Month: June 2025

  • İnsanlar uşaq sahibi olmağı dayandırsa, bəşəriyyət nə vaxt məhv olacaq? – Alim cavab verdi

    Hazırda dünya əhalisinin sayı 8 milyard nəfəri ötüb. Lakin əgər insanlar tamamilə uşaq doğmağı dayandırsalar, bu, bəşəriyyətin yoxa çıxmasına səbəb ola bilər.

    “Live Science” nəşri bu barədə antropoloq, Binqemton Universitetinin professoru Maykl A. Littlin fikirlərinə istinadən yazır.

    Professorun sözlərinə görə, doğumun kəskin şəkildə dayanması insanlığın yavaş-yavaş yox olmasına gətirib çıxarar. Əvvəlcə əmək qabiliyyətli gənclərin çatışmazlığı başlayar, bu isə dünya üzrə cəmiyyətlərin dağılmasına səbəb olar.

    Maykl A. Littl xatırladır ki, BMT-nin hesablamalarına əsasən, 1974-cü ildə dünya əhalisi 4 milyard nəfər idi. Bu göstərici 2022-ci il noyabrın 15-də 8 milyardı keçərək iki dəfə artıb.

    Hazırda bir çox ölkələrdə qadınlar əvvəlki illərə nisbətən daha az uşaq doğurlar. Ən kəskin azalma Hindistan və Cənubi Koreya da daxil olmaqla bir sıra ölkələrdə müşahidə olunur.

    Professor qeyd edir ki, doğumun tamamilə dayanması nəticəsində ərzaq istehsalı və səhiyyə xidməti ilə bağlı ciddi problemlər ortaya çıxacaq. İnsanların sayı azalsa da, ərzaq və tibbi resurslar qıtlığa çevriləcək.

    Maykl A. Littlin proqnozuna görə, əgər doğumlar dayansa, bəşəriyyətin yoxa çıxması 100 ildən tez, təxminən 70-80 il ərzində baş verə bilər. Bu, əsasən ərzaq, təmiz su və dərman çatışmazlığı səbəbindən ola bilər.

    Bununla belə, professor qeyd edir ki, doğumun kəskin və qlobal şəkildə dayanması real görünmür. Belə bir ssenariyə səbəb ola biləcək yeganə amil yüksək yoluxuculuğa malik xəstəlik və ya nüvə müharibəsi kimi qlobal fəlakətlər ola bilər.

    Alim əlavə edir ki, belə vəziyyətlərdə yaşlı və gənc nəsillər arasında tarazlıq da pozular. Gənc nəsil adətən texnoloji və sosial inkişafın əsas hərəkətverici qüvvəsidir və yaşlı nəslin çoxu məhz gənclərin köməyinə ehtiyac duyur.
    //qaynar.az

  • Qazaxda evə basqın edən 64 yaşlı kişi saxlanıldı

    İyunun 16-da gecə saatlarında Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə naməlum şəxs daxil olaraq ev sahibindən hədə-qorxu ilə pul tələb edib.

    O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.

    Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.

  • Группа граждан Беларуси была эвакуирована из Ирана в Азербайджан

    Группа граждан Беларуси была эвакуирована из Ирана в Азербайджан через пропускной пункт на государственной границе нашей страны.

    Среди них есть и несовершеннолетние.

    Отметим, что в течение дня продолжается эвакуация желающих вернуться в свои страны через азербайджанскую границу.

    За последние несколько дней в связи с напряженностью в Иране граждане нескольких стран вернулись на родину через территорию Азербайджана.

  • Belarus vətəndaşlarından ibarət qrup İrandan Azərbaycana təxliyə olunub

    Bir qrup Belarus Respublikası vətəndaşının Azərbaycan dövlət sərhədinin buraxılış məntəqəsindən keçməklə İrandan Azərbaycana təxliyə olunub.

    Təxliyə olunan qrup üzvləri arasında azyaşlılar da var.

    Qeyd edək ki, gün ərzində Azərbaycan sərhədi vasitəsilə öz ölkələrinə getmək istəyənlərin təxliyəsi davam edir. Son bir neçə gün ərzində İranda baş verən gərginliklə əlaqədar bir neçə ölkənin vətəndaşları Azərbaycandan öz vətənlərinə qayıdıblar.

  • Иран продолжит переговоры с США только в случае прекращения израильских ударов

    США должны остановить израильские атаки на Тегеран для возобновления переговоров.

    Как сообщает Median.Az со ссылкой на агентство Mehr, об этом заявил президент Ирана Масуд Пезешкиан в ходе телефонного разговора со своим турецким коллегой Реджепом Тайипом Эрдоганом.

