

    В ходе мероприятия членам комиссии было представлено для уничтожения 395 кг 423.77 г различных наркотических средств, 10 825 единиц и 810 мл наркосодержащего препарата Метадон М-40, а также 4 061 единица сильнодействующих веществ, изъятых из незаконного оборота ГПС на основании 32 постановлений судов.

  • DSX tərəfindən müsadirə olunan 395 kiloqram narkotik məhv edildi

    May ayının 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 32 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 395 kiloqram 423.77 qram müxtəlif xassəli narkotik vasitə, 10825 ədəd və 810 ml narkotik tərkibli Metadon M-40, 4061 ədəd güclü təsiredici maddə məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

  • Aybəniz Haşımovanın qardaşına – Hökm oxundu (FOTO)

    Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib.

    O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.

    Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan ana məhkəmədə təsirli ifadə verib: “Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar. İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək. Ay tamam olsa da, bir nəticə olmadı. Çox təəssüf”.

    Digər bir zərərçəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub: “Dedilər belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, bir az yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim. Bu müddətdə ona 13 min manat pul vermişəm. Axırda gördüm ağrılar daha da şiddətlənir, aldandığımı bildim”.

    Həşimov məhkəmədə özünü təqsirli bilməyib. O, heç vaxt insanları aldatmaq niyyətinin olmadığını deyib: “Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm. Azərbaycanda da qeydiyyatda olmuşam, VÖEN-im var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim”.

    Quba Rayon Məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilib. Ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.

    Qeyd edək ki, Şaiq Həşimov Əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.

  • “Telegram” və “xAI” birləşir: Durov və Mask açıqlama verdilər

    “Telegram” mesencerinin təsisçisi Pavel Durov, İlon Maskın sahibi olduğu “xAI” startapı ilə tərəfdaşlıq barədə prinsipial razılaşmanın əldə olunduğunu, lakin hələlik rəsmi müqavilənin imzalanmadığını bildirib.

    Bu barədə o özünün “X” sosial şəbəkə hesabında Maskın paylaşımına cavab olaraq bildirib.

    “Bəli, prinsipial razılıq var, amma formal prosedurlar hələ yekunlaşmayıb”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, bir gün əvvəl Durov “Telegram” mesenceri və İlon Maska məxsus “xAI” startapının bir illik tərəfdaşlıq barədə razılığa gəldiklərini elan edib. Onun sözlərinə görə, tərəfdaşlıq çərçivəsində “xAI”nin süni intellekt əsaslı “Grok” adlı çat-botu bir il ərzində “Telegram” istifadəçiləri üçün əlçatan olacaq. Razılaşma baş tutarsa, “Telegram” “xAI”dən 300 milyon dollar dəyərində vəsait – həm nağd pul, həm də səhmlər şəklində alacaq. Bundan əlavə, “Telegram”, “xAI”nin “Telegram” üzərindən əldə etdiyi abunə gəlirlərinin 50 faizini əldə edəcək.

    İlon Mask isə öz “X” hesabında çıxış edərək bildirib ki, heç bir rəsmi razılaşma imzalanmayıb.

  • Ticarət mərkəzinin müdiri olmaq istədi: Qızı evindən oldu

    Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş Cavid Şirəliyevin dələduzluğu ilə bağlı cinayət işinin məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.

    İbtidai istintaq zamanı məlum olub ki, Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş, Masallı rayon Ərkivan qəsəbə sakini Cavid Şirəliyev həmyerlisi, Rusiya vətəndaşı Ağağül Nəsirovun Masallıda fəaliyyət göstərən bazarda tikilməkdə olan “Sərfəli” ticarət mərkəzinə müdir təyin etmək adı ilə onun 83 min manatını mənimsəyərək dələduzluq etməkdə təqsirləndirilir.

    İlkin olaraq prosesdə zərərçəkən sərbəst ifadə üçün söz verilib. Agağül Nəsirov ifadəsi zamanı Cavid Şirəliyevi digər bir ortaq dostu vasitəsilə tanıdığını deyib:

    “Dostumun vasitəsilə Cavidi tanımışam. Bir yerdə görüşüb söhbət edərkən mənim Rusiya vətəndaşı olmağımı bildi. Görüş zamanı daim o fantastik bir imkana sahib olduğunu vurğulayırdı. Elə bir təsəvvür yaratmışdı ki, bunun 100 min manatlarla pulu müxtəlif yerlərdə dövriyyədədir. Bazarda yeni tikilən ticarət mərkəzinə yeni müdir lazım olduğunu dedi. Buna görə də, ilkin olaraq 60 min manat lazım olduğunu dedi”.

    Cavid Şirəliyevin bu vədləri Agağül Nəsirovu şirnikləndirə bilib. O, Bakının Binə qəsəbəsində qızına məxsus üçotaqlı mənzilini satışa qoyur.

    “Evi 73 min manata satdıq, pulu alanda bu da mənim yanımda idi. Onun maşınında idik. Həmin puldan 5 min manatı mənə verib 68 min manatı götürdü bazar məsələsinə görə”.

    Agağül Nəsirovun ifadəsindən məlum olub ki, o, ayrı-ayrı vaxtlarda Cavid Şirəliyevə ümumilikdə 83 min manat pul versə də, ticarət mərkəzi fəaliyyətə başlamamış yanaraq yararsız vəziyyətə düşüb.

    Pulunu ondan geri istədikdə isə Cavid Şirəliyev ödəməkdən imtina edib.

    Qeyd edək ki, tərəflər arasında sövdələşmələr Nərimanov rayonunun ərazisində aparıldığı üçün cinayət işınin istintaqı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılaraq məhkəməyə göndərilib. Cavid Şirəliyev barəsində CM-nin 178.2.3 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Завершился визит премьер-министра Пакистана в Азербайджан

    29 мая завершился визит в Азербайджан премьер-министра Пакистана Мухаммада Шахбаза Шарифа.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Лачын в честь высокого гостя был выстроен почетный караул.

    Шахбаза Шарифа провожали заместитель министра иностранных дел Азербайджана Эльнур Мамедов и другие официальные лица.