Month: June 2025

  • Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən etibarən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadır.

    Bakı-Qazax-Bakı marşrutu üzrə ilk dəfə İsveçrənin “Stadler Rail” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.

    Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

    Qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax-Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.

    Bilet satışına artıq 5 iyun tarixindən start verilib. Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.

    Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az) əldə etmək mümkündür.

    Bakı-Qazax-Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.

    ADY Bakı-Qazax-Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Belə ki, Bakı-Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi işləri yerinə yetirilib. Həmçinin Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

    Bakı-Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək. Bununla Qazax rayonunun əhalisi də daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək.

  • Прогноз погоды в Азербайджане на 15.06.2025

    15 июня в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, преимущественно без осадков, утром умеренный северо-западный ветер местами усилится.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха в столице и на Абшероне ночью составит 20-22, днем – 25-28 градусов тепла.

    Атмосферное давление ниже нормы – 755 мм ртутного столба. Относительная влажность ночью – 70-75%, днем – 60-65%.

    В северных и западных районах Азербайджана ожидаются кратковременные дожди с грозами, ливни, град, ночью и утром на отдельных территориях – туман, умеренный западный ветер местами усилится.

    Температура воздуха ночью составит 18-23, днем – 29-34, в горах ночью – 8-13, днем – 15-18 градусов выше нуля.

  • Bayram gününün havası AÇIQLANDI

    Azərbaycanda iyunun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər saatlarından başlayaraq arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-22° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.

    Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-18° isti olacaq.

  • В Ханкенди спустя 37 лет прозвенел последний звонок

    В средней школе №4 имени Н.Гянджеви города Ханкенди прошло мероприятие по случаю “Последнего звонка”.

    Об этом сообщили в отделе по связям с общественностью Службы восстановления, строительства и управления в городе Ханкенди, Агдеринском и Ходжалинском районах.

    Согласно информации, сегодня в освобожденном городе Ханкенди впервые за 37 лет в средней школе прошло мероприятие по случаю “Последнего звонка”. В этот день также последний звонок прозвенел для выпускников 1988 года, который в свое время не мог состояться. В мероприятии приняли участие заместитель специального представителя Президента Азербайджанской Республики в городе Ханкенди, Агдеринском и Ходжалинском районах Сабухи Гахраманов, сотрудники Министерства науки и образования, сотрудники школы, ученики, родители, семьи шехидов и ветераны войны.

    В день “Последнего звонка” прозвучал Государственный гимн, минутой молчания была почтена память шехидов, отдавших свои жизни за территориальную целостность Азербайджанской Республики.

    Выступая на мероприятии, заместитель специального представителя Президента Азербайджанской Республики в городе Ханкенди, Агдеринском и Ходжалинском районах Сабухи Гахраманов отметил, что меры, осуществляемые под руководством Президента Ильхама Алиева в направлении развития азербайджанского образования, играют неоценимую роль в воспитании молодежи как грамотных и настоящих граждан. Он отметил, что сегодня для будущего Азербайджана растут достойные, патриотичные молодые люди. Сабухи Гахраманов также сказал, что созданы все условия для получения молодежью образования по приоритетным для нашей страны специальностям в ведущих высших учебных заведениях мира.

  • Xankəndidə 37 ildən sonra “Son zəng” çalındı

    Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün azad Xankəndi şəhərində 37 ildən sonra orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Məzun günündə, həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tuta bilməyən “Son zəng” tədbiri də qeyd olunub. Qürurverici gündə təşkil edilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil Nazirliyinin əməkdaşları məktəb heyəti, şagirdlər, valideyinlər, şəhid ailələri və müharibə veteranları da iştirak ediblər.

    “Son zəng” günü Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin gənclərin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, vətənpərvər gənclər yetişir. Səbuhi Qəhrəmanov dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarına hər cür şərait yaradıldığını deyib.

    “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.

    Qeyd edək ki, bu il Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub.

  • İsrailin hücumu nəticəsində İranın Şəhid Çamran şəhərində bina çöküb: 60 nəfər ölüb – FOTO

    После удара Израиля обрушилось здание в городе Шахид Чамран на юго-западе Ирана, погибли 60 жителей, включая 20 детей.

    Об этом сообщает иранское государственное телевидение IRIB.

    “60 человек погибли в результате вчерашней атаки Израиля на этот жилой дом, 20 из которых были дети. Тела 10 погибших находятся под завалами”, – сказала корреспондент телеканала.

  • İsrailin hücumu nəticəsində İranın Şəhid Çamran şəhərində bina çöküb: 60 nəfər ölüb – FOTO

    İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində İranın cənub-qərbində yerləşən Şəhid Çamran şəhərində yaşayış binası çöküb.

    Bu barədə İranın dövlət televiziyası xəbər verib.

    İlkin məlumata əsasən, hadisə nəticəsində azı 60 nəfər həlak olub. Ölənlər arasında 20 uşağın da olduğu bildirilir. Bundan başqa azı 10 nəfərin cəsədinin uçqunlar altında qaldığı vurğulanır.

  • В Азербайджане 70 000 педагогов ждет повышение зарплаты

    Сертификация регулирует процедуру проверки профессионального уровня и профпригодности педагогов. Процесс создает серьезный стимул для учителя постоянно работать над собой и улучшать свои результаты. Ведь понятия качественного преподавателя и квалитативного образования составляют единое целое.

    Как сообщает АПА, об этом сказал директор Государственного агентства дошкольного и общего образования Эшги Багиров во время участия в мероприятии “Последний звонок”, проходившем в лицее Zəkalar.

    Он отметил, что после процесса сертификации в этом году количество учителей, которые будут получать зарплату с дифференцированным повышением, составит более 70 000 человек.

    “Каждый гражданин имеет право на качественное образование. А это, в свою очередь, подразумевает наличие профессиональных кадров. Сертификация отвечает этому требованию.

    В соответствующем процессе, организованном с 2022 года, принял участие 64 901 учитель. Должностные оклады 17 426 педагогов, прошедших сертификацию, были увеличены на 35%, а должностные оклады 38 084 педагогов – на 10%”, – сказал Э.Багиров.

  • 70 mindən çox müəllim əməkhaqqısını diffensial qaydada artımla alacaq

    “Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir”.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində keçirilən Son Zəng tədbirində iştirakı zamanı deyib.

    Eşqi Bağırov qeyd edib ki, bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq.

    “Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir.

    2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”, – deyə o bildirib.

  • Иранские баллистические ракеты упали на территории Иордании и Сирии

    Иорданские СМИ передают, что во время ночного ракетного обстрела территории Израиля из Ирана фрагменты ракет упали в районе Сафут, на северо-западной окраине Аммана, столицы Иордании, а также на территорию Сирии, передает Median.Az.

    Сведения о причиненном ущербе уточняются.