Month: June 2025

  • Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsindən gedib

    İsrayıl İsgəndərov Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru vəzifəsindən gedib.

    Bu barədə o özü məlumat yayıb.

    Direktor kollecdə altı il fəaliyyət göstərdiyini deyib.

    “Mən ADPK-da altıillik fəaliyyətimi yekunlaşdırdım. Kollecdə fəaliyyətimə səmərəli mühit yaratdıqları üçün Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyinə, daimi və hərtərəfli dəstəyinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov başda olmaqla çox dəyərli ADPU kollektivinə və ən əsası mehriban, zəhmətkeş ADPK kollektivinə və əziz tələbələrə təşəkkür edirəm. ADPK-nın yeni rəhbərliyinin və kollektivin yeni-yeni müvəffəqiyyətlərinə əminəm və bu istiqamətdə onlara uğurlar diləyirəm”, – deyə İ.İsgəndərov bildirib.

  • Binəqədi–Novxanı avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

    İyunun 14-16-da Binəqədi-Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Agentlik yolun bağlanmayacağını qeyd edir.

    AAYDA səfərləri əvvəlcədən planlamağı və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə almağı tövsiyə edir.

  • Иран сбил разведывательные БПЛА Израиля на границе с Турцией

    Вооруженные силы Ирана сбили несколько израильских беспилотников в районе города Сельмас на границе с Турцией.

    Об этом сообщила иранская гостелерадиокомпания.

    По ее информации, БПЛА выполняли разведывательные функции.

    В то же время в ЦАХАЛ заявили, что перехватили несколько иранских БПЛА в районе Иудеи и Мёртвого моря.

  • İran Türkiyə sərhədində İsrailin kəşfiyyat PUA-larını vurdu

    İran Silahlı Qüvvələri Türkiyə ilə sərhəddə yerləşən Salmas şəhəri yaxınlığında İsrailə məxsus bir neçə kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatını (PUA) məhv edib.

    Bu barədə məlumatı İranın dövlət televiziya və radio şirkəti yayıb.

    Bildirilir ki, vurulan PUA-lar bölgədə kəşfiyyat fəaliyyəti həyata keçirirmiş.

    Eyni zamanda, İsrail Müdafiə Ordusu (SAXAL) Yəhudiyyə rayonunda və Ölü dəniz bölgəsində İrana məxsus bir neçə pilotsuz uçuş aparatı ələ keçirildiyini bildirib.

    Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib.

  • Rəsmi Tehran: “ABŞ ilə nüvə danışıqları artıq mənasızdır”

    İran hesab edir ki, İsrailin son hücumlarından sonra Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar mənasını itirib.

    Bu barədə İranın “Tasnim” agentliyinə açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

    “Digər tərəf (ABŞ – red.) elə davrandı ki, danışıqlar əhəmiyyətini itirdi. Bir tərəfdən danışıqlara hazır olduğunu bəyan edib, digər tərəfdən isə sionist rejimin İrana zərbələr endirməsinə şərait yaratmaq – bu, ziddiyyətli yanaşmadır”, – deyə iranlı diplomat vurğulayıb.

    Xatırladaq ki, ABŞ və İran aprel ayından bəri Oman vasitəçiliyi ilə nüvə məsələsi üzrə dolayı danışıqlar aparırdı. Altıncı raundun bazar günü Maskatda keçirilməsi planlaşdırılsa da, İsrailin son raket hücumlarından sonra bu görüşün baş tutub-tutmayacağı sual altındadır.

  • Bir manata görə “parkovşik”lər dalaşdı: Birinin çənəsi sındı

    Bakıda “parkovşik”lər arasında baş verən insidentlə bağlı məhkəmə qərarı verilib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dava Xətai rayonu, Ağ Şəhər bulvarında yerləşən Zəfər Parkının qarşısında avtomobillərin parklanmasına nəzarət edən şəxslər arasında, cəmi bir manat üstündə baş verib.

