Month: June 2025

  • Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

    Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Sirius” müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə göndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti – qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb.

    Median.Az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) saytına istinadla xəbər verir.

    Məlumata görə, son illərdə idxal olunan məhsullarda bu cür təhlükəli karantin obyektinə rast gəlinməyib.

    Bildirilir ki, nematodun yayılmasının qarşısını almaq məqsədilə kartof partiyasının Kalininqrad vilayəti ərazisinə buraxılmasına icazə verilməyib.

    Qeyd edək ki, qızılı kartof nematodu mikroskopik ölçülü qurd olub, ən təhlükəli karantin zərərvericilərindən biridir.

  • В Персидском заливе сотни кораблей сбились с курса

    В Персидском заливе произошел массовый сбой навигации судов, сообщает Oxu.Az со ссылкой на Bloomberg.

    Отмечается, что навигация пропала у более чем 900 судов. Навигационные сигналы пропали в районе Ормузского пролива и Персидского залива. Как отмечают авторы статьи, сбой произошел на фоне эскалации конфликта между Ираном и Израилем.

    Системы на рыболовных и грузовых судах, а также на танкерах начали показывать ненормальные маршруты. Команды судов были вынуждены полагаться на показания радаров и компасов, что увеличило риск столкновений.

    Совместный морской информационный центр (JMIC) зафиксировал “экстремальное глушение” сигналов в районе иранского порта Бендер-Аббас. При этом специалисты центра не выявили подготовки к блокаде Ормузского пролива.

  • Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT – 900-dən çox gəmi kursunu itirdi

    Fars körfəzində və Hörmüz boğazı yaxınlığında baş verən kütləvi naviqasiya pozuntusu nəticəsində 900-dən çox gəmi kursdan çıxıb.

    Median.Az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

    Bildirilir ki, balıqçı, yük gəmiləri və neft tankerləri daxil olmaqla yüzlərlə gəminin naviqasiya sistemləri qəfil dayanıb – onlar yalnız radar və kompaslarla hərəkət etməyə məcbur olublar. Bu isə toqquşma riskini artırıb.

    Məlumatda qeyd olunur ki, bu hadisə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxta təsadüf edir.

    Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bu ərazidə, xüsusilə Bəndər-Abbas limanı yaxınlığında problemi qeydə alıb. Lakin Hörmüz boğazının blokadasına hazırlıq əlaməti aşkarlanmayıb.

  • Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb

    Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər olunmuş Cəlilabad sakinləri – 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.

    Verilən məlumata görə, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    İlkin araşdırma zamanı onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?

    “2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir”.

    Median.Az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

    O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:

    “İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.

    Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq”.

    V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.

    “Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.

    Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:

    “Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var”.

    R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.

    “Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur”, – deyə o fikrini tamamlayıb.

  • В Баку насмерть разбилась четырехлетняя девочка

    Трагический случай произошел в Наримановском районе Баку.

    Как сообщает Median.Az со ссылкой на lent.az, инцидент зафиксировал на улице Тебриз.

    Четырехлетняя Айша Самир гызы Сулейманова погибла, упав с балкона квартиры на восьмом этаже.

  • Bakıda FACİƏ: Dörd yaşlı qız səkkizinci mərtəbədən yıxılıb öldü

    Bakıda dörd yaşlı uşaq faciəli şəkildə ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb.

    4 yaşlı Ayşə Samir qızı Süleymanova yaşadığı səkkizinci mərtəbənin eyvanından yıxılaraq ölüb.

  • Азербайджан взял на себя покрытие расходов на размещение в гостинице российской делегации из Ирана

    Российская делегация представителей дипломатического и научного сообществ, эвакуированная из Ирана в Азербайджан, ожидает вылета из Баку в Москву. Прибытие рейса в аэропорт Шереметьево ожидается вечером.

    Как передает Median.Az, об этом сообщила ТАСС член Совета при президенте РФ по развитию гражданского общества и правам человека (СПЧ), профессор МГИМО МИД России Элина Сидоренко.

    “Сегодня у нас будет организованный вылет в Москву. Мы добираемся каждый своих ходом. Вылетаем сегодня в 15:50 (по бакинскому времени – ред.). С точки зрения посольской работы – все на ура, – сообщила Сидоренко. – Прилет ожидается в 18:25 по Москве”.

    Профессор отдельно отметила, что азербайджанская сторона взяла на себя покрытие расходов, связанных с размещением делегации в гостинице. “Спасибо коллегам азербайджанским. Все было организовано в очень хорошем отеле. Было организовано питание, отличные номера”, – добавила она.

    Член СПЧ также сообщила, что все представители делегации были максимально мобилизованы и ориентированы на необходимость “добраться благополучно до безопасной зоны”. “Что радует и за что спасибо каждому – никто не впал в панику. Все понимали, что надо действовать организованно. Все чувствуют себя хорошо, по крайней мере, удовлетворительно. Отравлений, ушибов, ран, перепадов давления и прочих обострений хронических болезней и появления новых у нас пока ни у кого не зафиксировано”, – констатировала профессор.

  • İrandan təxliyə edilən rusiyalı nümayəndələrin hoteldə qalma xərclərini Azərbaycan qarşılayıb

    “Rusiyanın İrandan Azərbaycana təxliyə edilən diplomatik və elmi ictimaiyyət nümayəndələri Bakıdan Moskvaya uçuşu gözləyir”.

    Bunu TASS-a Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Elina Sidorenko deyib.

    “Bu gün Moskvaya uçuşumuz olacaq. Səfirliyin işi baxımından hər şey əladır”, – deyə E.Sidorenko bildirib.

    Təyyarənin Moskva vaxtı ilə saat 18:25-də Şeremetyevo aeroportuna enəcəyi gözlənilir.

    O qeyd edib ki, Azərbaycan tərəfi nümayəndə heyətinin hoteldə yerləşdirilməsi ilə bağlı xərcləri öz üzərinə götürüb:

    “Azərbaycanlı həmkarlarımıza təşəkkür edirəm. Hər şey çox yaxşı hoteldə təşkil olunub. Qidalanma təşkil olunub, hoteldəki otaqlar əladır”.

  • Ağsuda məktəb direktoru VƏFAT ETDİ

    Ağsu rayonunda məktəb direktoru vəfat edib.

    Oxu.az-ın məlumatına görə, Əməkdar müəllim Elman Qarayev dünən gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

    E.Qarayev Ağsu rayonu 5 saylı tam orta məktəbin direktoru idi.