Month: June 2025

  • “Сабах” расстался еще с двумя тренерами

    Вместе с Василием Березуцким футбольный клуб “Сабах” покинули и его помощники.

    Российские специалисты Дмитрий Смирнов и Александр Нагорный попрощались с бакинской командой.

    В контракты Смирнова и Нагорного был добавлен пункт, согласно которому в случае ухода главного тренера их соглашения автоматически прекращаются. В отличие от них, вероятность продолжения работы тренера вратарей Алексея Антонюка высока. Потому что клуб заинтересован в продолжении сотрудничества с ним.

    Отметим, что Василий Березуцкий несколько дней назад покинул “Сабах” в связи с возникшими проблемами в семье.

  • “Sabah” daha iki məşqçisi ilə yolları ayırdı

    Vasili Berezutski ilə birlikdə onun “Sabah”dakı köməkçiləri də klubu tərk ediblər.

    Rusiyalı mütəxəssislər Dmitri Smirnov və Aleksandr Naqornı Bakı təmsilçisi ilə vidalaşıblar.

    Smirnov və Naqornının müqavilələrinə elə maddə əlavə olunmuşdu ki, baş məşqçi ayrıldığı təqdirdə onların da sözləşmələri avtomatik olaraq başa çatır. Onlardan fərqli olaraq, qapıçılar üzrə məşqçisi Aleksey Antonyukun “Sabah”da işini davam etdirmək ehtimalı yüksəkdir. Çünki klub onunla əməkdaşlığı dayandırmamaqda maraqlıdır.

    Qeyd edək ki, Vasili Berezutski bir neçə gün əvvəl ailəsində yaranmış problemlə əlaqədar “Sabah”dan ayrılıb.

  • Şirvanda yaşayış binası yandı

    Şirvan şəhərində yaşayış binası yanıb.

    Hadisə rayonun Gülbala Şıxbalaoğlu küçəsində baş verib.

    Həmin küçədə 9 ailənin məskunlaşdığı ikimərtəbəli yaşayış binasında qəfil yanğın başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib. Vətəndaşlar təxliyə ediliblər. Yanğın söndürülsə də, binadakı mənzillərə xeyli ziyan dəyib.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş vermiş yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə zamanı yeddi sakin təxliyyə edilib, xəsarət alan olmayıb.

  • Иран впервые применил современные ракеты вертикального старта

    В последние дни Иран запустил ракеты, которые взлетают вертикально, исчезают в небе и направляются в сторону намеченных целей, отмечают эксперты.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    По мнению экспертов, речь идёт о первом гиперзвуковом оружии Fattah (Fateh,Fath) или новейших модификациях баллистических ракет типа Sejjil и Kheibar.

    Такие ракеты стартуют вертикально, поднимаются в верхние слои атмосферы и поражают цели с большой скоростью и точностью.

  • İran İsrailə hücumda ilk dəfə müasir şaquli buraxılış raketlərindən istifadə edib

    Son günlər İranın buraxdığı raketlər şaquli şəkildə havaya qalxır, səmada gözdən itir və nəzərdə tutulan hədəflərə doğru istiqamətlənir.

    “Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə mütəxəssislər bildiriblər.

    Onların fikrincə, söhbət ilk hipersəs silahı olan “Fəttah” (Fateh, Fat), “Sejjil” və “Xeybər” kimi ballistik raketlərin son modifikasiyasından gedir.

    Belə raketlər şaquli olaraq start götürür, atmosferin yuxarı qatlarına qalxır və hədəfləri böyük sürətlə və dəqiqliklə vurur.

  • За что мужчина попытался убить своего отца на улице в Исмайыллинском районе? – ПОДРОБНОСТИ

    Стали известны подробности поножовщины в селе Талыстан Исмайыллинского района.

    По полученной Oxu.Az информации, местный житель Бахлул Азизов (1968 г.р.) считается алкоголиком. Он ежедневно выпивал и совершал неприличные действия на улице, оскорблял жителей села. Односельчане неоднократно жаловались на это его сыну, однако действия Б.Азизова не прекращались.