    1992-ci il təvəllüdlü Nizami Məmmədov (soyad şərti) həmin ərazidə çalışan Tofiq adlı şəxslə mübahisə edib. Belə ki, Tofiq Nizamiyə yaxınlaşaraq, onun əraziyə gələn maşınlardan pul alıb-almadığını soruşub. Nizami isə belə bir halın olmadığını bildirib.

    Bundan sonra Tofiq ərazidə pul yığan digər “parkovşik”lər haqqında nalayiq ifadələr işlədib. Bu isə Nizamini qəzəbləndirib və o, Tofiqi itələyib, üzünə bir şillə və bir yumruq zərbəsi endirib. Zərbənin nəticəsində Tofiqin alt çənə sümüyü sınıb və o, dərhal polisə müraciət edib.

    Nizami barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmünə əsasən, Nizami 25 aprel 2025-ci ildən 29 may tarixinə qədər saxlanıldığı müddət nəzərə alınaraq (1 gün – 2 gün hesabı ilə), ümumilikdə 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.

  • İran İsrailə yüzlərlə ballistik raket buraxdığını bildirib

    İran İsrailə yüzlərlə ballistik raket buraxıb.

    Bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.
    “İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, – məlumatda vurğulanıb.

  • Bu rayonda xəstəxana tikilir – Layihəsi 597 minə hazırlanacaq

    Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

    Bu barədə İqtisadiyyat.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, tibb müəssisəsinin layihə-smeta sənədlərini “İBA GROUP” MMC hazırlayacaq. Bununla bağlı nazirlik şirkətlə 597.200 manat dəyərində müqavilə bağlayıb.

  • Bakı çimərliklərində “cib yandıran” qiymətlər

    Havaların isinməsi ilə çimərliklərə axışanların sayı get-gedə artmağa başlayır. Bəziləri yalnız dəniz kənarına gedib, qum üstündə dincəlməyi seçir, bəzilər isə girişi ödənişli olan hovuzlu istirahət mərkəzlərinə üz tutur.

    Axşam.az bu il çimərliklərdəki giriş qiymətlərini araşdırıb. Qiymətlər ötən illə müqayisədə xeyli bahalaşıb. Qayadalar da fərqlidir.

    “Nar şərab”da qiymət bu il həftəsonu 30, adi günlər 20 manatdır. Üstəlik sizdən depozit tələb olunacaq.

    “Amburan Beach”də həftə içi 25, həftəsonu isə 35 manat ödəməlisiniz. Əlavə olaraq 5 manat dolab, 10 manat isə depozit pulu verməlisiniz.

    “Green City Resort & Residence” 12 yaşa qədər olanlar həftəsonu 25, böyüklər 35 manat ödəyəcək. Depozit isə 5 manatdır.

    “Nikki beach”də yalnız hovuz və bardan istifadə 25 manatdır. 3 nəfərlik yataq 75 manatdır. Burada isə xüsusi tələb var: 1 nəfər mütləq 150 manat xərcləməlidir. 2 nəfərlik kaban 150 manatdır, burada isə hər qonaq 250 manat xərcləməlidir.

    “Sea Breez” 10-16 yaşa qədər 20, 16 yaşdan yuxarı 50 manatdır. 20 manat isə depozit qoymalısan.

    “My beach”də giriş həftənin günündən asılı olmayaraq 20 manatdır.

    “Ramada Hotel”də həftəiçi 25, həftəsonu 30 manat giriş pulu tələb olunur.

    “Hyatt Regency Baku”da giriş 100 manatdır. Bura fitnes, hovuz, türk hamamı, sauna daxildir.

    “Mambo Beach Club Baku”da isə qiymət həftə içi 25, həftəsonu 30 manat olub.

    “Glam Beach Baku”da giriş üçün pul ödəmirsiniz. Şezlonq qiyməti 10 manatdır. Digər qiymətlər isə dənizə yaxın-uzaq məsafəyə görə dəyişir.

  • Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı – Rəsmi (VİDEO)

    Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər – 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.

    DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.

    Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elşən Əliyev ürək-damar cərrahıdır və “Lazur Hospital”, “Real Hospital”, eləcə də “Alo Doktor” kimi bir sıra özəl klinikalarda çalışıb.
    Faktlarla bağlı araşdırmalar davam etdirilir.