Month: June 2025

  • İsrail Hərbi Hava Qüvvələri İrandan buraxılan yeddi PUA-nı zərərsizləşdirib (Yenilənir)

    İsrail Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılmış yeddi pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

    Bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

    “Cənubi Colan Təpələrində düşmən təyyarələrinin hava məkanına müdaxiləsi ilə bağlı xəbərdarlıqlar aktivləşdirildikdən sonra Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılmış yeddi PUA-nı ələ keçirib. Onlar İsrail sərhədini keçmədən əvvəl zərərsizləşdiriliblər”, – deyə məlumatda bildirilir.

    * * * * *

    “Ötən cümə günü İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra Tehran İsrailə qarşı 400-dən çox raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb”.

    Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

    Bildirilir ki, bu raket və dron zərbələri ölkə ərazisində 40 hədəfə tuş gəlib. Nəticədə çoxsaylı dağıntılar qeydə alınıb və artıq vergi orqanlarına təxminən 19 minədək kompensasiya müraciəti daxil olub.

    “İranın hücumları nəticəsində 24 nəfər həlak olub, 800-dən çox insan isə yaralanıb. Həmçinin 3 800-dən artıq sakin təhlükəsizlik səbəbilə evakuasiya edilib”, – deyə məlumatda vurğulanıb.

    Digər tərəfdən, İran rəsmilərinin açıqlamalarına əsasən, İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar nəticəsində ölkə ərazisində azı 224 nəfər həyatını itirib.

    * * * * *

    İranın İsrail ərazisinə gecə ərzində endirdiyi raket zərbələri nəticəsində 90-dan çox yaralı xəstəxanalara yerləşdirilib.

    Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

    * * * * *

    İsrailin şimalında hava həyəcanı xəbərdarlığı edilib.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) “X” sosial şəbəkəsində məlumat yayıb.

    Xəbərdarlığın təfərrüatı açıqlanmayıb.

    Hava həyəcanı elan edildikdən az sonra SAXAL şərqdən İsrailə nüfuz edən obyektin tutulduğunu açıqlayıb.

  • На полигоне вблизи Пирекешкюля будут утилизированы непригодные к использованию боеприпасы

    18 июня с 13:00 до 17:00 на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda qeyd edilib.

  • МИД Италии: 29 наших граждан покинули Иран через Азербайджан – ФОТО

    На фоне роста напряженности между Ираном и Израилем 29 итальянцев покинули Иран и вернулись в Италию через Азербайджан.

    Об этом заместитель премьер-министра и министр иностранных дел Италии Антонио Таяни написал на своей официальной странице в социальной сети X.

    “Несколько минут назад 29 наших соотечественников после долгого путешествия покинули Иран по суше и безопасно выехали из страны через Азербайджан.

    Благодарю наши посольства в Тегеране и Баку”, – заявил Таяни.

    Министр добавил, что правительство Италии продолжает принимать меры для обеспечения безопасности всех своих граждан в регионе.

    “Граждане Италии никогда не будут лишены нашей полной поддержки”, – написал он.

  • İtaliya XİN: “29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib” – FOTO

    “İran və İsrail arasında gərginliyin artması fonunda 29 italiyalı İranı tərk edərək Azərbaycan üzərindən İtaliyaya qayıdıb”.

    Bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.

    “Bir neçə dəqiqə əvvəl 29 həmyerlimiz uzun səfərdən sonra quru yol ilə İranı tərk edərək Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə ölkədən çıxdılar”, – deyə Tayani bildirib.

    Nazir bununla bağlı təşəkkürünü də ifadə edib:

    “Tehrandakı və Bakıda yerləşən səfirliklərimizə təşəkkür edirəm”.

    Tayani əlavə edib ki, İtaliya hökuməti regionda olan bütün vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməkdə davam edir:

    “İtaliya vətəndaşları heç vaxt bizim tam dəstəyimizdən məhrum qalmayacaqlar”.

  • Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı

    Bakıda faciəli hadisə baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb.

    İnstitutda müalicə alan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev üçüncü mərtəbədəki pəncərədən yıxılıb.

    Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • На Солнце произошла вспышка высочайшего класса

    Мощная вспышка самого высокого класса X произошла на Солнце 18 июня.

    Как передает Median.Az, об этом сообщили ТАСС в центре наблюдения за солнечной активностью.

    “На Солнце зафиксирована вспышка Х1.3 класса, и фактически это первая за последние три недели подобная сильнейшая вспышка”, – сообщили в центре.

    В Институте прикладной геофизики подтвердили ТАСС информацию, уточнив, что вспышка произошла в 00:49 мск (01:49 по Баку – ред.), ее сила – X1.2, продолжительность – 16 минут.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на кв. м. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки могут сопровождаться выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə güclü partlayış baş verib

    İyunun 18-də Günəşdə ən yüksək X sinfindən olan güclü partlayış baş verib.

    Median.Az-ın xəbərinə görə, bu barədə TASS-a Günəş aktivliyinin Müşahidə Mərkəzindən məlumat verilib.

    “Günəşdə X1.3 sinfindən olan partlayış qeydə alınıb və faktiki olaraq bu, son üç həftədə ilk belə güclü partlayışdır”, – deyə mərkəzdən bildirilib.

    Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumatı təsdiqləyiblər və bildiriblər ki, partlayış Moskva vaxtı ilə saat 00:49-da (Bakı vaxtı ilə 01:49 – red.) baş verib, onun gücü X1.2, davamlılığı isə 16 dəqiqə olub.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Лига чемпионов УЕФА: определятся соперники “Карабаха” во втором квалификационном раунде

    Сегодня определится первый соперник “Карабаха” в сезоне 2025/26, который стартует со второго квалификационного раунда Лиги чемпионов УЕФА.

    Церемония жеребьевки, которая пройдет в швейцарском городе Ньон, начнется в 14:00.

    Днем ранее были определены пары первого квалификационного раунда.

    Церемония жеребьевки будет транслироваться в прямом эфире на CBC Sport.

    Отметим, что матчи первого квалификационного раунда пройдут 8-9 и 15-16 июля, второго – 22-23 и 29-30 июля, третьего – 5-6 и 12 августа, а игры плей-офф состоятся 19-20 и 26-27 августа.

  • UEFA Çempionlar Liqası: “Qarabağ”ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq

    UEFA Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq “Qarabağ”ın 2025/26 mövsümündəki ilk rəqibi bu gün müəyyənləşəcək.

    İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi saat 14:00-da start götürəcək.

    Bir gün əvvəl isə birinci təsnifat mərhələsinin cütləri bəlli olub.

    Püşkatma mərasimi “CBC Sport”da canlı yayımlanacaq.

    Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları 8-9 və 15-16 iyulda, ikinci mərhələnin matçları 22-23 və 29-30 iyulda, üçüncü təsnifat mərhələsi 5-6 və 12 avqust, pley-off oyunları isə 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.