Month: May 2025

  • Ermənistan “3+3” görüşünü qəbul etməyə hazır olduğunu açıqlayıb

    Ermənistan XİN “3+3” formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu açıqlayıb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

    “Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda “3+3″ platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu bəyan edib”, – deyə bəyanatda vurğulanıb.

    Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.

  • Fransa epidemiya astanasında: Denge qızdırması və çikunqunya təhlükəli şəkildə yayılıb

    Fransa hökuməti ölkənin Avropa hissəsində denge və çikunqunya qızdırması epidemiyalarının mümkün başlanğıcı ilə əlaqədar həyəcan təbili çalır. Narahatlığın səbəbi qeydə alınmış xəstəlik hallarının kəskin artması olub.

    Bu barədə BFMTV telekanalı xəbər yayıb.

    Xüsusilə mürəkkəb vəziyyət Overn-Rona-Alp regionunda müşahidə olunur, burada səhiyyə orqanları qızdırma epidemiyasının genişmiqyaslı partlayışından ehtiyat edirlər. May ayının 1-dən Regional Səhiyyə Agentliyi artıq 31 denge qızdırması və 37 çikunqunya qızdırması halını qeydə alıb.

    Qızdırmaların yayılması ilə mübarizə aparmaq üçün Fransa səhiyyə strukturları xəstələrin erkən aşkarlanması və təcrid edilməsinə, həmçinin daşıyıcıların – pələng ağcaqanadlarının populyasiyasının nəzarətinə yönəlmiş “qabaqlayıcı yanaşma” istifadə edirlər.

    Təhlükəli xəstəliklərin yayılmasının səbəbi, virusları daşıyan pələng ağcaqanadının (Aedes albopictus) regiona daxil olmasıdır.

    Denge qızdırması – yüksək hərarət, güclü baş və əzələ ağrıları, ürəkbulanma və səpki yarada bilən virus infeksiyasıdır. Ağır hallarda hemorragik forma inkişaf edir ki, bu da ölümlə nəticələnə bilər.

    Çikunqunya qızdırması denge ilə oxşar simptomlara malikdir – yüksək hərarət, oynaq ağrıları, səpki. Lakin bu, nadir hallarda ölümlə nəticələnir.

  • Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı

    Son günlərdə Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanıb. Xəzərin Qazaxıstan sahilləri ilə yanaşı, suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinib.

    Median.Az Trend.az-a istinadən xəbər verir ki, Qızılqum çimərliyində dörd suiti cəsədinə rast gəlib.

    “Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi”nin direktoru, professor Mehman Axundov mövzu ilə bağlı bildirib ki, bu, mövsümi xarakter daşıyan prosesdir və adətən, payız aylarının sonunda və yaz aylarında müşahidə olunur:

    “Cəsədlər, adətən, Abşeronun şimal hissəsində aşkarlanır. Bu isə küləklərlə bağlı olur. Şimaldan gələn dəniz axınları bu cəsədləri Abşeronun şimal sahillərinə gətirib çıxarır. Mərdəkan, Novxanı, Pirşağı istiqamətlərində biz bu halları müşahidə edə bilirik”.

    O əlavə edib ki, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür:

    “Onların öz biologiyası var. Onlar çoxalma üçün Xəzərin şimalına üz tutur, balalama dövründən sonra oradan cənuba qayıdırlar. Onlar Orta Xəzərdən, Qazaxıstan və Rusiyanın sularından keçirlər. Bu zaman aylarla qidalanmır, bu zaman da zəifləyirlər. Zəif suitilər yolda tələf olurlar. Təqribi 800-1000 kilometrlik yolda zəifləyən suitilərin tələf olması normaldır. Ovçuların onları öldürməsi ayrı məsələ, amma eyni zamanda, hər bir canlının təbii ölümü var. Qocalıq, zəiflik, aclıq, xəstəlik bioloji ölümə səbəb ola bilir”.

  • Mahmud Abbas İlham Əliyevi təbrik etdi

    Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

    Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də fəxr duyduğumuz ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsini arzulayıram.

    Xahiş edirəm, səmimi qardaşlıq salamlarımı qəbul edəsiniz”.

  • “Qırmızı bibər” əslində nədən hazırlanır?

