Month: June 2025

  • Azərbaycanda illik inflyasiya məlum olub (RƏQƏMLƏR)

    2025-ci ilin may ayında 2024-cü ilin may ayına nisbətən illik inflyasiya 6,3 faiz təşkil edib. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 7,8 faiz, qeyri-qida məhsulları 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 7,3 faiz bahalaşıb.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, may ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz azalıb (deflyasiya). 2025-ci ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 5,9 faiz artıb.

    Ay ərzində ayrı-ayrı qida məhsullarından mal əti, kolbasa məmulatları, kərə və bitki yağları, limon, alma, armud, kivi, kələm, brokkoli, çuğundur, bal, qəhvə və kakao bahalaşıb. Əksinə, yumurta, banan, çiyələk, göyərti, xiyar, pomidor, bibər, badımcan, sarımsaq, soğan və kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

    Qeyri-qida məhsulları üzrə isə yay geyimləri, sement və məişət cihazlarının qiyməti artıb, kəsilmiş taxta, kərpic və planşet kompüterlərin qiyməti isə düşüb.

    Xidmətlər sektorunda əsas bahalaşma tibbi xidmətlərin və iaşə (restoran, kafe) xidmətlərinin qiymətlərində qeydə alınıb.

  • Mingəçevirdə üç avtomobil toqquşdu: Xəsarət alanlar var

    Mingəçevir şəhərində “Mercedes”, “Hyundai” və BMW markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Kənan Nəsirli və “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü, 1985-ci il təvəllüdlü Zamiq İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Paşinyan: “İrəvan və Bakı sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır”

    “Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır, sənədin mətni artıq razılaşdırılıb”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Praqada deyib.

    “Siz bilirsiniz ki, bu il biz ölkələrimiz arasında sülh sazişi üzrə Azərbaycanla danışıqları müsbət nəticələrlə başa çatdıra bildik. Yəni bu layihə ikitərəfli əsasda razılaşdırılıb və indi sülh sazişinin imzalanmasının vaxtı çatıb. Biz hazırda bu nöqtəyə çatmaq və sülh sazişi imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr prosesindəyik”, – o deyib.

  • Bakıda mübahisə ölümə səbəb oldu – Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi

    Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Nahid Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il avqustun 4-də Qaradağ rayonu ərazisindəki “Qobu Park-3” yaşayış massivində qeydə alınıb.

    Belə ki, 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, qətlə yetirilən Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.

  • Азербайджанские паломники столкнулись с трудностями из-за напряженности между Ираном и Израилем

    Обострение напряженности между Ираном и Израилем повлияло на график рейсов паломников, возвращающихся с хаджа.

    Азербайджанские паломники столкнулись с трудностями из-за задержек рейсов и изменения маршрутов.

    Согласно информации, рейс авиакомпании Flynas по маршруту Джидда – Баку должен был вылететь в 05:15 по местному времени, однако был отменен, и пассажирам пришлось ожидать около 14 часов. Полет был выполнен лишь в 19:00 по местному времени (20:00 по бакинскому времени – ред.).

    Из-за закрытия воздушного пространства Ирана маршрут также был изменен. Самолет направили в Египет, откуда он продолжит путь над Средиземным морем, затем через территорию Турции и Грузии – в Баку. Ожидается, что задержанный рейс приземлится в столице Азербайджана после полуночи.

  • İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər

    İsrail-İran gərginliyi Həcc ziyarətindən qayıdan zəvvarların uçuş planlarına təsir edib.

    Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar təyyarə reyslərinin gecikməsi və istiqamətlərinin dəyişməsi ilə bağlı çətinliklə üzləşiblər.

    Məlumata görə, “Flynas” aviaşirkətinin Ciddə-Bakı reysi yerli vaxtla səhər saat 05:15-də baş tutmalı olsa da, uçuş ləğv edilib və sərnişinlər təxminən 14 saat gözləməli olublar. Uçuş yalnız axşam saatlarında – yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 20:00) həyata keçirilib.

    Uçuş marşrutu da dəyişdirilib. İranın hava məkanının bağlanması səbəbindən təyyarə əvvəlcədən planlaşdırılmış birbaşa marşrutdan fərqli olaraq Misirə yönləndirilib, oradan Aralıq dənizi üzərindən Türkiyəyə, daha sonra isə Gürcüstan üzərindən Bakıya uçacaq. Gecikmiş reysin gecəyarısından sonra Bakıya enməsi planlaşdırılır.

    Qeyd edək ki, bu dəyişikliklər İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı regionda yaranmış təhlükəsizlik riski fonunda baş verib. İranın hava məkanını bağlaması bölgədəki digər uçuşlara da təsir göstərib.

  • Приостановлена деятельность автобусных рейсов Баку – Нахчыван – Баку

    В связи с последними событиями на Ближнем Востоке в целях безопасности автобусные рейсы Баку – Нахчыван – Баку, проходящие через территорию Исламской Республики Иран, приостановили работу.

    Об этом сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    Отмечается, что общественности будет предоставлена дополнительная информация о возобновлении рейсов Баку – Нахчыван – Баку.

    “При возникновении дополнительных вопросов пассажиры могут обратиться в колл-центр 141 AYNA”, – добавили в агентстве.

  • Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

    Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini 13 iyun tarixindən dayandırıb.

    Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

  • Əlikram Bayramovun itkin düşmüş qardaşı oğlu tapıldı

    Əlikram Bayramovun qardaşı oğlu tapılıb.

    Bir müddət əvvəl itkin kimi axtarışı elan olunan Rahid Qafar oğlu Bayramov tapılıb.

    R.Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək ailəsinə təhvil verilib. Bu barədə ailə üzvləri məlumatlandırılıb.

    Xatırladaq ki, müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramovun itkin düşməsi ilə bağlı məlumat ilk olaraq ARB televiziyasında yayımlanan “Səni axtarıram” verilişində verilmişdi. Atası Qafar Bayramovun bildirdiyinə görə, Rahid mayın 8-də Biləsuvardan Bakıya gəldikdən sonra onunla əlaqə kəsilmişdi. Gəmidə çalışdığı deyilən Rahid Bayramovun psixoloji problemlərinin olmadığı da qeyd olunmuşdu.

  • Space TV получил предупреждение из-за мультфильма “Маша и медведь”

    Аудиовизуальный совет Азербайджана вынес предупреждение телеканалу Space TV за демонстрацию мультипликационного фильма “Маша и Медведь” без наличия исключительного права на его показ.

    Об этом говорится в информации совета.

    Отмечается, что на сегодняшнем онлайн-заседании структуры было установлено, что мультфильм транслировался на канале 7, 8 и 9 июня.

    Согласно законодательству, исключительное право на трансляцию данного мультфильма на территории Азербайджана принадлежит Общественному телевидению и радио (İTV).

    Специалисты Совета расценили это как нарушение статьи 38.2 закона “О медиа”, и, с учетом того, что подобное нарушение допущено впервые, было решено ограничиться вынесением предупреждения.