    Вчера вечером Б.Азизов снова в состоянии алкогольного опьянения поссорился с жителями села. Они снова сообщили об этом его сыну. Уставший от поведения отца Кянан Азизов (1994 г.р.) попытался отвести мужчину домой, но Бахлул набросился с оскорблениями и на сына. В результате К.Азизов нанес отцу ранения в брюшную полость и шею ножом, который принес с собой.

    * * * * *

    В селе Талыстан Исмайыллинского района произошла поножовщина.

    По информации Oxu.Az, местный житель Кянан Азизов (1994 г.р.) нанес ножевые ранения в области живота и горла своему отцу Бахлулу Азизову (1968 г.р.) на улице.

    С помощью жителей села пострадавший был доставлен в больницу и прооперирован.

    В результате проведенной операции задержан подозреваемый в совершении преступления К.Азизов.

    По данному факту возбуждено уголовное дело.

  • İsmayıllıda oğul atasını söyüşə görə bıçaqlayıb? – TƏFƏRRÜAT

    İsmayıllı rayonunda oğulun atasını bıçaqlamasının təfərrüatı məlum olub.

    Hadisə rayonun Talıstan kəndi ərazisində küçədə baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovun içki düşkünü olduğu deyilir. Məlumata görə, B.Əzizov hər gün içərək küçədə nalayiq hərəkətlər edir, kənd sakinlərini təhqir edirmiş. Sakinlər bu barədə onun oğluna dəfələrlə məlumat versələr də, B.Əzizov hərəkətlərinə son qoymayıb.

    Dünən axşam saatlarında B.Əzizov yenə içkili vəziyyətdə kənd sakinləri ilə yersiz mübahisə edib. Sakinlər bu barədə yenidən onun oğluna məlumat veriblər. Atasının hərəkətlərindən bezən 1994-cü il təvəllüdlü Kənan Əzizov hadisə yerinə gələrək atasını evə aparmaq istəyib. Həmin vaxt ata oğlunu da küçə söyüşləri ilə təhqir edib. K.Əzizov özü ilə götürdüyü bıçaqla atasına qarın boşluğu və boğazından xəsarət yetirib.

    * * * * *

    İsmayıllı rayonunda küçədə bıçaqlanma hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Talıstan kəndində baş verib.

    Kənd sakini, 1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov küçədə atası, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovu bıçaqlayıb. O, atasına qarın və boğaz nahiyəsindən iki zərbə endirib.

    Kənd sakinlərinin köməyi ilə yaralı xəstəxanaya yerləşdirilib, əməliyyat olunub.

    Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Əzizov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Vasif Talıbovun yaratdığı fond LƏĞV EDİLDİ

    Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib.

    Median.Az Modern.az-a istindən xəbər verir ki, sözügedən qurum iki ay ərzində fəaliyyətini tam dayandıracaq.

    Fondu ləğvi ilə bağlı müvafiq fərman imzalanıb. Naxçıvan qanunvericiliyində Fondun ləğvi ilə bağlı müəyyən dəyişikliklər ediləcək.

    Qeyd edək ki, Naxçıvan Aqrar Sığorta Fondu 2020-ci ilin yanvarında Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun fərmanı ilə yaradılıb.

    Xatırladaq ki, Vasif Talıbov 1995-ci ildən 21 dekabr 2022-ci ilədək Ali Məclisin sədri vəzifəsində çalışıb.

  • В Масаллинском районе 40-летний мужчина умер в центре отдыха

    В Масаллинском районе произошел трагический случай.

    Эльвин Алибала оглу Шукюров (1985 г.р.) утром был найден мертвым в центре отдыха, сотрудником которого он являлся.

    Находясь на рабочем месте, состояние мужчины внезапно ухудшилось, и он скончался.

    По данному факту в районной прокуратуре ведется расследование.
    //oxu.az

  • Masallıda 40 yaşlı kişi istirahət mərkəzində öldü

    Masallı rayonunda 40 yaşlı kişi iş yerində ölüb.

    1985-ci il təvəllüdlü Elvin Əlibala oğlu Şükürovun meyiti səhər saatlarında Masallı rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzində aşkarlanıb. Onun qəflətən halı pisləşib və orada ölüb.

    Məlumata görə, E.Şükürov həmin istirahət mərkəzinin işçisi olub.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az