Month: May 2025

  • Biləsuvarda narkokuryerlikdə təqsirləndirilən şəxs həbs olunub

    Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb.

    Ondan ümumilikdə 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.

  • Азербайджан в 2024 году потратил 168 млн манатов на проведение этапа “Формулы-1” в Баку

    Бюджетные расходы на проведение в 2024 году Гран-при Азербайджана “Формулы-1” в Баку составили 168 млн манатов.

    Об этом сообщает Median.Az со ссылкой на законопроект “Об исполнении государственного бюджета на 2024 год”.

    Отметим, что Гран-при Азербайджана в 2024 году прошел в сентябре.

    Согласно документу, в прошлом году из госбюджета на проведение международных, национальных и др. мероприятия было выделено в общей сложности 195,9 млн манатов.

  • Azərbaycan ötən il “Formula 1”in keçirilməsinə 168 milyon manat xərcləyib

    2024-cü ildə Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi üçün 168 milyon manat xərclənib.

    Median.Az bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.

    Sənədə əsasən, ötən il ümumilikdə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat vəsait istifadə edilib.

  • Ötən il nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması üçün 7,7 milyon manat vəsait yönəldilib

    Xüsusi mühafizə olunan təbiət ərazilərində nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması məqsədilə 7,7 milyon manat vəsait yönəldilib.

    Bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb

    Qeyd edilib ki, hazırda ölkədə ümumi sahəsi 893 min hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərində ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, biomüxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması məqsədilə 7,7 milyon manat vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 0,5 milyon manat və ya 6,9 faiz çoxdur.

    Həmçinin hesabat dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən qızıl balıq, nərə balıq və çəkikimilər balıq növlərinin süni artırılması, təbii populyasiyasının bərpası və qorunması məqsədilə 1,3 milyon manat vəsait ayrılıb.
    //report

  • Захарова сообщила об открытии Азербайджанского театра в Дербенте после реконструкции

    Реконструкция Азербайджанского театра в дагестанском Дербенте подходит к завершению, он откроется в ближайшее время.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила официальный представитель МИД России Мария Захарова на брифинге в Махачкале.

    “Не могу не сказать о культурном многообразии народов Дагестана: фольклор, народные промыслы давно стали узнаваемым брендом. В республике функционируют 11 национальных театров. Вчера в Дербенте мы видели, как завершается реконструкция Азербайджанского театра – вот-вот должен уже открыться. Здесь издавна получили широкое развитие самые разные ремесла и художественная обработка металла, знаменитые кубачи, которые мы здесь имели счастье видеть в музее – опять же, в Дербенте, резьба по камню”, – сказала она.

  • Zaxarova Dərbənddəki Azərbaycan teatrının yenidənqurmadan sonra açılacağını bildirib

    Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan teatrının bərpası başa çatmaq üzrədir və tezliklə açılacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.

    “Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm: folklor, xalq sənəti çoxdan tanınan brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan teatrının bərpasının başa çatdığını gördük – o, artıq açılmaq üzrədir. Burada qədimdən müxtəlif sənətlər, bədii metalişləmə, daş üzərində oyma geniş inkişaf edib”, – o qeyd edib.

  • Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

    Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) vergi borcu var.

    Qaynarinfo xəbər verir ki, ABU-nun vergi borcu hazırda 26 507,15 manat təşkil edir.

    ABU 1997-ci ildən 2010-cu ilədək fəaliyyət göstərib. 2010-cu ildə universitetin fəaliyyəti dayandırılıb.

    ABU-nun rektoru olmuş Elşad Abdullayev hazırda ölkə xaricində yaşayır.

  • American Music Awards-2025: Qaliblərin adları açıqlandı

    ABŞ-ın ənənəvi illik musiqi mükafatı olan “American Music Awards” 27 may gecəsi Las Veqasda baş tutub.

    Qaynarinfo “The Independent” nəşrinə istinadla xəbər verir ki, gecənin əsas qalibi Billie Eilish olub. O, yeddi kateqoriyada qalib gəlməklə rekord qazanıb:

    “İlin artisti”,
    “İlin ən yaxşı albomu”,
    “İlin mahnısı”,
    “Ən sevilən qastrol ifaçısı”,
    “Ən yaxşı pop ifaçısı (qadın)”,
    “Ən yaxşı pop albom”
    “Ən yaxşı pop mahnı”.

    Qeyd olunmalıdır ki, uzun fasilədən sonra reper Eminem də iki nominasiyada qalib adını qazanıb:

    “Ən yaxşı hip-hop ifaçısı”
    “Ən yaxşı hip-hop albomu”.

    Məşhur müğənni Beyons isə bu dəfə kantri janrında uğur qazanaraq “Ən yaxşı kantri ifaçısı” və “Ən yaxşı kantri albomu” nominasiyalarında qalib gəlib.

    Builki mərasimdə xüsusi ICON Award — musiqi sənayesinə mədəni və qlobal təsirinə görə təqdim edilən mükafat — Janet Jacksona verilib.

