Month: June 2025

  • Самолет премьер-министра и президента Израиля вылетел из Тель-Авива

    Официальный самолет премьер-министра и президента Израиля “Крыло Сиона” вылетел из аэропорта Бен-Гурион в Тель-Авиве.

    Об этом свидетельствуют данные сервиса FlightRadar.

    Куда направляется самолет первых лиц Израиля и кто находится на борту – неизвестно.

    Ночью израильская армия объявила о начале операции “Ам КеЛави” (“Нация, как лев”), цель которой – нанесение ущерба ядерным и ракетным программам Ирана. Самолеты Военно-воздушных сил (ВВС) Израиля атаковали объекты по всей стране, в том числе в Тегеране.

    До этого премьер-министр Израиля Биньямин Нетаньяху заявил, что Иерусалим нанес удары в “сердце иранской программы ядерного обогащения” и атаковал объекты ракетной программы Исламской Республики.

  • İsrailin baş naziri və prezidentinin təyyarəsi Təl-Əvivdən havaya qalxıb

    İsrailin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsxak Hersoqun rəsmi təyyarəsi – “Sion qanadı” Təl-Əvivin Ben Qurion hava limanından havaya qalxıb.

    Bu barədə “FlightRadar” xidməti məlumat verib.

    İsrailin yüksək səviyyəli rəsmilərinin təyyarəsinin hara getdiyi və göyərtəsində kimlərin olduğu məlum deyil.

    Qeyd edək ki, İsrail ordusu gecə saatlarında İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan “Am Kelavi” (“Şir kimi millət”) əməliyyatının başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tehran da daxil olmaqla, bütün ölkə ərazisindəki hədəflərə zərbələr endirib.

    Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün “İranın nüvə zənginləşdirmə proqramının ürəyinə” zərbə vurduğunu və raket proqramı obyektlərinə hücum etdiyini bildirib.

  • Трамп заявил о возникновении угроза масштабного конфликта на Ближнем Востоке

    Угроза масштабного конфликта с участием Израиля и Ирана возникла на Ближнем Востоке.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил президент США Дональд Трамп, отвечая в Белом доме на вопросы журналистов.

    “Послушайте, есть угроза масштабного конфликта. Я не хочу говорить о неизбежности (нанесения Израилем удара), но, похоже, что это вполне может произойти. Все очень просто и несложно: Иран не может обладать ядерным оружием. В остальном я хочу, чтобы они были успешными. Мы будем торговать с ними. Мы сделаем все необходимое”, – сказал глава государства.

    Трамп также подчеркнул, что США не хотят видеть возможную военную операцию Израиля в Иране.

    “Я бы хотел избежать конфликта. У нас много американцев в этом регионе. И я сказал, что нам нужно велеть им выехать, поскольку что-то может произойти. Вскоре”, – отметил глава вашингтонской администрации.

    “Послушайте, я хочу заключить соглашение с Ираном. Мы достаточно близки к довольно хорошему соглашению. Но оно должно быть лучше, чем просто хорошее, но оно должно быть. Я не хочу, чтобы они (Израиль – ред.) заходили (начинали операцию – ред.), потому что думаю, что это все (достижение договоренностей) испортит”, – сказал Трамп.

  • ABŞ Prezidenti: Yaxın Şərqdə böyük münaqişə təhlükəsi yaranıb

    Yaxın Şərqdə İsrail və İranın iştirakı ilə böyük münaqişə təhlükəsi yaranıb.

    Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    O, ABŞ mətbuatında İsrailin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı yazılanları şərh edərkən bildirib ki, genişmiqyaslı münaqişə təhlükəsi var.

    Tramp tezliklə regionda nəyinsə baş verə biləcəyini istisna etməyib.

  • Путин: Россия создает войска беспилотных систем как отдельный род войск

    Президент РФ Владимир Путин поручил обеспечить максимально быстрое и качественное развертывание и развитие войск беспилотных систем.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом он заявил на совещании по госпрограмме вооружения.

    “Сейчас у нас создаются войска беспилотных систем как отдельный род войск, и надо обеспечить их максимально быстрое и качественное развертывание и развитие”, – рассказал российский лидер.

  • Rusiya ordusunda pilotsuz sistemli qoşunlar yaradılır

    Rusiya Prezidenti Vladimir Putin pilotsuz sistemlərin maksimum sürətli və keyfiyyətli yerləşdirilməsi, həmçinin hazırlanması barədə göstəriş verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə dövlət silahlanma proqramına dair iclasda bildirib.

    “Hazırda biz ordunun ayrıca bir qolu kimi pilotsuz sistemli qoşunlar yaradırıq və onların mümkün qədər sürətli və keyfiyyətli yerləşdirilməsini və inkişafını təmin etməliyik”, – Rusiya lideri bildirib.

    Bizim Telegram kanalımıza abunə olun

  • Azərbaycan ayaqqabı ixrac etməyə başlayıb – VİDEO

    Baku TV Ağdam Sənaye Parkından reportaj hazırlayıb.

    Bildirilib ki, uzun illər işğal altında qalan Ağdam indi sənaye və inkişaf sahəsində yeni bir tarix yazır. Belə ki, iyunun 12-də ilk dəfə olaraq Azərbaycan Qazaxıstana ayaqqabı ixracına başlayıb. Bu, məhz Ağdam Sənaye Parkında gerçəkləşib.

    Tədbir çərçivəsində Qazaxıstana 5 min cüt ayaqqabı göndərilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovun sözlərinə görə, Qarabağın ən böyük sənaye mərkəzində hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.

    O əlavə edib ki, Sənaye Parkında sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib:

    “Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin birinci rübü daxil olmaqla 85 milyon manatlıq, cari ilin birinci rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsal olunub. İstehsal edilən məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir”.

    Ətraflı süjetdə:

  • Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir (VİDEO)

    “Dayanma-durma qadağandır” nişanı olmayan ərazidə avtomobil saxlayan sürücülər cərimələnir.

    Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yaşayan sakinlər belə deyirlər.
    “Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı olmasa da, orada avtomobili saxlayan hər kəsə cərimə tətbiq edilir.
    Vətəndaşlar deyirlər ki, digər küçədə dayanma-durma nişanı var. Amma o küçədən gələnlər belə nişanı görmürlər, çünki üzərini ağaclar örtüb..
    Ərazidə yaşayan bəzi şəxslər isə deyirlər ki, maşınları saxlamağa başqa yer yoxdur. Ona görə də bu yerdə belə qadağanın olması onlar üçün ciddi problem yaradır.

    Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, qeyd edilən ərazidə araşdırma aprılır. Nəticəyə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir (VİDEO)

    Avtobus zolaqlarında minik nəqliyyat vasitələrinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.

    İlk belə yer Xətai rayonu, Yusif Səfərov küçəsində təşkil edilib.
    Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

    Yəni lövhəyə ən yaxın yerdəki qırıq xətlərdən zolağa daxil olmaq, ən tez zamanda da zolaqdan çıxmaq lazımdır. Yəni bu ərazidə durmaq qadağandır.

    Tural Orucov bildirdi ki, Yusif Səfərov küçəsindəki bu məntəqənin yaradılmasında yaxınlıqdakı xəstəxana və digər obyektlərin olması əsas götürülüb.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • Qarabağda Ermənistan istehsalı minalar basdırılıb – Etiraf

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb.

    O, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib.
    L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb.
    “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, – deyə o əlavə edib.
    Xatırladaq ki, L.Mnatsakanyan əvvəlki məhkəmə proseslərində qondarma rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu deyib.
    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi sabah davam etdiriləcək.