    Paprikanın (qurudulmuş və üyüdülmüş qırmızı bibərdən hazırlanmış ədviyyat) və onun daha ətirli “qohumu” olan hisə verilmiş paprikanın – dünyanın müxtəlif mətbəxlərində geniş istifadə olunmasına baxmayaraq, bir çox insan bu ədviyyatın nə olduğunu və necə hazırlandığını əslində bilmir. Görünən budur ki, cavab sadə olsa da, hər kəsin ağlına gəlmir.
    Qaynarinfo xəbər verir ki, Avstraliyanın “Nutraorganics” adlı qida şirkəti öz sosial media paylaşımında bu barədə maarifləndirici məlumat verib. Onların izahına görə, paprika heç də xüsusi və nadir bir bitki deyil, sadəcə olaraq qurudulmuş və üyüdülmüş şirin və yumşaq bibərlərdən hazırlanır.
    Paprika necə yaranıb?
    Paprika əsasən daha yumşaq və şirin bibər növlərindən əldə olunur. Tarixən bu bitkinin daha acı və ədviyyəli növləri Amerika qitəsindən Avropaya ispan səyyahlar tərəfindən gətirilib. Sonrakı dövrlərdə avropalılar, xüsusilə macarlar daha şirin və yumşaq sortların yetişdirilməsinə üstünlük veriblər. Bu da paprikanın bu gün tanıdığımız ləzzətli və ətirli formasının yaranmasına səbəb olub.
    Paprika üçün istifadə edilən bibərlər, baxmayaraq ki, dad və ailə baxımından Bolqar bibərinə bənzəyir, daha uzun və incə formadadır. Acı növlər isə həm çili, həm də şirin bibər qarışığından ibarət ola bilər. Ancaq Macarıstanda, harada ki paprika milli ədviyyat sayılır, əsasən yalnız şirin növlərdən istifadə edilir.
    Paprika ağacda bitmir
    Qısa desək, paprikanın özünə məxsus bir ağacı və ya xüsusi bitkisi yoxdur – bu, sadəcə başqa bibər növlərindən alınan, qurudulmuş və toz halına salınmış bir ədviyyatdır.

  • Babək rayonundakı yol qəzasında xəsarət alan üç nəfərdən biri ölüb

    Naxçıvan-Şahbuz magistral yolunun Babək rayonunun Uzunoba kəndi ərazisində keçən hissəsində iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfərdən biri ölüb.

     
    Hadisə nəticəsində xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı müalicə aldığı xəstəxanada vəfat edib.
    Qəzada xəsarət alan digər iki qadının müalicləri davam edir.
    Faktla bağlı araşdırma aparılır.
     
    /report

  • При взрыве на угольной шахте в Турции погиб один, пострадали два человека

    В результате взрыва на угольной шахте в городе Сивасе одноименной провинции в Центральной Турции погиб один, пострадали два человека.

    Об этом Report сообщает со ссылкой на Haber Global.
    Согласно информации, вслед за взрывом последовал пожар, на место происшествия были привлечены сотрудники экстренных служб.
    Местные власти заявили, что погибший и пострадавшие – иностранцы, раненые госпитализированы.
    По факту начато расследование, обстоятельства произошедшего выясняются.

  • Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var

    Türkiyənin Sivas şəhərində kömür mədənində partlayış olub.


    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Zara rayonunda qeydə alınıb.
    Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Partlayış yanğına səbəb olub.
    Sivas valiliyindən verilən məlumata görə, həm ölən, həm də xəsarət alanlar əcnəbilərdir.
    Yaralılar xəstəxanaya yerləşdiriliblər.
    Hadisə ilə bağlı araşdırma başladılıb.
    Partlayışın səbəbi hələ məlum deyil.

  • Paşinyan Fransa XİN başçısı ilə Azərbaycanla sülh prosesini müzakirə edib

    Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Həmsöhbətlər regional proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişi çərçivəsində baş verən son gedişat ətrafında fikir mübadiləsi aparıblar.
    Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini bildirib.

  • Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək

    Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Şirvan şəhərində mənzillər veriləcək.


    Median.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.
    Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 20 ədəd birotaqlı, 20 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib. 
    Qurum mənzillərin satın alınmasına 4,6 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
    Xatırladaq ki, daha əvvəl Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün Bakı şəhərində 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.
    Qurum paytaxt üzrə həmin mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.