Month: June 2025

  • Aktrisa onu skuterlə vuran kuryerdən “qan pulu” tələb edir

    “Hüquq-mühafizə orqanlarından mənə zəng etdilər ki, sizi skuterlə vuran şəxs müəyyən edilib. Həmin şəxs mənə səsli qeyd göndərərək üzr istədi, mən danışa bilmədim, ailə üzvlərim danışdılar”.

    Median.Az xəbər verir ki, bunu “Teleqraf”a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova onu skuterlə vuran şəxs haqqında danışarkən deyib.

    Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Ucar rayon sakini R.Abdullayevdir: “Mənə deyir ki, kasıb adamam, kuryer işləyirəm, borclarım var, kirayədə yaşayıram. Şikayətimi geri götürməyimi xahiş edir. Skuterlə vuran şəxsin həyat yoldaşı mənə bildirir ki, hadisə zamanı həyat yoldaşı mənə su gətirib, yardım etmək istəyib, amma qəbul etməmişəm. Mən üzünü görməmişəm. Həmin vaxt vəziyyətim yaxşı deyildi və bunu xatırlamıram. Məndən şikayətimi geri götürməyi xahiş edir”.

    O, aldığı xəsarətlə bağlı da danışıb: “Kəllə sümüyüm zədələnib, həkimlər deyirlər ki, beş-altı aya bərpa olunacaq. Hazırda əsas mübarizəm öz sağlamlığımdır. Allaha şükür edirəm ki, sağ qalmışam. Bəlkə yataq xəstəsi olardım, o zaman vəziyyət necə olardı?”

    İ.Rəşidova qeyd edib ki, qarşı tərəfdən “qan pulu” tələb edib: “Mən ondan bahalı şeylər tələb etmirəm. Sadəcə “qan pulu” tələb etmişəm. Amma qapıdan içəri belə girməyiblər. Mən başa düşürəm, eyni hadisəni mənim yaxınlarımın da başına gələ bilər. Amma mən düşünürəm ki, onlar mütləq xəsarət alan şəxsi ziyarət edərdilər”.

    Aktrisa şikayətini geri götürməyi də istisna etməyib: “Ola bilər ki, şikayətimi geri götürüm”.

    Qeyd edək ki, iyunun 6-da aktrisa Səbail rayonu ərazisində skuter sürən şəxs tərəfindən vurulub. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi. Hazırda ev şəraitində müalicəsini davam etdirilir.

  • Xaçmazda mənzildən meyit tapılıb

    Xaçmaz şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı – Bakıdakı qəzanın VİDEOSU

    Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada işıqforu sıradan çıxıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, hadisə nəticəsində digər nəqliyyat vasitəsinə də zərər dəyib.

    Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.

  • МИД: Из Ирана эвакуированы более 40 граждан Азербайджана

    Посольство Азербайджана в Иране, Генеральное консульство в Тебризе, а также посольство в Израиле рассматривают обращения граждан, поступившие на горячие линии, и предпринимают необходимые меры.

    Об этом заявил пресс-секретарь Министерства иностранных дел Азербайджана Айхан Гаджизаде.

    По его словам, в результате предпринятых шагов обеспечен переход через иранско-азербайджанскую границу 41 гражданина Азербайджана, включая членов семей сотрудников посольства.

    А.Гаджизаде отметил, что дипломатические представительства Азербайджана в Иране продолжают свою работу.

  • 40-dan çox Azərbaycan vətəndaşı İrandan təxliyə edilib – Aralarında diplomatlar da var

    “İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür”.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib:

    “Bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir”.

  • Прогноз погоды в Азербайджане на 17.06.2025

    17 июня в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, преимущественно без осадков, однако в ночь с 16 на 17 июня местами возможен кратковременный дождь, будет дуть умеренный северо-западный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха в столице и на Абшероне ночью составит 19-21, днем – 25-29 градусов тепла.

    Атмосферное давление ниже нормы – 757 мм ртутного столба. Относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана ожидаются дожди с грозами, ливни, град, в высокогорье – мокрый снег, ночью и утром на отдельных территориях – туман, западный ветер местами усилится.

    Температура воздуха ночью составит 16-20, днем – 25-30, в горах ночью – 5-9, днем – 11-16 градусов выше нуля.

  • Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq

    Azərbaycan ərazisində iyunun 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

  • Армия Израиля зафиксировала ракетный запуск со стороны Йемена

    Израильские военные зафиксировали новый ракетный запуск в направлении еврейского государства, на этот раз обстрел произведен со стороны Йемена.

    Об этом сообщила армейская пресс-служба.

    По ее информации, в ряде районов страны объявлена воздушная тревога.

  • İsrailə növbəti raket hücumu Yəməndən oldu

    İsrail Ordusu Yəmən istiqamətindən ölkə ərazisinə doğru yeni raket buraxılışını qeydə alıb.

    Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    Verilən məlumata əsasən, ölkənin bir sıra bölgələrində hava həyəcanı siqnalı verilib.

    Xatırladaq ki, dünən Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər İsrail Müdafiə Ordusunun Təl-Əvivdəki infrastrukturuna zərbələr endirib.

  • СМИ: Верховного лидера Ирана эвакуировали в бункер после ударов Израиля

    Верховного лидера Ирана Али Хаменеи перевезли в бункер в район Лавизан, расположенный к северо-востоку от Тегерана.

    Об этом сообщает Iran International со ссылкой на два источника в Исламской Республике.

    По их словам, это произошло спустя несколько часов после израильских ударов утром 13 июня. Все члены семьи Хаменеи находятся вместе с ним.

    Один из дипломатов утверждает, что лидера Ирана могли устранить в первую же ночь операции, но оставили в живых, чтобы он мог принять решение о свертывании программы по обогащению Ирана.