Month: June 2025

  • В импортной соли обнаружен дефицит йода

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) выявило серьезные нарушения в партиях йодированной соли, импортированной из Италии и Турции.

    Как сообщает Median.Az со ссылкой на официальное заявление АПБА, в ходе контрольных мероприятий были проверены образцы йодированной соли, ввезенной в страну. Исследования показали, что содержание йода в продукции значительно ниже установленных норм.

    Нарушения обнаружены в 144 кг соли производства итальянской компании İtalkali, импортированной ООО Vertex Commerce, а также в 2 100 кг соли турецкого производителя Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi, ввезенной физическим лицом Ибишем Гасымовым.

    В соответствии с действующим законодательством Азербайджана, по факту выявленных нарушений было принято решение об уничтожении всей партии некачественной продукции общим весом около 2.2 тонны.

  • Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb

    Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi”nin istehsalı olan 2 100 kq yodlaşdırılmış duz məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

  • AZAL отменил ряд рейсов после удара Израиля по Ирану

    В связи с событиями на Ближнем Востоке и закрытием воздушного пространства ряда стран по соображениям безопасности, отменены следующие рейсы авиакомпании Azerbaijan Airlines, запланированные на 13 июня.

    Об этом сообщили в пресс-службе ЗАО Azerbaijan Airlines (AZAL).

    Эти рейсы следующие:

    – Баку – Лахор – Баку (J2 145/146)

    – Баку – Мумбаи – Баку (J2 059/060)

    – Баку – Даммам – Баку (J2 8205/8206).

    “AZAL считает безопасность полетов приоритетом, внимательно следит за развитием ситуации и оперативно информирует пассажиров о любых изменениях.

    При возникновении вопросов пассажиры могут обратиться в колл-центр авиакомпании по электронной почте – callcenter@azal.az”, – говорится в заявлении компании.

  • İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv etdi

    Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan daha bir neçə reysi ləğv edilib.

    Median.Az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.

    Qeyd olunur ki, aşağıdakı reyslər ləğv edilib:

    – Bakı-Lahor-Bakı (J2 145/146)

    – Bakı-Mumbay-Bakı (J2 059/060)

    – Bakı-Dammam-Bakı (J2 8205/8206).

    Bildirilir ki, AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

    “Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – məlumatda deyilir.

  • 13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı

    9-12 iyun tarixlərində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Saray MTK” yaşayış kompleksindəki mənzillərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 13-cü mərtəbədə yerləşən mənzildə qeydə alınıb.

    Polis tərəfindən keçirilən tədbirlərlə oğurluğun qonşu tərəfindən törədildiyi müəyyən olunub və o saxlanılıb.

    Məlum olub ki, 32 yaşlı Teymur Əliyev həmin mənzilə balkon vasitəsilə daxil olaraq oğurluq edib və hadisə yerindən izi itirməyə çalışıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Yarım milyardlıq leqallaşdırma işi: “WhatsApp” yazışmaları məhkəmədə üzə çıxdı

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

    Hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin “WhatsApp” yazışmaları, SMS mətn mesajları elan edilib.

    Daha sonra vəkillər bildiriblər ki, əməliyyat zamanı götürülən silah, qızıl və pul vəsaitinin bir qismi Kibercinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Onlar məhkəmədən həmin vəsaitin nəzarət altında saxlanılmasını istəyiblər.

    Daha sonra vəkil Elnur Quliyev ibtidai istintaqın həbs qoyduğu əmlakların real bazar qiymətinin nə qədər olması ilə bağlı qiymətləndirmə keçirilməsi ilə bağlı vəsatət verib.

    Təqsirləndirilən Cavid Əzizovun vəkili əmlaklara qoyulan həbsin götürülməsi ilə bağlı məhkəməyə vəsatət verib.

    O bildirib ki, bəzi daşınabilən və daşınmaz əmlakların müvəkkili ilə əlaqəsi yoxdur:

    “İstintaq zamanı müvəkkilimə bu barədə heç kim sual belə verməyib. Mən həmin mülklərin sahiblərinin məhkəməyə çağırılaraq dindirilməsini istəyirəm. Çünki bu, həm də onların mülkiyyət hüquqlarının pozulmasıdır”.

    Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

    Məhkəmə vəsatətləri təmin etməyib.

    Proses iyulun 25-də davam etdiriləcək.

    Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

    Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən altı nəfər – Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs ediliblər.

    İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

    Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

    Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

    Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

    Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

    Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Yol polisi istifadəyə yararsız 600 kq toyuq əti aşkarlayıb – VİDEO

    Qida məhsullarının daşınması zamanı sanitar-gigiyenik normalara və hüquqi tələblərə əməl olunması insanların sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə baş verən pozuntular ciddi nəticələrə səbəb ola bilər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Xəbər verilir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən stasionar postunda xidmət aparan Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.

    Araşdırma zamanı məlum olub ki, məhsulun müşayiətedici sənədləri yoxdur, eləcə də qablaşdırma, daşınma və saxlanma qaydaları kobud şəkildə pozulub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhə yaradıb.

    Aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

  • AJet 3 ölkəyə uçuşları ləğv etdi

    AJet iyunun 16-dək İran, İraq və İordaniyaya uçuşları ləğv edib.

    Şirkət həmçinin Livan uçuşlarını da gündüz saatlarında həyata keçirəcək.

    İsrailin İrana hücumundan sonra AJet İran, İraq və İordaniyaya uçuşları iyunun 16-sı bazar ertəsi yerli saatla saat 07:00-a qədər təxirə salmaq qərarına gəlib.

    Belə ki, İsrailin İrana hücumlarından sonra İranın hava məkanını bağlaması və bölgədəki təhlükəsizlik narahatlıqları bəzi ölkələrin hava nəqliyyatına mənfi təsir göstərir.
    //azxeber

  • Задержан экс-премьер Армении Овик Абрамян

    Задержан экс-премьер Армении Овик Абрамян.

    Об этом Sputnik Армения сообщили в пресс-службе Антикоррупционного комитета.

    Как отметили в комитете, он обвиняется в отмывании денег, злоупотреблении должностными полномочиями и участии в незаконном предпринимательстве.

    По данным армянских СМИ, сейчас в доме Абрамяна проводится обыск.

    Отметим, что обвинения Абрамяну были предъявлены еще в апреле 2023 года. По материалам дела, он, занимая различные должности (депутат, мэр Арарата, губернатор Араратской области, министр территориального управления, вице-премьер, глава администрации президента, спикер парламента, премьер-министр), провернул сделку в результате которой в 2008-2015 гг. получил доход в 230.4 млн драмов (около 590 тыс. долларов).

    Напомним, Овик Абрамян занимал пост премьер-министра Армении в 2014-2016 гг. Был также спикером парламента Армении – 2012-2014 гг.

  • Ermənistanın keçmiş baş naziri SAXLANILDI

    Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

    Məlumata görə, hazırda onun evində axtarış aparılır.

    Qeyd edək ki, Abramyana qarşı ittihamlar hələ 2023-cü ilin aprelində irəli sürülüb. İş materiallarına görə, o, müxtəlif vəzifələrdə işləyərək sövdələşmə həyata keçirib və nəticədə 2008-2015-ci illərdə bundan 230.4 milyon dram (təxminən 590 min dollar) gəlir əldə edib.

    Xatırladaq ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb. Həmçinin 2012-2014-cü illərdə Ermənistan parlamentinin sədri olub.