Month: June 2025

  • Завтра в Азербайджане будет 37° тепла

    14 июня в Баку и на Абшеронском полуострове погода ожидается без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, северо-восточный ветер к вечеру сменится северо-западным.

    Температура воздуха ночью составит 20-22° тепла, днем – 29-34° тепла. Атмосферное давление понизится с 759 мм рт. ст. до 756 мм рт. ст. Относительная влажность воздуха составит 70-75% ночью и 50-55% днем.

    В большинстве регионов Азербайджана преимущественно без осадков, однако в некоторых горных и предгорных районах днем возможны дожди и грозы. В отдельных местах вероятны ливни и град. Ночью и утром в некоторых горных районах будет туман. Умеренный восточный ветер местами усилится.

    Температура воздуха ночью составит 18-22° тепла, днем – 32-37° тепла, в горах ночью – 9-14° тепла, днем 17-22° тепла.

  • “Son zəng” günü 37 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-22° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

  • Deputat: “Adambaşına gömrük daxilolmalarımız ABŞ-yə nisbətən 2 dəfə çoxdur”

    Azərbaycanda gömrük orqanlarının xətti ilə toplanılan vəsaitin adambaşına 660 ABŞ dolları olması hökuməti ciddi narahat etməlidir.

    Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar icasında bildirib.

    “ABŞ-də adambaşına gömrük daxilolmaları Azərbaycanla müqayisədə təxminən 2 dəfə az – 300 dollardır. Bu, hökuməti ciddi düşündürməlidir ki, ölkənin idxalı niyə bu qədər çoxdur? Biz niyə istehsalla özümüz məşğul ola bilmirik? Xarici vıə yerli sahibkarlar niyə bizim gözlədiyimiz səviyyədə sərmayə yatırmırlar?”, – deyə o qeyd edib.

    Bundan başqa, deputat təklif edib ki, iqtisadi cinayətlərlə bağlı işlərin araşdırılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın: “Digər dövlət orqanları da iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayarsa, dərhal materialları vergi orqanlarına göndərməlidir. Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır. Qanunun aliliyi təmin edilməli və mülkiyyəri qoruyan güclü məhkəmələr olmalıdır”.

  • Вчера с банковских карт граждан было похищено более 16 тысяч манатов

    12 июня с банковских карт граждан было похищено более 16 тыс. манатов.

    Об этом сообщили в Министерстве внутренних дел.

    Было отмечено, что 12 июня с банковских счетов ряда лиц были похищены суммы в размере 6880, 4347, 4100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200, 124, 100, 91 и 80 манатов.

    В сообщении отмечается, что подобные преступления происходят в результате передачи гражданами третьим лицам конфиденциальной информации, такой как CVV/CVC-коды, срок действия карт и одноразовые OTP-коды.

    В МВД напомнили, что не следует передавать данные банковских карт, даже если звонящий представляется сотрудником банка. В случае подозрительной активности необходимо немедленно прекратить контакт, заблокировать номер и обратиться в полицию по номеру 102 или в ближайшее отделение полиции.

  • Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

    Vətəndaşların bank kartlarından iyunun 12-də 20 min manatdan çox pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, iyunun 12-də bir sıra şəxslərin bank hesablarından 6880, 4347, 4100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200, 124, 100, 91 və 80 manat məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb:

    “Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər. Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin”.

  • Azərbaycanda 5 ayda orta illik inflyasiya 6 % olub

    Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 %, qeyri-qida məhsulları üzrə 2,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,3 % artıb.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu ilin may ayında istehlak qiymətləri 2024-cü ilin eyni ayına nisbətən 6,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 7,8 %, qeyri-qida məhsulları üzrə 2,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,3 % artıb.

    Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % azalıb. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 % azalıb.

    Mayda ayrı-ayrı qida məhsullarından daha çox artım mal ətinin, kolbasa məmulatlarının, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, kivinin, ağ kələmin, brokkolinin, süfrə çuğundurunun, təbii balın, qəhvənin, kakaonun, azalma isə yumurtanın, bananın, çiyələyin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 % artıb. Qeyri-qida mallarından daha çox artım yay geyimlərinin, sementin, məişət cihazlarının, azalma isə kəsilmiş taxtanın, kərpicin və planşet kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə aprelə nisbətən 0,2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən tibbi xidmətlərin, restoran və kafelərin göstərdiyi iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Милли Меджлис в окончательном чтении принял рассмотрение жалоб о краже банковских карт в течение 24 часов

    Милли Меджлис Азербайджана в последнем чтении принял поправки, согласно которым жалобы на кражи с банковских карт должны рассматриваться в течение 24 часов.

    Соответствующие изменения в Уголовно-процессуальный кодекс были обсуждены в третьем чтении на сегодняшнем пленарном заседании внеочередной сессии Милли Меджлиса.

    В документе отмечается, что в последнее время участились случаи хищения денежных средств с банковских карт граждан с использованием современных информационных технологий. Для обеспечения оперативности преследования этих преступлений в проект предлагается внести соответствующие изменения в статьи 446 и 447 УПК.

    Согласно документу, прокурор может получить сведения, составляющие личную, семейную, государственную, коммерческую или профессиональную тайну, в том числе сведения о финансовых операциях, состоянии банковских счетов и уплате налогов, только на основании постановления суда.

    Поправки обязывают суды рассмотреть ходатайство следователя о доступе к этим данным в течение 24 часов в случаях, когда следственные действия являются безотлагательными.

    После обсуждений законопроект был поставлен на голосование и одобрен в третьем чтении.

  • MM bank kartlarının talanmasına görə şikayətlərə 24 saat ərzində baxılmasını son oxunuşda qəbul edib

    Milli Məclis istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə səlahiyyətlər verilməsini son oxunuşda qəbul edib.

    Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

    Sənədə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxarkən Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparır.

    Təklif edilən dəyişikliyə əsasən, cinayət işinin başlanmasına qədər aparılmasına icazə verilən iki və daha artıq istintaq və ya digər prosessual hərəkətlər həyata keçirildikdə, cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın 30 gündən artıq olmayan müddətlə məhdudlaşdırılması nəzərdə tutulur;

    Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasından çıxarıldığı üçün, həmin maddənin Cinayət-Prosessual Məcəllənin 214.4-сü maddəsinə uyğun olaraq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatı aparılan maddələrin sırasından da çıxarılması təklif edilir.

    Layihədə qeyd edilib ki, son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 446 və 447-ci maddələrinə müvafiq dəyişikliklər təklif edilir.

    Belə ki, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

    Dəyişikliyə əsasən bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə, onun məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılması təklif edilib.

    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

  • Тюркские страны подписали меморандум о научном сотрудничестве в области онкологии

    Между тюркскими государствами подписан меморандум о научном сотрудничестве в области онкологии.

    Стороны согласовали документ в рамках Первого Конгресса онкологов стран-членов Организации тюркских государств в Баку.

    Конгресс завершит работу 14 июня.
    //report

  • Türk dövlətləri arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum imzalanıb

    Türk dövlətləri arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum imzalanıb.

    Tərəflər sənədi iyunun 13-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresi çərçivəsində razılaşdırıblar.

    Memorandum Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Türkiyə arasında imzalanıb.

    Bu memorandumda onkoloqların təcrübə mübadiləsi, elmi-praktik fəaliyyətin birgə davam etdirilməsi, elmi işlərin birgə aparılması kimi məsələlər nəzərdə tutulur.

    Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyəcək, fikir mübadiləsi aparacaqlar.

    Konqres işini iyunun 14-dək davam etdirəcək.
    //report