Month: June 2025

  • Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb

    Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 34 milyard 104 milyon manat təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.9% çoxdur.

    Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6.4% artaraq 3 333 manata çatıb.

  • Азербайджан призвал Израиль не наносить удары по местам проживания азербайджанцев в Иране

    Конфликт между Израилем и Ираном наносит большой ущерб гражданским объектам и мирным гражданам с обеих сторон. Военные операции еврейского государства также охватывают территории, где проживают азербайджанцы в Исламской Республике, и в таких случаях неизбежны потери среди гражданских, разрушение социальной инфраструктуры.

    Азербайджан по различным каналам направил руководству Израиля сообщение с призывом не наносить удары по населенным пунктам в Иране, где проживают азербайджанцы, и не причинять ущерб гражданской инфраструктуре и мирному населению.

  • Azərbaycandan İsrail rəhbərliyinə MESAJ

    İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır.

    Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.

  • Песков поблагодарил Азербайджан за помощь в эвакуации россиян из Ирана

    Эвакуация россиян из Ирана осуществляется через КПП на границе с Азербайджаном. Баку предоставляет благоприятные условия, за что в Москве им очень признательны.

    Как передает Median.Az, об этом заявил журналистам пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Выход в основном и доставка [россиян] осуществляется к КПП на границе с Азербайджаном. Азербайджанские наши друзья также предоставляют благоприятные условия, за что мы им очень признательны”, – отметил представитель Кремля, отвечая на вопрос о том, есть ли информация о том, сколько россиян остаются в Иране, сколько желают эвакуироваться.

    Работа по координации и эвакуации граждан РФ продолжается круглосуточно, подчеркнул Песков. “Посольство обладает всеми цифрами тех граждан, которые были в кругу внимания посольства, знает, сколько их, знает, кто желает эвакуироваться, очень тщательно отслеживает наших граждан с тем, чтобы ничто не представляло для них угрозу”, – уточнил он.

    По меньшей мере 313 российских граждан эвакуированы 14-15 июня из Ирана в Азербайджан, сообщило посольство РФ в Тегеране. По информации посольства, 14 июня были эвакуированы 88 человек, включая съемочную группу Федора Бондарчука, 15 июня – 225 человек, в том числе дети. Речь идет о членах семей сотрудников российских загранучреждений, артистах Большого симфонического оркестра им. Чайковского и других российских гражданах.

  • Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

    “Rusiyalıların İrandan evakuasiyası əsasən Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsi vasitəsilə həyata keçirilir”.

    Median.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

    O, İranda nə qədər Rusiya vətəndaşının qaldığı və onların nə qədərinin təxliyə olunmaq istədiyinə dair suala cavab verib.

    “Çıxış əsasən vətəndaşlarımızın Azərbaycanla sərhəddəki keçid məntəqəsinə çatdırılması yolu ilə həyata keçirilir. Azərbaycanlı dostlarımız bu proses üçün əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

    Peskov əlavə edib ki, Rusiya vətəndaşlarının koordinasiyası və evakuasiyası ilə bağlı işlər fasiləsiz davam etdirilir:

    “Səfirlik diqqət mərkəzində olan vətəndaşların dəqiq sayını bilir, kimlərin təxliyə olunmaq istədiyini müəyyənləşdirib və onların təhlükəsizliyini yaxından izləyir ki, heç bir risklə üzləşməsinlər”, – deyə Kremlin sözçüsü qeyd edib.

    Rusiyanın Tehrandakı səfirliyinin məlumatına görə, 14-15 iyun tarixlərində azı 313 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə olunub: 14 iyunda – Fyodor Bondarçukun çəkiliş qrupu da daxil olmaqla 88 nəfər, 15 iyunda – uşaqlar da daxil olmaqla 225 nəfər evakuasiya edilib. Təxliyə olunanlar sırasında Rusiya xarici nümayəndəliklərinin əməkdaşlarının ailə üzvləri, Çaykovski adına Böyük Simfonik Orkestrin artistləri və digər Rusiya vətəndaşları yer alır.