    “Если США хотят возобновить переговоры, они должны сначала остановить региональную агрессию Израиля”, – сказал он.

    Пезешкиан добавил, что “Иран не стремится к расширению войны”, но ответит “на любое нападение на иранскую землю”.

  • İran ABŞ ilə danışıqları İsrailin zərbələri dayanandan sonra davam etdirəcək

    ABŞ danışıqları bərpa etmək üçün İsrailin Tehrana hücumlarını dayandırmalıdır.

    Bunu İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

    “ABŞ danışıqları bərpa etmək istəyirsə, ilk növbədə İsrailin təcavüzünü dayandırmalıdır”, – Pezeşkian bildirib.

  • СМИ: Трамп не сразу согласился с планом Израиля атаковать Иран

    Американский президент Дональд Трамп поначалу выступал против стремления Израиля атаковать Иран, но позднее согласился на подобные действия.

    Как передает Median.Az, об этом сообщает NBC со ссылкой на многочисленные источники в США и на Ближнем Востоке.

    “Трамп был против варианта с израильскими военными действиями в отношении Ирана, отдавал предпочтение переговорам, а не бомбардировкам”, – информирует телеканал.

    По его данным, после решающего брифинга председателя Объединенного комитета начальников штабов Дэна Кейна об израильских планах и вариантах США с поддержкой операции “Трамп дал молчаливое согласие и решил предоставить ограниченную американскую помощь”.

    “Когда Кейн вел брифинг 8 июня, Трамп был все более раздражен тем, что Иран не давал ответ на очередное предложение по ядерному соглашению”, – отмечает телеканал.

    При этом к 8 июня израильские власти уже делились с Вашингтоном своими планами операции против Ирана.

  • KİV: Tramp İsrailin İrana hücum planı ilə dərhal razılaşmayıb

    ABŞ Prezidenti Donald Tramp əvvəlcə İsrailin İrana hücum etmək istəyinə qarşı çıxıb, lakin sonradan belə addımlarla razılaşıb.

    Bu barədə NBC ABŞ və Yaxın Şərqdəki çoxsaylı mənbələrə istinadən bildirir.

    “Tramp İsrailin İrana qarşı hərbi əməliyyatlar variantına qarşı idi, danışıqlara üstünlük verirdi, bombardmana yox”, – telekanalın məlumatında bildirilib.

    Telekanalın məlumatına görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin İsrail ilə bağlı planları və ABŞ-nin əməliyyata dəstək variantları haqqında həlledici brifinqindən sonra “Tramp səssiz razılıq verib və məhdud yardım göstərməyi qərara alıb”.

  • Air Arabia и Lufthansa приостанавливают рейсы в ряд стран Ближнего Востока на фоне конфликта Ирана и Израиля

    Авиакомпании Air Arabia (ОАЭ) и Lufthansa (ФРГ) объявили о временной приостановке полетов в ряд стран Ближнего Востока и Евразии из-за растущей напряженности в регионе на фоне военного конфликта Израиля и Ирана.

    Как сообщает Report со ссылкой на Lufthansa, авиакомпания приостанавливает полеты в Тель-Авив (Израиль) и Тегеран (Иран) до 31 июля.

    Кроме того, до 20 июня отменены перелеты в Амман (Иордания), Эрбиль (Ирак) и Бейрут (Ливан).

    Air Arabia со своей стороны сообщила о временном приостановлении полетов в 5 стран: в Иран – до 30 июня включительно, Ирак — до 30 июня, Иорданию — до 20 июня, Россию – до 20 июня 2025 года, Ливан – до 17 июня 2025 года.

  • “Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar

    “Air Arabia” (BƏƏ) və “Lufthansa” (Almaniya) aviaşirkətləri İsrail və İran arasında hərbi münaqişə fonunda Yaxın Şərq və Avrasiyanın bir sıra ölkələrinə uçuşların müvəqqəti dayandırıldığını elan ediblər.

    “Report”un “Lufthansa”ya istinadən verdiyi məlumatına görə, aviaşirkət Təl-Əviv (İsrail) və Tehrana (İran) uçuşları iyulun 31-nə qədər dayandırır.

    Bundan əlavə, Amman (İordaniya), Ərbil (İraq) və Beyruta (Livan) uçuşlar iyunun 20-nə qədər ləğv edilib.

    “Air Arabia” isə öz növbəsində 5 ölkəyə uçuşların müvəqqəti dayandırıldığını bildirib: İrana və İraqa – iyunun 30-na qədər, İordaniyaya və Rusiyaya – iyunun 20-nə qədər, Livana – iyunun 17-nə qədər.