Month: May 2025

  • Bakıda sərxoş kişi intihara cəhd etdi – HƏBS OLUNDU

    Bakıda içkili vəziyyətdə intihara cəhd edən şəxs polisə qarşı xuliqanlıq edib.

    Hadisə paytaxtın Sabunçu rayonu, metronun “Koroğlu” stansiyasının qarşısındakı körpüdə baş verib.

    Şəmkir rayonundan olan 1995-ci il təvəllüdlü Tamerlan Məmmədov sərxoş vəziyyətdə körpüyə çıxaraq özünü atmaq istədiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib və vətəndaşı fikrindən daşındırıblar.

    Polis bölməsinə aparılan Tamerlan tabesizlik göstərib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tamerlan 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Мехрибан Алиева поделилась публикацией по случаю Дня независимости – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией по случаю 28 Мая – Дня независимости.

    Median.Az представляет данный пост.

  • Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    M.Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    “Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycan dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!” – deyə paylaşımda bildirilib.

  • Prezident Laçın səfərindən görüntülər paylaşdı – VİDEO

    Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb.

    Prezident Laçın səfərindən görüntülər paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Əlcəzair Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

    Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə Zati-alinizin müdrik rəhbərliyi altında davamlı tərəqqi və rifah arzulamaqdan məmnunluq duyuram.

    Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd olunması son illərdə ikitərəfli əməkdaşlığımızın inkişafında müşahidə olunan müsbət dinamikadan məmnunluğumu ifadə etmək üçün gözəl fürsət yaradır. Əməkdaşlığın bütün sahələrdə xalqlarımızın ortaq maraqlarına xidmət məqsədilə daha da dərinləşdirilməsi naminə Sizinlə birgə fəaliyyətimizi davam etdirməyə tam hazır olduğumu bir daha bəyan edirəm.

    Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Övlad sahibi olmaq xoşbəxtlik səviyyəsinə necə təsir edir?

    Köln Universitetindən olan alimlər övlad sahibi olmağın daha yüksək həyat mənası hissi ilə əlaqəli olduğunu, lakin həyat məmnuniyyətini artırmadığını aşkar ediblər.

    Qaynarinfo xəbər verir ki, tədqiqat “Journal of Marriage and Family” (JMF) jurnalında dərc edilib.

    Tədqiqatçılar 30 Avropa ölkəsindən 43 min nəfərdən çox insanın məlumatlarını təhlil ediblər. Respondentlər Avropa Sosial Tədqiqatı çərçivəsində sorğulanıb: onlardan ümumi həyat məmnuniyyətini və həyatlarının nə dərəcədə dəyərli və mənalı olduğunu qiymətləndirmələri istənilib.

    “Təəssüf ki, valideynliklə bağlı debatlarda əsas diqqət xoşbəxtlik və məmnuniyyətə yönəldilib. Bizim araşdırmamız göstərir ki, övlad sahibi olmaq insanları avtomatik olaraq daha xoşbəxt etmir, lakin onların həyatlarını daha tez-tez mənalı və dəyərli hiss etmələrinə kömək edir”, deyə araşdırmanın həmmüəllifi, doktor Ansgar Hudde bildirib.

    Nəticələr göstərir ki, uşaqlarla həyat məmnuniyyətinin qavranması cinsiyyətə və sosial-iqtisadi vəziyyətə görə dəyişir. Məsələn, aşağı gəlir və təhsilə malik qadınlar, oxşar şəraitdə yaşayan, lakin uşağı olmayan qadınlarla müqayisədə, övlad sahibi olduqda həyatlarından daha az razıdırlar. Yüksək sosial statusa malik qadınlar və ümumilikdə kişilər üçün isə valideynlik və uşaqsızlıq arasında ciddi fərq müşahidə olunmur.

    Bununla belə, valideynlərin həyatlarının mənalı olduğunu hiss etmə səviyyəsi ölkədən və sosial statusdan asılı olmayaraq daha yüksəkdir. Respondentlərin əksəriyyətinə görə, övlad sahibi olmaq həyatın daha dəyərli və məzmunlu olmasına səbəb olur.

    Maraqlıdır ki, bu, hər zaman “xoşbəxtlikdən imtina qarşılığında daha çox məna” demək deyil. Məsələn, Şimali Avropa ölkələrində valideynlik həm yüksək həyat məmnuniyyəti, həm də dərin mənəvi hisslərlə əlaqələndirilir.

    Tədqiqat onu da göstərib ki, ilk uşağın doğulması ailədə həyat məmnuniyyətini müvəqqəti olaraq artırsa da, bu təsir tezliklə yox olur. Lakin mənalı həyat hissi valideynlərlə uzun müddət qalır.

    Alimlər bu istiqamətdə işlərini davam etdirirlər və valideynliyin həyatın müxtəlif mərhələlərində subyektiv rifaha necə təsir etdiyini daha dərindən araşdırırlar.

  • İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib

    27 may 2025-ci il tarixində İstanbul–Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

    Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır.

    Təyyarə yerli vaxtla saat 21:06-da Bakı hava limanına uğurla eniş edib.

    Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.

    Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya qovşağı kimi fövqəladə hallarda operativ cavab tədbirlərini dərhal həyata keçirərək, bütün zəruri texniki və logistik dəstəyi təmin edir. Aeroport, beynəlxalq standartlara əsasən, sərnişinlərin və uçuşların təhlükəsizliyini öz fəaliyyətinin mütləq prioriteti kimi müəyyənləşdirir.

  • Məhkəmə Hüseynlə bağlı qərar verdi

    Moskva Şəhər Məhkəməsi azərbaycanlı bloqer Hüseyn Həsənovla bağlı qərar verib.

    Bu haqda TASS məlumat yayıb.

    Belə ki, 170 milyon rubl (3,6 milyon manat) məbləğində vergi ödəməməkdə təqsirləndirilən Hüseyn Həsənovun qiyabi həbsi barədə qərar qüvvədə qalıb.

    Qeyd edək ki, çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu 7 ilə qədər həbs gözləyir.

    H. Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, ara-sıra Azərbaycana da gəlirdi.

    //Qafqazinfo

  • Azərbaycan millisinin futbolçusu Niderland klubuna transfer oldu

    Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubuna keçid edib.

    Klubun rəsmi saytında yayılan məlumata görə, 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, “Volendam” növbəti mövsümdə Niderland Erediviziyasında (ən yüksək futbol liqası) çıxış edəcək.

    Xatırladaq ki, Ozan Can Kökçünün son klubu Finlandiyanın HİK komandası olub.

  • В мэрии Еревана вновь проводятся обыски: есть задержанные

    Антикоррупционный комитет вновь проводит следственные действия в мэрии Еревана.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в пресс-службе ведомства.

    Отмечается, что в рамках оперативных мероприятий были задержаны несколько человек, включая двух бывших сотрудников муниципалитета. Подробности на данном этапе не разглашаются, уточняется лишь, что следственные действия осуществляются в рамках расследования по делу о коррупции.

    Напомним, что ранее антикоррупционный комитет возбудил уголовное дело, в рамках которого 20 мая были задержаны два сотрудника инспекционного органа по градостроительству, техническому и пожарному надзору, в том числе начальник столичного территориального отделения ведомства.