Month: May 2025

  • PA-nın “əməkdaşı”ndan 8000 manatlıq dələduzluq

    Daha bir dələduzluq cinayəti ilə məhkəmə prosesi yekunlaşıb. 

    Qaynarinfo xəbər verir ki, cinayət hadisəsi Sumqayıtda baş verib. 
    E.S. özünü Prezident Adminstrasiyasının vəzifəli şəxsi kimi təqdim edərək G.M.-nın oğlunu Təcili Tibbi Yardımda sürücü düzəldəcəyini vəd edib. Bundan başqa, o G.M.-nın məktəbdə müəllim işləyən, lakin pensiya yaşı çatan xanımının işini davam etdirməsinə yardımçı olacağını bildirib. Görüləcək işlərin müqabilində isə G.M.-dan 8000 manat pul alıb. 
    Lakin sonradan məlum olub ki, E.G. yalan danışır. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. E.G. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. 
    İşin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə aparılıb. E.S. məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. Əməlindən peşman olduğunu deyən müttəhim dəymiş zərəri ödəmək imkanı olmadığını əlavə edib.  
    Zərərçəkmiş isə dəymiş zərər ödənilmədiyinə görə E.S-dan şikayətçi olduğunu bildirib. 
    Məhkəmə verilmiş ittiham üzrə E.S-nı təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. 

  • Gəlin qayının qızıllarını oğurlayaraq, atasına satdırdı

    Qayının evindən qızlları oğurlayıb, atasına satdıran gəlinə hökm oxunub. 

    Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü F.T. adlı qadına Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
    Rayonların birində ailə quraraq gəlin köçən F.T. adlı qadın qayının evindən 3000 manat dəyərində qızılları oğurladığı üçün saxlanılıb. 
    6 aylıq övladı olan F.T. qayının evindən oğurluq etməsinin səbəbini valideynlərinin imkansız olması ilə əlaqələndirib. O, atasını qızılların özünə məxsus olduğuna inandıraraq satdırıb. Pulunu isə valideynlərinə xərcləyib. 
    Məhkəmənin qərarı ilə F.T. barəsində 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

  • Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? – AÇIQLAMA

    Son zamanlarda bəzi vətəndaşlara “Sima” tətbiqindən piyada keçidindən istifadə qaydalarını pozduğuna görə cərimə bildirişinin gəldiyi iddia olunur. Onlar bildirirlər ki, yolda heç bir polis tərəfindən buna görə saxlanılmayıblar.

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı “Ajans.az”a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb.
    O, bildirib ki, kamera vasitəsilə piyadaların cərimələnməsi təcrübəsi ölkəmizdə yoxdur:
     
    “Azərbaycanda piyadanın qayda pozuntusunu əgər dövlət yol-patrul xidmətinin əməkdaşı görürsə cərimələyə bilər. Və yaxud da ki, post-patrul xidmətinin əməkdaşı gördükdə də cərimələyə bilər. Amma kamera vasitəsilə belə bir təcrübə yoxdur”.
    “Mənim bundan xəbərim yoxdur açığı. Heç görməmişəm “Sima” tətbiqindən elə bir bildiriş gəlsin. Bildiriş belə ola bilər ki, polis yolda saxlayıb cərimə edib. Cərimə ilə bağlı bildiriş də tətbiqə gəlib. Bu o demək deyil ki, kamera ilə həmin piyadanı çəkiblər”, – deyə sonda Eldəniz Cəfərov bildirib.
    Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət etdik. Onlar, bildirdilər ki, ölkəmizdə “Sima” tətbiqi və ya kameralar vasitəsilə cərimə tətbiq olunmur.

  • Üçüncü zəvvar qrupu nə vaxt Həcc ziyarətinə yola düşür?

    Üçüncü zəvvar qrupu sabah, yəni 27-i Həcc ziyarətinə yola düşəcək.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
    Onun sözlərinə görə, hər təyyarədə 3 qrup olacaq: “Qrupların hər biri 45 nəfərdən ibarətdir. Zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq”.
    Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

  • Bu lisey və gimnaziyalara qəbul başlayır – Siyahı

    2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir.

    Median.Az xəbər verir ki, bu haqda Təhsil İnstitutu məlumat yayıb.
    Bildirilib ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.
    Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.
    Qeyd edək ki, qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.
    Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.
    Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.
    Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
    Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
    Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
    Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
    Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
    Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
    Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
    Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
    Bakı şəhəri, Texniki humanitar lisey;
    Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
    Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
    Sumqayıt şəhər, ‘İstedad’ liseyi;
    Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
    Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
    Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
    Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
    Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
    Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
    Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
    Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
    Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
    Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
    Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
    Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
    Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
    Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
    Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
    Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
    Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
    Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
    Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
    Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.

  • В Азербайджанской армии проведены соревнования на звание “Лучший снайпер” – ВИДЕО

    В армии Азербайджана проведены соревнования на звание “Лучший снайпер”.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    Соревнования, проходящие согласно плану боевой подготовки, направлены на выявление военных снайперов с навыками меткой стрельбы, и прошли на специальной тренировочной площадке.

    После проверки обеспечения военнослужащих они заняли заранее подготовленные огневые позиции и выполнили нормативы.

    В соревнованиях, состоящих из 6 этапов, военнослужащие продемонстрировали свои навыки в таких упражнениях, как “Квалификационные стрельбы”, “Зачетные стрельбы”, “Снайпер в обороне”, “Снайпер в атаке” и в других упражнениях.

    По итогам соревнований победившим командам были вручены награды.

  • Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib – VİDEO

    Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.

    Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

    6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

    Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.

  • Завтра в части Ясамальского района Баку возникнут перебои в газоснабжении

    Завтра с 10:00 в части Ясамальского района Баку возникнут перебои в подаче газа.

    Об этом сообщили в Производственном объединении “Азеригаз” SOCAR.

    В связи с ремонтными работами будет приостановлено газоснабжение на улице Кенар Даиреви, а также в жилом комплексе MİDA в Ясамальском районе Баку.

  • Sabah Yasamalda qaz olmayacaq

    Sabah Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

    İşlərin yekunlaşdırılması məqsədi ilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycanda seçicilərin sayı açıqlanıb

    Ölkə üzrə seçicilərin daimi siyahısı tərtib edilib.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

    Onun sözlərinə görə, Azərbaycanda 2025-ci il üzrə daimi seçicilərin ümumi sayı 6 milyon 302 min 93 nəfər nəfərdir, onların da 28 min 390 nəfəri bu il səsvermə hüququ qazanıb.

    MSK sədri bildirib ki, seçicilərin 2 milyon 997 min 700 nəfəri kişi, 3 milyon 304 min 393 nəfəri isə qadındır:

    “Seçicilərdən 19-29 yaş arası olanlar 1 milyon 155 min 899 nəfər, 30-39 yaş arası 1 milyon 473 min 95 nəfər, ümumilikdə 5 milyona yaxın seçici isə 60 yaşa qədər olanlardır”.