Month: June 2025

  • Milli Məclisdə süni torpaq sahələrində sahibkarlıq mövzusu müzakirə edildi

    Süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsinə icazə veriləcək.

    Sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan hissəsində süni torpaq sahəsinin yaradılması haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Sənəddə qeyd olunub ki, Azərbaycanda kazino oyunları bu qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

    Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmur.
    //oxu.az

  • Kazino açmaq istəyən şəxs 340 min manat ödəməlidir

    Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.

    Sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Sənədə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan hissəsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək.

    Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.
    //oxu.az

  • Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub

    “TikTok” sosial şəbəkə hesabında işlətdiyi “makler555″ adlı səhifəsi ilə kreditlə mənzillərin alınması, mənzillərin təmir olunması, fərdi yaşayış evlərinin tikilməsi elanları ilə ona müraciət edən şəxsləri aldadaraq pullarını ələ keçirən makler Daşqın Sərdar oğlu Məmmədov vətəndaşlara təxminən iki milyon manat ziyan vurub”.

    Bunu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib.

    O bildirib ki, sözügedən şəxslə bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq aparılır:

    “İş üzrə 250 nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edib. Onlardan 64 nəfəri zərərçəkmiş şəxs kimi qeydə alınıb. Cinayət nəticəsində vətəndaşlara dəyən ziyan iki milyon manat təşkil edir. İstintaq orqanı tərəfindən dəyən ziyanın ödənilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir”.

    Xatırladaq ki, mayın 14-də Bakıda bir qrup vətəndaşa qarşı “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Daşqın Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
    //oxu.az

  • Suriyaya pullar hansı məqsədlə göndərilib? – DTX-nin həbs etdiyi şəxs ifadə verib

    Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər – Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əzizov sərbəst ifadə verib.

    Təqsirləndirilən əvvəllər dörd ay Suriya Ərəb Respublikasında yaşayaraq müxtəlif yardım qruplarında iştirak etdiyini deyib:

    “Mən Suriyada olduğum üçün oradakı vəziyyəti çox yaxşı bilirdim. Azərbaycana gəldikdən sonra İdlib şəhərinə Elşənin vasitəçiliyi ilə pul göndərirdim. Yardımın oraya çatması və paylanması ilə bağlı Elşən mənə oradan şəkil, videolar göndərirdi. Mən də onları yardıma dəstək verən şəxslərə göndərirdim ki, pullarının hara getdiyini görsünlər. Təxminən 10-15 dəfə yardım etmişəm. Yardımlarım 2023-cü ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi davam edib”.

    Elçin Əzizov Xəqani Ömərovu əvvəllər tanımadığını və ilk dəfə istintaq zamanı gördüyünü bildirib. Eyni zamanda, Anar Salamzadəni də bu işlə əlaqədar tanımadığını vurğulayıb.

    Növbəti proses avqustun 12-də keçiriləcək.

    Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Малейка Аббасзаде: В III группе проходные баллы по некоторым специальностям могут повыситься

    Проходные баллы по отдельным специальностям III группы в этом году могут повыситься на 3-5 баллов по сравнению с прошлым годом.

    Как сообщает Report, об этом заявила председатель правления Государственного экзаменационного центра (ГЭЦ) Малейка Аббасзаде в эфире программы Hədəf на телеканале AzTV.

    При этом она отметила, что во II группе такой тенденции не наблюдается:

    “Мы предполагаем, что также в I и IV группах проходные баллы останутся на уровне прошлого года. В целом, сравнение можно будет провести после всех экзаменов, когда станет ясно, кто будет допущен к конкурсу. К участию допускаются абитуриенты, набравшие более 200 баллов, а по некоторым направлениям – свыше 150 баллов”.

  • DİM sədri: “Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər”

    “Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin “Hədəf” verilişində deyib.

    Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:

    “I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olacaq. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir”.

    M.Abbaszadə əlavə edib ki, bu il 1 000-dən çox şəxs 600-dən yuxarı bal toplayıb.

  • Prezident: “Ermənistan azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır”

    “Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alıb.

    “Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan Ermənistan ərazisindən yüzminlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir”, – deyə müraciətdə bildirilib.

  • Между Азербайджаном и Мальдивами частично отменен визовый режим

    С 18 июня вступает в силу “Соглашение между правительством Азербайджанской Республики и правительством Мальдивской Республики об освобождении владельцев дипломатических, служебных и официальных паспортов от взаимных визовых требований”.

