Month: June 2025

  • Bu şəxslərə 59 yaşından pensiya veriləcək – Qanun təsdiqləndi

    “Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. Dünən təsdiq olunan dəyişikliklərə əsasən, daha tez pensiya çıxan vətəndaşlarımızın pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək”.

    Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

    Onun sözlərinə görə, çoxuşaqlı ailələrdə güzəştli şərtlərlə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxırlar:

    “Bu hallarda analar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilirlər. Həmin vətəndaşlarımızın güzəştli şərtlərlə pensiya aldıqları müddətdə ödənişləri dövlət büdcəsindən ödəniləcək.

    Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunaraq, tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur. Yəni, həmin vətəndaşlarımızın pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək”.

    Deputat qeyd edib ki, təsdiq olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququ ilə bağlıdır:

    “Bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir. Bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydaların tətbiqi həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə əvəz edildi.

    Bu dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.

    Bu dəyişikliklər pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir. Bu, Ondövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir”.

  • Bakıda ata gizli telefon işlədən qızını döyüb öldürdü

    Bakıda ata doğma qızını döyə-döyə öldürüb.

    Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev həbsdə olduğu müddətdə qızı Cəmalə Atakişiyevanın əxlaqsızlıq etdiyini eşidib və həbsdən çıxandan sonra onu qətlə yetirmək qərarına gəlib.

    Bir müddətdən sonra həbsdən çıxan ata qızını izləməyə başlayıb. O, ilk dəfə qızını diş həkiminin kabinetinə qədər izləyib. Həmin vaxt o, Cəmaləni diş həkiminin kabinetində açıq-saçıq geyimdə görüb və kabinetdə onu döyüb.

    Daha sonra Yelmar qızının ikinci telefon işlətməsindən şübhələnsə də, Cəmalə bunu boynuna almayıb. Yelmar yenidən qızını izləməyə başlayıb.

    Sonuncu dəfə Cəmalə Sumqayıta rəfiqəsi ilə görüşmək adı ilə adıçəkilən şəhərə getmək istədiyini deyib. Yelmar qızı ilə getmək istədiyini desə də, Cəmalə buna etiraz edib.

    Nəticədə evdə mübahisə yaranıb və Yelmar qızının əl çantasını əlindən alarkən çantadan ikinci telefon çıxıb. Yelmar telefonu görəndən sonra qızını xüsusi amansızlıqla döyməyə başlayıb.

    Hadisə nəticəsində Cəmalə huşunu itirib. Yelmar isə evdən çıxıb gedib, ailə üzvlərinə isə təcili yardıma zəng etməməyi tapşırıb. Ailə üzvləri Cəmalənin ağzından qan gəldiyini görüb, təcili tibbi yardım briqadası çağırıblar. Müayinə zamanı Cəmalənin öldüyü məlum olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Atakişiyev 16 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • В Баку сносят построенный на крыше многоэтажного здания бассейн – ФОТО

    В Баку на крыше многоэтажки на проспекте Азадлыг незаконно возведены бассейн и дом.

    Об этом сообщили Median.Az в Исполнительной власти (ИВ) города Баку.

    Постройки представляют серьезную угрозу для крыши и общей конструкции здания, в связи с чем ИВ Насиминского района приняты незамедлительные меры по их сносу.





  • Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb – FOTO

    Azadlıq prospekti, 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

    Bu barədə Nəsimi Rayon İcra Hakimiyyəti məlumat yayıb.

    Qeyd edilib ki, məsələ ilə bağlı icra hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

    “Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb”, – məlumatda vurğulanıb.





  • Пожар на текстильной фабрике в Сумгайыте полностью потушен

    Локализован пожар на текстильной фабрике, расположенной на проспекте Сюльх в Сумгайыте.

    Как сообщает Report, благодаря оперативному вмешательству сил и техники Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям (МЧС) возгорание на фабрике полностью потушено.

    * * * * *

    На текстильной фабрике, расположенной на проспекте Сюльх в Сумгайыте, вспыхнул пожар.

    Как сообщает Report, на место происшествия привлечены силы и техника Государственной службы противопожарной охраны МЧС.

    По предварительной версии, причиной возгорания стало воспламенение отходов текстильного производства. Ведутся необходимые мероприятия по тушению огня.

    По факту инцидента проводится расследование.

  • Sumqayıtda tekstil fabrikində baş verən yanğın tam söndürülüb

    Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində başlayan yanğın məhdudlaşdırılıb.

    Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının operativ müdaxiləsi sayəsində fabrikdəki yanğın tam söndürülüb.

