Month: June 2025

  • Çində Azərbaycanın rəsmi turizm ofisi açılacaq

    Azərbaycan bu ilin sonuna qədər Çində rəsmi turizm ofisi açmağı planlaşdırır.

    Bu barədə “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə bildirib.

    Onun sözlərinə görə, Çin bazarı gələcək üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: “Ölkə rəhbərliyi səviyyəsində bu istiqamətdə qərarlar qəbul edilir, beynəlxalq sazişlər imzalanır və turizm sənayesinə dair tapşırıqlar verilir. Hazırda texniki-maliyyə məsələləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər Çində rəsmi turizm ofisimizin açılması planlaşdırılır”.

    K. Quluzadə bildirib ki, “China Ready” strategiyası çərçivəsində çinli turistlər üçün xüsusi bələdçilər hazırlanır, həmçinin onlara uyğunlaşdırılmış onlayn platformalar və çap məhsulları üzərində iş aparılır.

    “Bu, Azərbaycanın Çin bazarına nə qədər ciddi yanaşdığını göstərir. Hazırda bizim turizm ofisimiz İsraildə (Tel-Əviv) və Rusiyada (Moskva) fəaliyyət göstərir. Yaxın vaxtlarda Türkiyədə (İstanbul) də ofis açılacaq. Daha sonra isə Çin növbəti addım olacaq”, – deyə o əlavə edib.

  • В Азербайджане дан старт летнему туристическому сезону

    В Азербайджане дан старт летнему туристическому сезону.

    Государственное агентство по туризму и Туристический центр “Шахдаг” совместно организовали медиатур в “Шахдаг” для представителей СМИ по случаю открытия летнего туристического сезона.

    Целью медиатура является поддержка развития и популяризации летнего туризма, а также информирование общественности о деятельности Государственного агентства по туризму в этой сфере, о туристических направлениях страны и предоставляемых услугах.

    В рамках мероприятия участникам была предоставлена информация о новшествах, реализованных в Туристическом центре “Шахдаг”, и о новых возможностях, созданных для посетителей.
    //report

  • Azərbaycanda yay turizm mövsümünə start verilib

    Azərbaycanda yay turizm mövsümünə start verilib.

    Dövlət Turizm Agentliyi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay turizm mövsümünün açılışı münasibətilə media nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

    Mediaturun məqsədi yay turizminin inkişafı və təbliğinə dəstək vermək, Dövlət Turizm Agentliyi tərəfindən bu istiqamətdə görülən işləri, ölkənin mövcud turizm destinasiyalarını və göstərilən xidmətləri ictimaiyyətə tanıtmaqdır.

    Tədbir çərçivəsində iştirakçılara “Şahdağ” Turizm Mərkəzində həyata keçirilən infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlar barədə məlumat verilib.
    //report

  • “Milan” Belçika klubunun yarımmüdafiəçisi ilə maraqlanır

    İtaliyanın “Milan” klubu Belçika təmsilçisi “Brügge”nin yarımmüdafiəçisi Ardon Yaşari ilə maraqlanır.

    Bu barədə “Blick” nəşri məlumat yayıb.

    “Milan” 22 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro ödəməyə hazırdır. “Brügge” isə futbolçunu 40 milyon avroya satmaq istəyir.

    İsveçrəli futbolçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatır. “Transfermarkt” portalı onun dəyərini 32 milyon avro qiymətləndirir.

    Qeyd edək ki, Ardon Yaşari ötən mövsüm “Brügge”nin heyətində 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

  • Avarçəkmə üzrə açıq Bakı birinciliyi təşkil olunacaq

    Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə iyunun 18-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.

    Yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

    Reqlamentə əsasən, idmançılar akademik avarçəkmə və kanoedə birnəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm tək, həm də iki nəfərlik qayıqda çempionluq uğrunda mübarizə gedəcək.

  • İtaliya Futbol Federasiyası Rafael Benitesin namizədliyini nəzərdən keçirir

    Luçano Spalettinin İtaliya millisinin baş məşqçisi postundan istefa verməsi və Klaudio Ranyerinin vakant vəzifəni tutmaqdan imtina etməsindən sonra İtaliya Futbol Federasiyası ispaniyalı mütəxəssis Rafael Benitesin namizədliyini nəzərdən keçirir.

    “Report”un İtaliya mətbuatına istinadən məlumatına görə, Benites özü də komandaya rəhbərlik etməyə hazırdır.

    İtaliya Futbol Federasiyası üçün təcrübəli mütəxəssisin namizədliyi bir neçə səbəbə görə cəlbedicidir. O, vaxtilə İtaliyada işləyib, yerli futbolun xüsusiyyətlərinə yaxından bələddir. Benites “İnter”lə İtaliya Superkubokunu və klublararası dünya çempionatını, “Napoli” ilə isə İtaliya kubokunu və Superkubokunu qazanıb.

  • 21 июня пройдет внеочередная сессия Милли Меджлиса

    Очередное пленарное заседание внеочередной сессии Милли Меджлиса состоится 21 июня.

    Как передает Report, об этом сообщила спикер Сахиба Гафарова на сегодняшнем пленарном заседании парламента.

    С.Гафарова отметила, что дополнительная информация о повестке дня пленарного заседания будет предоставлена позже.

  • Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb

    Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası iyunun 21-də keçiriləcək.

    Bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib.

    O qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.

  • İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb

    İsrailin Gürcüstandakı səfirliyi son günlərdə baş verən hadisələrlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat yayılıb.

    Bildirilib ki, səfirlik fəaliyyətini dayandırıb, konsulluq xidmətləri də müvəqqəti olaraq göstərilməyəcək.

    “Son hadisələrlə əlaqədar səfirlik bağlanıb və konsulluq xidmətləri mövcud olmayacaq. Yenilənmələr üçün səfirliyin rəsmi internet saytını izləyin”, – məlumatda deyilir.

    Qeyd edək ki, iyunun 13-ü İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olub. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

  • Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 14-ü gündüz 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intesiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.