    Соглашение было подписано 15 ноября 2024 года в Баку в рамках COP29 на встрече между министрами иностранных дел Азербайджанской Республики Джейхуном Байрамовым и Мальдивской Республики Абдуллой Халилом.

    Соответствующий законопроект был обсужден и принят на состоявшемся 27 декабря 2024 года заседании Милли Меджлиса Азербайджанской Республики, после чего утвержден Президентом Азербайджана Ильхамом Алиевым.

    Соглашение направлено на дальнейшее укрепление и развитие дружественных связей между двумя странами путем упрощения передвижения граждан Азербайджана и Мальдив, имеющих дипломатические, служебные и официальные паспорта.

    Согласно договоренности, граждане сторон, имеющие действительные дипломатические и служебные (официальные) паспорта, могут въезжать на территорию друг друга без визы, проезжать через нее транзитом, покидать ее и находиться там без визы в течение 90 дней со дня въезда.

  • Maldiv adaları ilə Azərbaycan arasında viza rejimi qismən ləğv edildi

    İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.

    Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb.

    Müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.

    Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.

    Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.

  • Армия Израиля отвергла заявления Ирана о захвате контроля над израильским небом (Обновляется)

    Армия обороны Израиля опровергла заявления иранской стороны и захвате контроля над израильским воздушным пространством.

    “На сегодняшний день у Ирана нет преимущества в своем воздушном пространстве, так как они могут его достичь в нашем [Израиля]? Последние шесть дней израильские ВВС свободно передвигаются в воздушном пространстве Ирана, наносят удары по позициям КСИР (Корпус стражей исламской революции) и возвращаются домой”, – заявила корреспонденту ТАСС официальный представитель армии Израиля Анна Уколова.

    “Похоже, что для командования КСИР понятие контроля над воздушным пространством сугубо субъективно и они не утруждают себя проверкой фактов, – продолжила она. “Даже ракеты и БПЛА, которые они запускают по нашим городам, в большинстве успешно перехватываются нашими ПВО”, – отметила Уколова.

    18 июня агентство IRNA со ссылкой на заявление Корпуса стражей исламской революции (КСИР, элитные части иранских ВС) сообщило, что воздушные силы Ирана в ходе ночной атаки на Израиль обеспечили себе контроль над израильским небом.

    * * * * *

    ВВС Израиля перехватили семь беспилотных летательных аппаратов, запущенных с территории Ирана.

    Об этом сообщает армейская пресс-служба.

    “После оповещений, которые были активированы в отношении вторжения вражеских самолетов на южные Голанские высоты, ВВС перехватили семь беспилотных летательных аппаратов, запущенных с территории Ирана.

    Летательные аппараты были перехвачены до того, как они пересекли территорию Израиля”, – говорится в информации.

    * * * * *

    С момента начала израильских ударов по территории Ирана в прошлую пятницу, Тегеран выпустил по Израилю более 400 ракет и сотни беспилотников.

    Об этом сообщает канцелярия премьер-министра Израиля Биньямина Нетаньяху.

    По данным израильской стороны, удары пришлись по 40 целям на территории страны. В результате нанесённого ущерба в налоговую службу уже подано около 19 000 заявлений о компенсации.

    Жертвами атак стали 24 человека, более 800 получили ранения. Кроме того, свыше 3 800 жителей были эвакуированы из своих домов.

    Согласно официальным заявлениям иранских властей, с начала израильской операции на территории Ирана погибли не менее 224 человек.

    * * * * *

    Более 90 пострадавших после ракетных ударов Ирана поступило в больницы за ночь.

    Об этом сообщает Минздрав Израиля.

    * * * * *

    Сигнал тревоги прозвучал в северных районах Израиля из-за проникновения “враждебных воздушных судов” в воздушное пространство страны.

    Об этом сообщила Армия обороны Израиля (ЦАХАЛ) в соцсети X.

    Подробности не приводятся. Приложенная к сообщению карта тревог свидетельствует об опасности в районах к северу от Назарета, Тверии и Тивериадского озера.

    Вскоре после объявления об угрозе с воздуха ЦАХАЛ заявил о перехвате объекта, проникшего в Израиль с востока.