Month: June 2025

  • Bakıda mağazanı qarət edən qadınlar tutuldular

    Binəqədi rayonunda mağazadan 1000 manat oğurlanıb.

    Rayonun “28 May” qəsəbəsi ərazisində yerləşən mağazanın icarədarı polisə müraciət edərək oradan 1000 manatın oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 52 yaşlı S.Əlipaşayeva, 61 Z.Bayramova və 44 yaşlı C.Yusifov saxlanılıblar.

    Rayon ərazisindəki avtomobil təmiri sexindən 500 manat dəyərində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 45 yaşlı P.Allahverdiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

    Vətəndaşların bank kartlarından iyunun 13-də 6338 manat pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Belə ki, bir sıra şəxslərin bank hesablarından 1400, 756, 750, 700, 490, 399, 392, 300, 200, 200, 135, 76, 73, 64, 50, 38, 30, 15 AZN və 159 ABŞ dolları məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.

    “Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər. Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin”, – deyə məlumatda qeyd edilib.

  • Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb

    Yaponiyanın Sapporo şəhərində keçirilən MMA üzrə “Rizin Landmark 11” beynəlxalq turnirində Azərbaycan idmançısı Vüqar Kərəmov (71 kq) qələbə qazanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təmsilçimiz Yaponiya idmançısı Şuya Kimuraya qalib gəlib.

    Qeyd edək ki, Kərəmov bu görüşlə qələbələrinin sayını 7-yə çatdırıb. Şuya Kimura isə peşəkar karyerasında ilk dəfə məğlubiyyətlə üzləşib.

  • Donetskdə daha bir yaşayış məntəqəsi Rusiyanın nəzarətinə keçdi

    Rusiya ordusu Donetskdə daha bir məntəqəni nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.

    Bildirilir ki, “Mərkəz” qruplaşmasına daxil olan bölmələrin əməliyyatları nəticəsində Zelenıy Kut yaşayış məntəqəsi Rusiya hərbçilərinin nəzarətinə keçib.

    Xatırladaq ki, bundan əvvəl Petrovski və Alekseyevka Rusiya ordusu tərəfindən nəzarətə götürülmüşdü.

  • В Минобороны РФ сообщили об очередном обмене пленными с Украиной

    Между Россией и Украиной состоялся очередной обмен военнопленными в рамках достигнутых 2 июня в Стамбуле договоренностей.

    Об этом сообщает министерство обороны РФ в Telegram-канале.

    При этом взамен была передана группа военнопленных Вооруженных сил Украины (ВСУ).

    В Минобороны рассказали, что в настоящее время российские бойцы находятся на территории Беларуси, где им оказывается необходимая медицинская и психологическая помощь.

    Позже всех военнослужащих доставят в Россию для прохождения лечения и реабилитации в медицинских учреждениях.

    Предыдущий обмен пленными между сторонами состоялся 12 июня.

    * * * * *

    Украина в рамках стамбульских договоренностей получила еще 1 200 тел погибших бойцов.

    Об этом сообщил украинский координационный штаб по обращению с военнопленными в Facebook.

    “В ближайшее время следователями правоохранительных органов совместно с экспертными учреждениями МВД будут осуществлены все необходимые экспертизы и проведена идентификация репатриированных тел”, – сказано в публикации.

  • Rusiya daha 1200 ukraynalı hərbçinin meyitini Kiyevə təhvil verdi

    Ukrayna İstanbul razılaşmaları çərçivəsində daha 1 200 həlak olmuş döyüşçünün cəsədini alıb.

    Bu barədə Ukraynanın Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı “Facebook”da məlumat yayıb.

    “Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları həyata keçirəcək və repatriasiya edilmiş cəsədlərin identifikasiyasını aparacaqlar”, – deyə qeyd olunub.

    Xatırladaq ki, Rusiya dünən də 1 200 ukraynalının cəsədini geri qaytarıb.

  • İranda daha üç nüvə alimi öldürülüb

    İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir.

    Median.Az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

    Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb – Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci.

    Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da “9 İran aliminin məhv edildiyini” bəyan etmişdi.//Report.az

  • AZAL отменил ряд рейсов

    В связи с последними событиями на Ближнем Востоке и закрытием воздушного пространства рядом стран отменяются следующие рейсы авиакомпании ЗАО Azerbaijan Airlines (AZAL), запланированные на 14, 15 и 16 июня 2025 года.

    Об этом передает Median.Az со ссылкой пресс-службу AZAL.

    14 июня 2025 года:

    Баку – Тель-Авив – Баку (J2 331/332)

    Баку – Нью-Дели – Баку (J2 057/058)

    Баку – Исламабад – Баку (J2 143/144)

    Баку – Эр-Рияд – Баку (J2 8203/8204)

    Баку – Тегеран – Баку (J2 8017/8018).

    15 июня 2025 года:

    Два рейса по маршруту Баку – Тель-Авив – Баку (J2 021/022 и J2 321/322).

    16 июня 2025 года:

    Два рейса по маршруту Баку – Тель-Авив – Баку (J2 021/022 и J2 321/322)

    Баку – Тегеран – Баку (J2 8017/8018).

    Отметим, что рейсы по маршруту Баку – Тебриз – Баку отменены до конца июня.

    AZAL, руководствуясь принципом обеспечения безопасности полетов, продолжает внимательно следить за развитием ситуации. Пассажиры будут оперативно информированы обо всех изменениях в расписании полетов.

    В случае возникновения дополнительных вопросов пассажиры могут связаться с авиакомпанией по адресу электронной почты: callcenter@azal.az.

  • AZAL bəzi reysləri LƏĞV ETDİ

    Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

    Ləğv edilən reyslər bunlardır:

    14 iyun 2025-ci il:

    • Bakı – Təl-Əviv – Bakı (J2 331/332)

    • Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)

    • Bakı – İslamabad – Bakı (J2 143/144)

    • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

    • Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

    15 iyun 2025-ci il:

    • Bakı – Təl-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

    16 iyun 2025-ci il:

    • Bakı – Təl-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

    • Bakı – Tehran – Bakı (J2 8017/8018)

    Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

    AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

    Əlavə suallar yarandığı halda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

  • ЦАХАЛ: Израиль ликвидировал девять ключевых ученых-ядерщиков и экспертов в Иране

    Армия обороны Израиля (ЦАХАЛ) объявила о ликвидации ключевых иранских ученых и экспертов, которые занимались ядерным проектом.

    Информация появилось в официальных каналах ЦАХАЛ.

    “Девять иранских ученых-атомщиков и экспертов в ядерном проекте были ликвидированы”, – сообщила армия Израиля в Telegram.

    Среди убитых:

    Ферейдун Аббаси – ядерная инженерия;

    Мохаммад Махди Техранчи – физика;

    Акбар Моталеи Заде – химическая инженерия;

    Саид Баржи – материаловедение;

    Амир Хассан Фагихи – физика;

    Абдольхамид Мину Шахр – физика реакторов;

    Мансур Аскари – физика;

    Ахмад Реза Дулфагар Дарияни – ядерная инженерия;

    Али Бахаи Катари – механика.