Month: June 2025

  • “TikTok”da vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI – VİDEO

    Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    O, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib.

    Faktlarla bağlı araşdırma aparılır.

    F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

    Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.

  • İsrail Rusiyanın vasitəçiliyini rədd etdi

    İsrail İranla münaqişənin həllində Rusiyanın vasitəçilik təklifini rədd edib.

    Median.Az TRT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

    “Hazırda biz ən azı İsrail tərəfindən hər hansı vasitəçilik xidmətlərinə ehtiyac və ya ümumiyyətlə, sülh yolu ilə nizamlanma istəyi görmürük”, – o bildirib.

    Peskovun sözlərinə görə, regionda vəziyyət eskalasiya ssenarisi üzrə inkişaf edir və tamamilə gözlənilməz olaraq qalır.

  • Xaçmazda üçüncü kurs tələbəsi vəfat etdi

    Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin üçüncü kurs tələbəsi Kənan Kamran oğlu Əlipaşayev vəfat edib.

    Bu barədə təhsil mərkəzi paylaşım edib.

    Bildirilib ki, o, “Torna və frezer dəzgahlarının operatoru” qrupunda təhsil alıb.

    Tələbənin xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

  • Джамаал Хилл и Халил Раунтри лицом к лицу в Баку – ФОТО

    Главные бойцы вечера боев UFC Fight Night: Hill vs Rountree Jr., который пройдет в Баку, встретились в Нагорном парке.

    Вo встрече также приняли участие азербайджанские бойцы UFC Рафаэль Физиев, Назим Садыхов и Тофиг Мусаев.

    Турнир пройдет 21 июня в спортивно-концертном комплексе Baku Crystal Hall. Главный поединок вечера состоится между бывшим чемпионом UFC в полутяжелом весе Джамаалом Хиллом и бывшим претендентом на титул Халилом Раунтри. Второй по значимости бой вечера в легком весе пройдет между нашим соотечественником Рафаэлем Физиевым и представителем Чили Игнасио Бахамондесом.

    В рамках турнира в октагон также выйдут представители Азербайджана Назим Садыхов и Тофиг Мусаев. Их соперниками станут Николас Мотта (Бразилия) и Мыктыбек Оролбай (Кыргызстан) соответственно.





  • Camal Hill və Xalil Rauntri Dağüstü Parkda üz-üzə gəldilər – FOTO

    Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər.

    Görüşdə, həmçinin azərbaycanlı UFC döyüşçüləri Rafael Fiziev, Nazim Sadıxov və Tofiq Musayev də iştirak ediblər.

    Turnir iyunun 21-də “Baku Crystal Hall”da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

    Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.





  • Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi

    Gəncə şəhər sakini olan qadın dələduzluqla üzləşib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.

    Onun sözlərinə görə, zərərçəkmiş qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib.

    Belə ki, naməlum nömrədən zəng edən şəxs özünü ABŞ-də yaşayan xeyriyyəçi kimi təqdim edərək, guya 5000 dollar yardım edəcəyini bildirib və bu məqsədlə qadından bank kartı məlumatlarını istəyib.

    Qadın məlumatları qarşı tərəfə göndərdikdən sonra onun hesabındakı 3 146 manat talanıb.

    Nazirlik vətəndaşlara növbəti dəfə müraciət edərək bu kimi hallarda ehtiyatlı olmağa çağırıb:

    “Bank kartınızın nömrəsi, CVV/CVC kodu, istifadə müddəti və SMS-lə gələn birdəfəlik şifrələri heç kəslə heç bir halda paylaşmayın. Heç bir bank və ya xeyriyyəçi şəxsi kart məlumatlarınızı istəməz. Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin. Şübhəli hallar zamanı dərhal bankınıza və polisə məlumat verin. Yardım etmək istəyən şəxs heç vaxt sizdən kart məlumatı istəməz, unutmayın, bu, dələduzların ən yayılmış üsuludur”.

  • В Азербайджане увеличилось количество браков и уменьшилось количество разводов

    За первые четыре месяца 2025 года районными (городскими) регистрационными отделами Министерства юстиции зарегистрировано 14 953 брака и 6 784 случая развода.

    Об этом сообщили в Государственном комитете статистики.

    По сравнению с соответствующим периодом прошлого года количество браков на каждые 1 000 жителей увеличилось с 4.1 до 4.4, а количество разводов снизилось с 2.1 до 2.

  • Ölkədə nikahlar artıb, boşanmalar isə azalıb

    Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 953 nikah və 6 784 boşanma halları qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.1-dən 4.4-ə qədər artıb, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.

  • Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib

    Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşlardan gələn çoxsaylı şikayətlər əsasında Novxanı qəsəbəsində yerləşən bir neçə ictimai iaşə obyektində yaranan səs-küyə qarşı profilaktik tədbir keçirilib.

    Nəticədə bir neçə obyektin gecə yarısından sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

    Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

  • Доходы населения Азербайджана выросли на 7%

    В январе-мае этого года номинальные доходы населения Азербайджана составили 34 млрд 104 млн манатов.

    Как сообщает Median.Az со ссылкой на данные Госкомстата, это на 6.9% больше по сравнению с аналогичным периодом прошлого года.

    За последний год номинальный доход на душу населения в стране вырос на 6.4% и достиг 3 333 манатов.