    American Music Awards 2025 qaliblərinin tam siyahısı belədir:

    İlin artisti – Billie Eilish
    Ən yaxşı yeni ifaçı – Gracie Abrams
    İlin albomu – Billie Eilish HIT ME HARD AND SOFT
    İlin mahnısı – Billie Eilish Birds of a Feather
    İlin əməkdaşlığı – Lady Gaga & Bruno Mars Die With A Smile
    Ən yaxşı musiqi videosu – Lady Gaga & Bruno Mars Die With A Smile
    Ən sevilən qastrol ifaçısı – Billie Eilish
    Ən yaxşı pop ifaçısı (kişi) – Bruno Mars
    Ən yaxşı pop ifaçısı (qadın) – Billie Eilish
    Ən yaxşı pop albom – Billie Eilish HIT ME HARD AND SOFT
    Ən yaxşı pop mahnı – Billie Eilish Birds of a Feather
    Ən yaxşı hip-hop ifaçısı – Eminem
    Ən yaxşı hip-hop ifaçısı (qadın) – Megan Thee Stallion
    Ən yaxşı hip-hop albomu – Eminem The Death of Slim Shady (Coup De Grâce)
    Ən yaxşı hip-hop mahnı – Kendrick Lamar Not Like Us
    Ən yaxşı R\&B ifaçısı (kişi) – The Weeknd
    Ən yaxşı R\&B ifaçısı (qadın) – SZA
    Ən yaxşı R\&B albomu – The Weeknd Hurry Up Tomorrow
    Ən yaxşı R\&B mahnısı – SZA Saturn
    Ən yaxşı latın amerikalı ifaçı (kişi) – Bad Bunny
    Ən yaxşı latın amerikalı ifaçı (qadın) – Becky G
    Ən yaxşı latın amerikalı duet və ya qrup – Julión Álvarez y su Norteño Banda
    Ən yaxşı latın amerikalı albom – Bad Bunny DeBÍ TiRAR MáS FOTOS
    Ən yaxşı latın amerikalı mahnı – Shakira Soltera
    Ən yaxşı rok ifaçısı – Twenty One Pilots
    Ən yaxşı rok albomu – Twenty One Pilots Clancy
    Ən yaxşı rok mahnısı – Linkin Park The Emptiness Machine
    Ən yaxşı rəqs/elektron ifaçı – Lady Gaga
    Ən sevilən saundtrek – Arcane League of Legends: Season 2
    Ən sevilən afrobeats ifaçısı – Tyla
    Ən sevilən K-pop ifaçısı – RM
    İlin sosial mesajlı mahnısı – Doechii Anxiety
    ICON Award – Janet Jackson.

  • “Tesla”nın Çin rəqibi avtomobillərin qiymətini kəskin endirdi

    BYD şirkəti Çində elektrik avtomobillərinin qiymətlərini kəskin şəkildə endirib və bununla da “Tesla” ilə rəqabəti daha da gücləndirib.

    Bu barədə “The Telegraph” məlumat yayıb.

    Məşhur Çin istehsalçısı özünün bazar modelini “Tesla”nın ən ucuz avtomobilindən demək olar ki, 75% aşağı qiymətə satışa çıxarıb. Bu, “Seagull” hetçbek modelinin 20% ucuzlaşaraq 55 800 yuana (təxminən 7700 dollar) düşməsindən sonra baş verib.

    Bu məbləğ, “Tesla”nın ən ucuz modeli olan Model 3-ün (231 900 yuan) qiymətinin cəmi dörddə biri qədərdir.

    Şenjen şəhərində yerləşən BYD-nin investorları arasında Uorren Baffet də yer alır. Şirkət həftə sonu elan edib ki, iyunun sonunadək Çində 22 modelə endirim tətbiq ediləcək. Bu addım daxili bazarda tələbatın azalması və AB və ABŞ-da gömrük rüsumlarının artırılmasına cavab olaraq atılıb.

    Kütləvi endirimlər bazarda şiddətli rəqabəti nümayiş etdirir. Aprel ayında dilerlərin anbarlarında 3,5 milyon satılmamış elektrikli avtomobil qalıb – bu, 2023-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Satışlar Çində iqtisadi artımın ləngiməsi səbəbindən zəifləyib.

    Mütəxəssislər bildirirlər ki, “Tesla” və digər Qərb istehsalçıları qiymət baxımından çinli rəqiblərinə artıq uzun müddətdir uduzurlar.

    Məsələn, ötən ay BYD Avropada satış həcminə görə ilk dəfə “Tesla”nı geridə qoyub, yanvar ayında isə bu hal Böyük Britaniyada baş verib. Buna İlon Maskın Donald Trampı dəstəkləməsi səbəbilə “Tesla”ya qarşı yaranan boykot dalğası da təkan verib.
    //qaynar.az

  • Biləsuvarın həbsdə olan sabiq icra başçısının yarım milyonluq əmlakı ilə bağlı qərar

    Məhkəmə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə qərar verib.

    “Report”un məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun cinayət işi üzrə dövlət nəfinə müsadirə edilmiş Bakının Xətai rayonunda yerləşən və dəyəri 454 min manat olan mənzillərin geri qaytarılması üçün verilən şikayətə baxılıb.

    Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, sözügedən əmlak Mahir Quliyevin icra başçısı vəzifəsinə təyin olunmamışdan əvvəl alınıb.

    Məhkəmə şikayəti təmin etməyib.

    Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub.

    O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

    Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

    Daha sonra Ali Məhkəmənin qərarı ilə onun cəzası 11 ildən 8 il 3 aya endirilib.