    * * * * *

    Sumqayıt şəhərində yerləşən tekstil fabriklərinin birində yanğın hadisəsi qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində yerləşən müəssisələrdən birində baş verib.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

    İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

  • Семь пляжей Азербайджана признаны опасными для здоровья

    Республиканский центр гигиены и эпидемиологии Министерства здравоохранения Азербайджана провел мониторинг санитарно-гигиенического состояния пляжей в рамках подготовки к летнему сезону. Проверки охватили прибрежные зоны Баку, Сумгайыта, Мингячевира, а также Лянкяранского, Астаринского и Хачмазского районов.

    Как сообщает Median.Az со ссылкой на Минздрав, в ходе мониторинга были проведены лабораторные исследования физико-химических и бактериологических показателей морской воды.

    Исследования проводились совместно со специалистами Управления комплексного экологического мониторинга Каспия Министерства экологии и природных ресурсов и Службы государственного контроля за использованием и охраной вод при Государственном агентстве водных ресурсов.

    С мая текущего года обследованиями были охвачены пляжные территории Баку, включая Бузовна, Мардакян, Шувелан, Тюркан, Говсан, Новханы, Гёрадиль, Нардаран, Бильгя, Пиршаги, Шихов, Сахиль, а также прибрежные территории Сумгайыта, Лянкяранского, Астаринского и Хачмазского районов.

    По результатам проверок в образцах воды, взятых с пляжей Говсан Сураханского района, Тюркан Хазарского района, Шихов Сабаильского района, Сахиль Гарадагского района столицы, а также с пляжей села Ниязоба Хачмазского района, поселка Ашагы Нюведи и села Сутамурдов Лянкяранского района, обнаружено бактериологическое загрязнение, превышающее допустимые нормы.

    Специалисты предупреждают, что уровень загрязнения воды в этих районах представляет опасность для здоровья населения и может способствовать распространению инфекционных заболеваний. В связи с этим отдых на указанных пляжах не рекомендуется.

    “На основании результатов мониторинга, в соответствии со статьей 42 “Водного кодекса” Азербайджанской Республики, готовится официальное обращение в Государственное агентство водных ресурсов для принятия мер по ограничению или приостановлению использования пляжей.

    Республиканский центр гигиены и эпидемиологии Минздрава продолжает мониторинг пляжей”, – отмечается в информации.

  • Azərbaycanın bir sıra çimərliklərində normadan artıq ÇİRKLƏNMƏ AŞKARLANDI

    Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.

    Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib:

    “Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.

    May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.

    Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.

    Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur”.

    “Monitorinq nəticələri əsasında Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.

    Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinqlər davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

  • Сегодня в Кахраманмараше состоится открытие Азербайджанского квартала

    Сегодня в 16:30 по бакинскому времени в турецком Кахраманмараше состоится торжественная церемония передачи ключей от квартир в Азербайджанском квартале.

    Как передает Median.Az со ссылкой на Администрацию президента Турции, общее количество передаваемых квартир достигает 250 000.

    Президент страны Реджеп Тайип Эрдоган также поделился этой новостью на своей странице в соцсети X.

    “Сегодня в нашем регионе, пострадавшем от землетрясения, мы передаем братьям 49 056 объектов, включая рабочие места и квартиры, среди которых есть и жилье в Азербайджанском квартале, построенном при поддержке Азербайджана”, – подчеркнул президент.

    Напомним, что после разрушительного землетрясения, произошедшего 6 февраля 2023 года в Кахраманмараше, Азербайджан мобилизовал все возможные ресурсы для помощи братской стране. В том числе, азербайджанское государство взяло на себя строительство Азербайджанского квартала в пострадавшем Кахраманмараше. Таким образом, Азербайджанский квартал стал символом, еще больше укрепляющим дружбу и солидарность между двумя братскими странами.

  • Bu gün Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışı olacaq

    Bu gün Bakı vaxtı ilə saat 16:30-da Türkiyənin Kahramanmaraş bölgəsində yerləşən “Azərbaycan məhəlləsi”ndə mənzillərin açarlarının təhvili və püşkatma mərasimi təşkil olunacaq.

    Bu barədə Türkiyə Prezident Administrasiyasından rəsmi açıqlama verilib.

    Bildirilib ki, təhvil verilən mənzillərin ümumi sayı 250 minə çatır.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə özünün “X” hesabında paylaşım edib:

    “Bu gün zəlzələ bölgəmizdə, aralarında Azərbaycan tərəfindən dəstəklənən “Azərbaycan məhəlləsi”ndəki mənzillərin də olduğu 49 056 iş yeri və mənzili haqq sahibi qardaşlarımıza təhvil veririk”, – deyə Prezident vurğulayıb.

    Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdən sonra qardaş ölkəyə kömək üçün Azərbaycan tərəfindən bütün imkanlar səfərbər olunub. Eyni zamanda, dağıntıya məruz qalan Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin inşasını da dövlətimiz öz üzərinə götürüb. Beləliklə, “Azərbaycan məhəlləsi” iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib.