Month: June 2025

  • В Украине рассекретят данные о недрах страны

    Геологическая информация об украинских недрах с грифом “секретно” станет открытой для привлечения иностранных инвесторов и сотрудничества с США в рамках соглашения о недрах.

    Как передает Median.Az со ссылкой на Министерство защиты окружающей среды и природных ресурсов Украины, об этом заявила глава ведомства Светлана Гринчук.

    “Снимаем грифы ограничения – открываем доступ к информации о стратегических и критических минеральных ресурсах”, – указала она.

    Министр сообщила, что сейчас завершаются все бюрократические процедуры для свободной работы с информацией об украинских недрах, так как большинство данных до сих пор хранилось лишь в бумажном виде.

    Гринчук указала, что министерство уже оцифровало 6 тыс. книг с геологической информацией, планируется оцифровать еще 60 тыс. книг. Проект реализуется при поддержке Европейского банка реконструкции и развития, планируется его расширение совместно с американской DFC.

  • Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq

    Ukraynada yerin təki haqqında “gizli” olaraq qeyd edilən geoloji məlumatlar xarici investorları cəlb etmək və yerin təki sazişi çərçivəsində ABŞ ilə əməkdaşlıq üçün açıq olacaq.

    Bunu həmin dövlət orqanının rəhbəri Svitlana Qrinçuk deyib.

    “Biz məhdudiyyət təsnifatlarını ləğv edirik – strateji və kritik mineral ehtiyatlar haqqında məlumata girişi açırıq”, – o deyib.

    Nazir bildirib ki, hazırda Ukraynada yer təki ilə bağlı məlumatlarla pulsuz işləmək üçün bütün bürokratik prosedurlar tamamlanır, çünki məlumatların əksəriyyəti indiyədək yalnız kağız şəklində saxlanılıb.

    Qrinçukun sözlərinə görə, nazirlik artıq geoloji məlumatı olan 6 min kitabı rəqəmsallaşdırıb və daha 60 min kitabı rəqəmsallaşdırmağı planlaşdırır. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir və Amerika şirkəti ilə birgə genişləndirilməsi planlaşdırılır.

  • В Баку найдено тело упавшего в канализацию молодого человека

    В Бинагадинском районе Баку на территории дороги “Баксол” найдено тело молодого человека, упавшего в канализацию.

    Как сообщает Report, его тело было обнаружено на территории поселка Говсан.

    Напомним, что 26 июня 27-летний Джумшуд Джумшудлу из-за обрушения дороги упал в канализационный коллектор. С тех пор МЧС вело поисковые работы.

  • Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb

    Bakının Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.

    “Report”un əldə etdiyi məlumata görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.

    Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.

  • Rusiyada OMON-çuların döydüyü azərbaycanlı: “Bizə maşınlarının palçığını yedizdirdilər” (VİDEO)

    Ötən gün Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı və sonradan sərbəst buraxdığı azərbaycanlılardan biri – Vüqar Səfərov hadisənin təfərrüatını danışıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, o, bildirib ki, iyunun 27-si səhər saat 05:00-da qapı döyülüb:

    “Əvvəlcə qapını açmadım. Ancaq gördüm ki, qapını qırırlar, mən özüm açdım. Hər kəs maskada idi. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları idilər. Evdə də iki uşaq vardı. Bizi heç nə soruşmadan döydülər. Evi ələk-vələk axtardılar və bir saat ərzində bizi döydülər. Başımızı yerə çırpırdılar. Oturacaqları başımıza vururdular”.

    V.Səfərov qeyd edib ki, onları daha sonra başıaşağı şəkildə maşınlara mindirib aparıblar:

    “Maşınlar çox çirkli idi, bizi uzatdılar və “bu palçığı ye” dedilər. Təcridxanada isə bizi təhqir etdilər, başımıza vururdular, bizə elektrik cərəyanı ilə işgəncə verirdilər”.

    V.Səfərov, həmçinin, yan otaqda atasını döydüklərini söyləyib:

    “Onun çığırtılarını eşidirdim. Atam ürəyində stend olduğunu desə də, ancaq bunu bilə-bilə bədənin həmin hissəsinə elektrik cərəyanı ilə işgəncə verirdilər. Onu 10 saat döydülər və sonda “ölürəm” deyə qışqırdı, nəticədə təcili tibbi yardım çağırdılar. Atamı xəstəxanaya aparanda mənə “Oğul, hər şeyi mənim üzərimə atmaq istəyirlər. Bütün qabırğalarım qırılıb” dedi. Mən sifətində salamat yer olmadığını gördüm”.

    Müsahib vurğulayıb ki, onları təcridxanadan müharibəyə aparmaq istəyirdilər:

    “Mənə yaxınlaşdılar və dedilər ki, sən müqavilə imzalamalısan və müharibəyə getməlisən. Mən bilmədim nə edim və dedim ki, 30 min rubl məbləğində humanitar yardım etmişəm. Mənə “niyə belə az?” dedilər və yenidən döyməyə başladılar. Atam da onlardan razılaşacağı təqdirdə oğlunu buraxacaqlarını deyə soruşdu. Onlar da “bəli” cavabını verdilər. Axşam saatlarında Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və vəkil oğlu təcridxanaya gəldilər, qardaşımla məni buraxdırdılar”.

    Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

    Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

    Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

  • Lerikdə qardaşlar qonşunun arvadını döydülər

    Lerik rayonunda qadın qonşu qardaşlar tərəfindən döyülüb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Zərdəbər kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 35 yaşlı Pərvanə Talıbovanın qonşuları Ruslan və Orxan qardaşları tərəfindən döyüldüyü iddia olunur.

    Bu barədə zərərçəkənin həyat yoldaşı Rizvan Əliyev məlumat verib. Yaralı qadın Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu

    Kürdəmirdə sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə DİN-dən bildirilib.

    Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

    Qeyd edilən ərazilərin aidiyyatı qurumlar tərəfindən məişət tullantılarından təmizlənməsi təşkil edilib. Sanitar qayda pozuntusuna yol verən 4 nəfər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

  • Ələt-Astara yolunda qaydanı pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı

    Sabirabad rayon sakini Xəyal Mustafayev “Toyota” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün YPX alayının stasionar postunda saxlanılıb.

    Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.

    Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

  • Tanınmış təhsil eksperti vəfat edib

    Təhsil eksperti Nadir İsrafilov vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilir ki, o, müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib.

    Mərhum bir neçə gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

    Qeyd edək ki, Nadir İsrafilov 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunda doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib. Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.

  • Арзу Алиева поделилась новыми кадрами из Хызы – ФОТО

    Руководитель Baku Media Center Арзу Алиева поделилась на своей странице в Instagram новыми кадрами с поездки в Хызы.

    Median.Az представляет данную публикацию: