Month: June 2025

  • В Минобороны РФ сообщили об обмене военнопленными с Украиной

    Группа российских военнослужащих возвращена из Украины в соответствии с российско-украинскими договоренностями, достигнутыми в Стамбуле. Взамен передана группа военнопленных ВСУ.

    Об этом сообщили в Минобороны РФ.

    В настоящее время российские военнослужащие находятся на территории Республики Беларусь, где им оказывается необходимая психологическая и медицинская помощь.

  • Rusiya Ukrayna ilə hərbi əsirlərin mübadiləsini aparıb

    İstanbulda əldə olunmuş razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Ukraynadan geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

    Hazırda Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir.

  • Сирия совершила первую банковскую транзакцию через SWIFT после 14-летней гражданской войны

    Сирия провела первый после 14-летней гражданской войны международный банковский перевод через систему SWIFT.

    Об этом сообщает Median.Az со ссылкой на Reuters.

    “Прямая коммерческая транзакция прошла из сирийского банка в итальянский”, – сообщил агентству глава сирийского ЦБ Абделькадер Хусрие.

  • 14 ildən sonra ilk dəfə: Suriya beynəlxalq bank köçürməsini həyata keçirdi

    Suriya 14 il davam edən vətəndaş müharibəsindən sonra ilk dəfə beynəlxalq bank köçürməsini həyata keçirib.

    Median.Az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Xusriye bildirib.

    Onun sözlərinə görə, SWIFT sistemi vasitəsilə Suriya bankından İtaliyaya birbaşa kommersiya ödənişi göndərilib.

  • İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

  • Росен Желязков: София эвакуировала болгарских дипломатов из Ирана в Азербайджан

    Болгария эвакуировала своих дипломатов из Ирана в Азербайджан.

    Как сообщает Median.Az со ссылкой на btvnovinite.bg, об этом сегодня заявил премьер-министр страны Росен Желязков.

    По его словам, в Иране находились 12 болгарских дипломатов, а также члены их семей, и еще 5 граждан страны.

    “Мы решили, что наши дипломаты должны покинуть Иран. Мы настоятельно призвали всех болгар, желающих присоединиться к колонне, сделать это. Вчера они выехали на 10 машинах. Были альтернативы, они могли ехать через Турцию, но в итоге мы решили, что они должны ехать через Азербайджан, в сторону Баку. Наши соотечественники сейчас находятся в столице Азербайджана и скоро вернутся домой”, – отметил премьер.

  • Daha bir ölkənin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçür

    Bolqarıstan hökuməti tərəfindən həyata keçirilmiş təxliyə əməliyyatı nəticəsində İranda yaşayan bolqar vətəndaşları ölkədən çıxarılıblar. Qərar təhlükəsizliklə bağlı verilmiş rəsmi xəbərdarlıqdan sonra qəbul edilib.

    Median.Az-ın “B TV Novinite” portalına istinadla məlumatına görə, bu barədə ölkənin Baş naziri Rosen Jelyazkov bəyan edib.

    Onun sözlərinə görə, ümumilikdə 17 nəfər İranı tərk edib. Onlardan 12-si Bolqarıstanın İrandakı səfirliyinin əməkdaşları, beş nəfər isə sıravi vətəndaşlardır. Onlar səfirlik konvoyuna qoşularaq ölkəni tərk ediblər.

    Təxliyə konvoyu Tehrandan Azərbaycanla sərhədə qədər 10-dan çox nəqliyyat vasitəsilə hərəkət edib.

    Təxminən altı saat davam edən səfərdən sonra sərhəddə əlavə altı saat gözləmə olub. Bolqarıstan vətəndaşları bundan sonra Azərbaycana daxil olublar.

    Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin İrandakı diplomatik fəaliyyəti müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək.

    Xatırladaq ki, bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkə hesabında bəyan edib ki, ölkəsinin Tehrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana köçürülüb.

  • Военный суд в Баку: вскрылись детали организованного минирования азербайджанских территорий

    На продолжившемся 19 июня судебном процессе в Бакинском военном суде обвиняемый Давит Манукян ответил на вопросы прокурора, поддерживающего государственное обвинение, о минировании территорий Азербайджана, ранее оккупированных Арменией.

    Бывший военнослужащий вооруженных сил Армении, занимавший различные должности и служивший в высшем военном звании генерал-майора, гражданин Армении Давит Манукян заявил:

    “В условно мирное время, когда я был командиром воинской части, происходили случаи, связанные с минами (имеется в виду минирование – ред.). Хоть и не так широко, но происходили. Были даны очень четкие инструкции по хранению формуляров и карт. Перед каждым минированием отдается приказ вышестоящему командованию”.

    По его словам, в приказе четко прописано, в скольких экземплярах должны быть подготовлены минные формуляры, карты, схемы. Затем Манукян добавил: “Там указываются адреса, куда что отправлять. Мы действовали согласно пунктам, указанным в приказе”.

  • Erməni general məhkəmədə vaxtilə işğal olunmuş ərazilərimizdə mina basdırılması ilə bağlı danışdı

    İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David Manukyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.

    Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, “general-mayor” ali hərbi rütbəsində xidmət etmiş Ermənistan vətəndaşı David Manukyan deyib:

    “Şərti dinc dövrlərdə, hərbi hissədə komandiri olduğum zaman minalarla bağlı hadisələr (mina basdırılmasını nəzərdə tutur – red.) baş verib. O qədər geniş olmasa da, baş verib. Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilir”.

    Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb. D.Manukyan daha sonra deyb: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Bakı-Qazax qatarının bileti niyə belə bahadır? – VİDEO

    Bakı-Qazax qatarının bilet qiymətlərinin 147-150 manat olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Bu barədə Xəzər TV süjet hazırlayıb.

    Bildirilib ki, qiymətlərin bu qədər baha olması sərnişinlərin narazılığına səbəb olub.

    Onların sözlərinə görə, bu qiymətə təyyarə ilə daha uzaq yerə getmək mümkündür: “Ayın 20-si üçün bilet almaq istəyirdik, amma bilet çox bahadır. Qiymətlər “od tutub yanır”. Bu qiymətə Qazaxdan daha uzaq qonşu ölkələrə təyyarə bileti tapmaq mümkündür”.

    Sərnişinlər, həmçinin bildirib ki, həmin məbləğ taksi qiymətlərindən də yüksəkdir: “Qatarın birinci sinifində bir biletin qiyməti 150 manatdır. Ünvandan götürüb lazımi yerə çatdıran sifarişli taksi isə 90 AZN-dir. Necə olur ki, taksi bu qədər yola müəyyən məbləğlə benzin yandıraraq gedir, ancaq qatar yox?”

    Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından (ADY) isə qeyd edilib ki, sözügedən qiymətlər sərnişinlərə bəzi üstünlüklər təklif edir: “Birinci siniflə səyahət edən sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda bir saat müddətində Bakı-Gəncə və Qəbələ Dəmir Yolları vağzallarında yerləşən VİP zallarından istifadə edə bilər. Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdiyi halda ADY əməkdaşı sərnişinin əl yükünü qatara kimi müşayiət edir. VİP zalda sərnişinə bir sıra ödənişsiz xidmətlər göstərilir. Limitsiz çay, su, qəhvə, Wi-Fi-dan istifadə və ən sonda sərnişinin qarşılanması, Bakı Dəmir Yolu Vağzalında iki saatlıq ödənişsiz avtoparkinq bunlara daxildir. Birinci siniflə səyahət edən sərnişinlərə, həmçinin ödənişsiz yemək təklif olunur”.

    Daha ətraflı videomaterialda: