Month: May 2025

  • TikTok-da yeni fırıldaqçılıq ÜSULU: DİQQƏT!

    TikTok istifadəçiləri süni intellekt vasitəsilə yaradılmış yeni bir kibercinayətkarlıq dalğasının hədəfinə çevriliblər. “Pulsuz proqram təminatı hack-ləri” vəd edən saxta videolar istifadəçiləri şəxsi məlumatların oğurlanmasına səbəb ola biləcək zərərli proqramlarla qarşı-qarşıya qoyur.

    Median.Az xəbər verir ki, Techedt platformasının yaydığı məlumata görə, bu qısa və diqqətçəkici videolarda Microsoft Office, Windows, Spotify və CapCut kimi populyar proqramların pullu funksiyalarını pulsuz əldə etməyin yolları göstərilir. Lakin bu videolarda təqdim olunan PowerShell komandaları əslində “Vidar” və “StealC” adlı zərərli proqramları istifadəçilərin kompüterlərinə yükləyir.

    Bu zərərli proqramlar təkcə kompüter sisteminə deyil, həm də istifadəçinin rəqəmsal həyatına giriş imkanı əldə edir. Şifrlər, sessiya məlumatları, bank kartı bilgiləri, brauzer tarixçəsi, ekran görüntüləri və kukilər bu proqramlar vasitəsilə ələ keçirilə bilər. Xüsusilə kriptovalyutaya yatırım edən şəxslər üçün risk daha böyüktür. Bu proqramlar həmçinin kriptocüzdan məlumatlarını və iki faktorlu identifikasiya kodlarını da ələ keçirə bilir.

    Trend Micro tədqiqatçılarının sözlərinə görə, bu videolar süni intellektlə yaradılmış vizual və səsləndirmələrlə avtomatik şəkildə hazırlanır. Eyni məzmunun müxtəlif versiyaları TikTok alqoritmləri vasitəsilə geniş kütləyə yayılır. Məsələn, bir saxta video 500 mindən çox baxış və 20 mindən çox bəyənmə toplayıb. Bu da təhlükənin nə qədər ciddi olduğunu göstərir.

    Əvvəllər bu tip fırıldaqlar istifadəçiləri saxta keçidlər vasitəsilə zərərli faylları yükləməyə sövq edirdi. İndi isə videoda birbaşa təqdim olunan komandanın istifadəçi tərəfindən işlədilməsi istənilir. Bu metod təhlükəsizlik sistemlərindən yayınmağı daha da asanlaşdırır.

    Necə qorunmaq olar?

    Kibertəhlükəsizlik mütəxəssisləri TikTok videolarında yer alan bu tövsiyələrə qarşı ehtiyatlı olmağı tövsiyə edir:

    Tanımadığınız TikTok videolarında göstərilən PowerShell komandalarını əsla işlətməyin.

    Yalnız rəsmi proqram təminatı mənbələrindən və tanınmış dəstək kanallarından istifadə edin.

    “Pulsuz hack” vədlərinə qarşı şübhə ilə yanaşın.

    Əgər bir məzmun həddindən artıq cazibədardırsa, çox güman ki, fırıldaqdır.

    Kibertəhlükəsizlik üzrə ekspert Kody Barrou (Cody Barrow) dərin saxtalaşdırmalara qarşı istifadəçilərin məzmunu tanımaqda daha diqqətli və şüurlu olması lazım olduğunu bildirir.

    TikTok-da təhlükəsiz qalmaq üçün diqqətli olun – rəqəmsal kimliyiniz bir neçə kliklə oğurlana bilər.//baku.ws

  • Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi

    Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    “28 may 1918-cı ildə Azərbaycan müstəqilliyini əldə etməklə Şərqin ilk demokratik respublikasını qurdu. Bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd etməyə çox şadam. Müstəqilliyiniz əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz”, – səfir yazıb.

  • Çaylarda sululuq artıb

    Azərbaycanda çaylarda sululuq artıb.

    Bu barədə Milli Hidrometeologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 28-i saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 16 sm, Katexçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Kürəkçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 5 sm, Oxçuçay, Quruçayda 3 sm, Həkəriçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 17 sm, Kür-Surrada isə 5 sm artım qeydə alınıb.

  • Özbəkistan XİN Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik etdi

    Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik edib.

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    “Azərbaycan Respublikasındakı bütün dostlarımızı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!”, – paylaşımda qeyd olunub.

  • Messi və Suares futbol klubu təsis ediblər

    “İnter Mayami” klubunun futbolçuları – səkkizqat “Qızıl top” sahibi Lionel Messi və İspaniya çempionluğunu beş dəfə qazanmış uruqvaylı Luis Suares – öz futbol klublarını yaratdıqlarını elan ediblər.

    Bu barədə Suares “X” hesabında paylaşım edib.

    Yeni yaradılmış komanda “Deportivo LSM” adlanır və Uruqvay çempionatının güc baxımından dördüncü divizionunda çıxış edəcək.

    “LSM” futbolçuların adlarının baş hərflərini ifadə edir.

  • Национальную библиотеку Беларуси окрасили в триколор Азербайджана по случаю праздника 28 Мая – Видео

    Национальная библиотека Беларуси в Минске в ночь с 27 по 28 мая была окрашена в цвета флага Азербайджана.

    Об этом сообщили в посольстве Беларуси в Азербайджане.

    Данная акция посвящена Дню независимости Азербайджана, который отмечается 28 мая.

  • Belarus Milli Kitabxanası üzərində Azərbaycan bayrağının rəngləri proyeksiya olunub – Video

    Minskdə Belarus Milli Kitabxanası üzərində mayın 27-dən 28-nə keçən gecə Azərbaycan bayrağının rəngləri proyeksiya olunub.

    Bu barədə Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Bu aksiya Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

  • Ağsu Rayon İcra Hakimiyyətinin internet xəttini oğurlamaq istəyən şəxs həbs edilib

    Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik internet xətti oğurlanıb.

    Hadisə Ağsu şəhəri, Niyazi Tağızadə küçəsində baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Anar Kərimli rayon icra hakimiyyətinin inzibati binasına gedən optik internet kabellərini oğurlayıb satmaq qərarına gəlib. O, buna görə özünə dostlarından birini də köməkçi götürüb. A.Kərimli xüsusi kəsici avadanlıqla həmin əraziyə gələrək Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik xətti kəsib. Kabeli oğurlayan zaman icra hakimiyyətinin gözətçiləri ilə rastlaşdığından əməllərini sona çatdıra bilməyib, ərazidən qaçıblar.

    A.Kərimli Ağsu Rayon Polis Şöbəsinə dəvət olunsa da, polisə tabesizlik göstərib.

    İş məhkəməyə göndərilib və A.Kərimli 15 sutka həbs edilib.
    //oxu.az

  • Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

    Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin ((DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

    Verilən məlumata görə, onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq bir ədəd qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Прогноз погоды в Азербайджане на 29.05.2025

    29 мая в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, преимущественно без осадков, в ночь с 28 на 29 мая в некоторых частях полуострова возможен кратковременный дождь, будет дуть северо-восточный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха ночью в столице и на Абшероне составит 17-19, днем – 25-30 градусов тепла.

    Атмосферное давление снизится с 759 мм до 756 мм ртутного столба. Относительная влажность составит 40-60%.

    В регионах Азербайджана осадков преимущественно не ожидается, однако ночью и утром в некоторых горных районах возможны кратковременные ливни с грозами, град и туман, восточный ветер временами усилится.

    Температура воздуха ночью составит 16-21, днем – 28-33, в горах ночью – 8-13, днем – 15-20 градусов выше нуля.