  • “Qumar kralı”nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı

    “Qumar kralı” kimi tanınan Yusif Baqiyevin (Şəkili) cinayət işi ilə əlaqədar həbs olunan Pərviz Məmmədov azadlığa buraxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bir neçə gün əvvəl P.Məmmədov barəsində seçilmiş həbs qərarını ləğv edib.

    Yeni qərarla Şəkili Yusifin sağ əli kimi tanınan Pərviz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, o, məhkəmə zalındaca azad edilib.

    Qeyd edək ki, Şəkili Yusif və Pərviz Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Onlar qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham olunurlar.

  • Офис Нетаньяху: В Израиле из-за ударов Ирана погибли 24 человека

    Ракетные удары Ирана, начавшиеся 13 июня, привели к гибели 24 человек в Израиле, более 640 пострадали.

    Как передает Median.Az со ссылкой на ТАСС, такие данные приводятся в сводке, которую опубликовал советник в офисе премьер-министра Израиля Дмитрий Гендельман.

    “Потери среди гражданского населения: 24 человека погибли, более 647 человек получили ранения. 10 из них в тяжёлом состоянии, 37 средней тяжести, свыше 600 – с лёгкими травмами” – отмечается в сообщении.

    Кроме того, бы объявлен материальный ущерб:

    – в Налоговое управление подано 18 766 заявлений на компенсацию, из них:

    – 15 861 – ущерб зданиям

    – 1 272 – повреждение автотранспорта

    – 1 633 – убытки, связанные с имуществом и содержимым.

    Отмечается, что в целом 2 725 граждан были эвакуированы из своих домов.

    Также было отмечено, что с момента начала операции по территории Израиля выпущено около 400 ракет и сотни БПЛА. Зафиксированы удары в примерно 35 различных локациях.

  • İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI

    İran son eskalasiya mərhələsinin əvvəlindən bəri İsrailə qarşı təxminən 400 raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb.

    Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

    Bildirilib ki, əməliyyatın başlanğıcından bəri İsrail ərazisinə yüzlərlə raket və PUA atılıb, nəticədə təxminən 35 müxtəlif məkanda düşmə halları qeydə alınıb.

    Zərbələr nəticəsində 24 nəfər həyatını itirib, 650-yə yaxın şəxs isə xəsarət alıb. Yaralananlardan 10-nun vəziyyəti ağır, 37 nəfər orta ağırdır.

    Bundan başqa İsrailin Vergi İdarəsindən bildirilib ki, şəxsi mülklərə dəyən zərərlə bağlı 18 766 müraciət daxil olub. Onlardan 15 861-i binalara, 1 272-si nəqliyyat vasitələrinə aiddir, 1 633 müraciət isə əmlaka və onun daxilindəki əşyalara dəymiş zərərlə bağlıdır.

    Məlumatda o da bildirilir ki, 2 725 nəfər öz evlərindən təxliyə olunub.

  • Тиктокер Kürd переведен под домашний арест

    В Бакинском апелляционном суде было рассмотрено ходатайство об изменении меры пресечения в виде ареста в отношении тиктокера Джейхуна Набиева, известного по прозвищу Kürd.

    Как сообщает Oxu.Az, суд удовлетворил ходатайство, а мера пресечения была заменена на домашний арест.

    Напомним, что Дж.Набиев был задержан в декабре 2024 года. Он обвиняется в незаконном обороте наркотических средств, в его отношении возбуждено уголовное дело. Решением суда тиктокер был арестован.

  • “Kürd” ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

    Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

    Bakı Apellyasiya Məhkəməsində “TikTok” sosial şəbəkəsində “Kürd” ləqəbi ilə tanınan Ceyhun Şakir oğlu Nəbiyevin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

    Məhkəmə vəsatəti təmin edib və C.Nəbiyev istintaq dövründə ev dustaqlığına buraxılıb.

    Xatırladaq ki, C.Nəbiyev ötən ilin dekabrında saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və barəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə tiktoker həbs edilib.
    //oxu.az